Fələklər yandı ahimdən… Seçilmiş əsərləri

Fələklər yandı ahimdən… Seçilmiş əsərləri
Məhəmməd Füzuli
Məhəmməd Füzuli – ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına misilsiz təsir göstərən ədəbi məktəb yaratmış dahi şair və mütəfəkkirdir. Şairin türkcə əsərlər yaratması və bu dilə xüsusi diqqət yetirməsi onun türk soyundan olduğunun isbatı üçün kifayətdir.
Kitabımıza dahi şairin Leyli və Məcnun poeması və qəzəlləri daxil edilmişdir.

Məhəmməd Füzuli
Fələklər yandı ahimdən… Seçilmiş əsərləri


Məhəmməd Füzuli ibn Süleyman (1494 – 1556)


LEYLİ VƏ MƏCNUN

DİBAÇƏ
İlahi, Leyliyi-sirri-həqiqət sərapərdeyi-vəhdətdən iqtizayi-zühur edib təcəlliyi-cəmalilə fəzayi-surəti müzəyyən etdikdə və Məcnun ruhi sərgəşteyi-badiyeyi-qəflətdə ikən ol şəşəəyi-cəmalı görüb, inani-ixtiyari əldən getdikdə əgər əlaqeyi-abayi-ülvi və rabiteyi-ümməhati-süfli ol ləzzəti-canfəzayə və məsərrəti-dilgüşayə vaqif olmayıb, firibi-məvaizgunə və hiyleyi-nəsayehnümunə ilə mühərriki-silsileyi-inqitai-peyvəndi-vüsal və müdəbbiri-vəsileyi-infisali-iqdi-ittisal olmaq etsələr, təvəqqə oldur ki, nə ol Leyliyi-aləmarayə bu təqrir rəf'i-hicabi-cismanidə mövcibi tə'xir ola və nə ol Məcnuni-cahanpeymayə bu təqdır nəfyi-təsəvvürati-nəfsanidə baisi-təqsir. Və əgər bəhaneyi-fəsanə ilə eşqi-həqiqi və hüsni-əzəlidən füzəlayi-bəlağətpişə və büləğayi-fəsahətəndişə cəvahiri-əsrarı rişteyi-nəzmə çəkib və səməreyi-iğmazı şəcəreyi-ibarətdən götürüb, niqabi-xəfa və hicabi-əna rəf etmək istəsələr, tərəqqüb oldur, hüsni-müsaidəti-sübhani və lütfi-müvavinəti-rəbbani hüsuli-mərtəbeyi-vüsulə və hüzuri-dərəceyi-zühurə mümtədd olub, Leyliyi-təxəyyülati-xaslarına və Məcnuni-hüsn ixlaslarına ihanəti-təşnii-süfəhadən və zilləti-e'tirazi-büləhadən ki, itlaqi-təərrüzləri əş’arə və təsəvvüri-göftarə məsabeyi-tə'ni-bihudeyi-Leyli və mənzileyi-mən'i-bifaideyi-Məcnundur, mümtəne-təsir ola. Və əgər bu fəqiri-müstəham Füzuliyi-bisərəncam ğayəti-qilləti-bəzaət və nəhayəti-nəqsi-əmtəəyi-fəsahət ilə istidayi-indiraci-silki-ərbabi-həqayiq və təmənnayi-inxirati-silsileyi-əshabi-dəqayiq edib, xəzaneyi-hüsni-Lcyli təsxirinə və xərabeyi-eşqi-Məcnun tə'mirinə azim olur. Tərəssüd oldur ki, ol tərzi-xaməvü nəqşi-namə əhsən vəchilə müyəssər olub, hekayəti-Leyli kimi aləmgir və möhnəti-Məcnun kimi bəqapəzir ola.

RÜBAİLƏR

I
Ey nəş'əti-hüsni-eşqə tə'sir qılan!
Eşqilə binayi-kövni tə'mir qılan!
Leyli səri-zülfünü girehgir qılan!
Məcnuni-həzin boynuna zəncir qılan!
II
Tutsam tələbi-həqiqətə rahi-məcaz,
Əfsanə bəhanəsilə ərz etsəm raz,
Leyli səbəbilə vəsfin etsəm ağaz,
Məcnun dili ilə etsəm izhari-niyaz.
III
Lütf ilə şəbi-ümidimi ruz eylə!
İqbalımı tövfiq ilə firuz eylə!
Leyli kimi ləfzimi diləfruz eylə!
Məcnun kimi nəzmimi cigərsuz eylə!

