Тип: аудиокнига
Жанр: Стихи и поэзия
Язык: на азербайджанском языке
Читает: Tahirə Məmmədova
Стоимость: 46.78 ₽
Издательство: Аудиокитаб ООО
Дата публикации: 30.10.2024
Отзывы: Пока нет Добавить отзыв
О книге: Azərbaycan-türk şerinin tacidarı Məhəmməd Füzuli Şərq xalqlarının ədəbiyyatına qüvvətli təsir göstərən dahi bir sənətkardır. Xaqani, Nizami, Rumi, Nəsimi, Yunus Əmrə, Nəvai kimi ölməz şairlər sırasında əzəmətlə dayanan Füzulinin şerimizdə yeri ucalardan ucadır. Yaxın və Orta Şərq ölkələrinin heç birində ondan sonra onun səviyyəsində şair yetişməmişdir. Bu gün də şerin dan yerində Füzuli ahından əbədi şam yanır!.. Əsil şairlər hələ də ilham çırağını bu ahın, bu şamın odundan yandırırlar. Füzulinin adı da ilahi haləyə bürünən və Islamda müqəddəs sayılan imzadan götürülübdür – Məhəmməd; hətta doğulduğu yer dünyada ən böyük ziyarət ünvanlarından biridir – Kərbəla. Qəbri də Imam Hüseyn türbəsindədi… Eşq beşiyində paklıqla tərbiyələnən, sözün fəlsəfi mənasında məhəbbət və dinin, dünya miqyasında bənzərsiz bir eşq təliminin banisi – filosofu və şairi olan Füzuli bütün dövrlərin ən böyük “aşiq”idir…