BU, HƏZRƏTİ-İZZƏTDƏN HƏMD İLƏ İSTİMDADİ-MƏTALİBDİR VƏ ASARİ-ŞÜKR İLƏ İSTİD'AYİ-SƏTRİ-LAİBDİR[1 - Bu, həmd ilə əziz Allahdan kömək istəmə və şükr ilə eyiblərin örtülməsini diləməkdir.]
Əlhəmdü livahibil-məkarim,
Vəş-şükrü lisahibil-mərahim.
Və hüvəl-əzəliyyü fil-bidayət,
Və hüvəl-əbədiyyü fin-nəhayət.
Qəd şaə bi-sünihi-bəyanüh,
Ma əzəmə fil-bəqai-şənüh.
Sübhanəllahi-zəhi-xudavənd,
Bişibhü şərikü mislü manənd.
Məşşateyi-növrusi-aləm,
Gövhərkeşi-silki-nəsli-Adəm.
Sərrafi-cəvahiri-həqaiq,
Kəşşafi-qəvamizü dəqaiq.
Peydakoni-hər nəhan ki, başəd,
Pünhankoni-hər əyan ki, başəd.
Me'mari-binayi-afəriniş,
Sirabkoni-riyazi-biniş[2 - Əziz və mərhəmətli Allaha şükürlər olsun. O, əzəli və əbədidir. Allahı sənəti ilə tanımaq mümkün oldu. O nə böyük, nə yüksəkdir! Bənzəri, şəriki, misli və oxşarı olmayan Allah pak və münnəzəhdir. Təzə gəlin kimi gözəl olan bu aləmi bəzəyən, insan nəslini yaradan Odur. Həqiqət cəvahirinin sərrafı, çətin və anlaşılmazlıqları kəşf edəndir. Yaranış binasının memarı, dünya bağçasının suvancısıdır.].
Yarəb, mədədi ki, dərdməndəm,
Aşüftəvü zarü müstəməndəm!
Əz feyzi-hünər xəbər nədarəm,
Cüz bihünəri hünər nədarəm.
Şüğli-əcəbi giriftəəm piş,
Pişü pəsi-u təmam təşviş.
Səngist bərahəm uftadə,
Bəhrist məra həras dadə.
Tövfiqi-toəm əgər nə başəd,
Vər lütfi-to rahbər nəbaşəd.
Müşkil ki, dərin giriveyi-təng
Lə'li bə dərarəm əz dili-səng.
Müşkil ki, murad rox nəmayəd,
Zin bəhr düri bədəstəm ayəd.
On kon ki, diləm füruğ girəd,
Lövhəm rəqəmi-səfa pəzirəd.
Ayineyi-xatirəm şəvəd pak,
Rövşən gərdəd çiraği-idrak.
Qofli-dəri-arizu betabəm,
Hər çiz tələb konəm beyabəm.
Bəxşəd be riyazi-dövlətəm ab,
Əbri-kərəmi-rəsulü əshab![3 - Ey Allah, mənə imdad et ki, dərdliyəm, çaşqınam, zar və məhzunam. Hünər şöhrətindən xəbərim, hünərsizlikdən başqa hünərim yoxdur. Qarşıma çox çətin bir məşğələ qoymuşam, onun əvvəli və sonu qorxulu və qarışıqdır. O, yolun üzərinə düşmüş bir daş və məni qorxuya salan bir dənizdir. Əgər sənin lütf və uğurun mənə rəhbərlik etməsə, bu dar dərədəki daşın qəlbindən bir ləlin çıxarılması, bu dənizdən əlimə bir dürrün yetişməsi və məqsədimin gülməsi çətindir. Ürəyimi işıqlandıran sinəmin lövhəsinə saf yazılar nəqş etdirən işləri gör ki, xatirimin aynası pak, əqlimin çırağı parlaq olsun. Dövlətimin bağçasına Peyğəmbər və onun əshabının nemət buludları su versin.]

BU, ŞÜKUFEYİ-GÜLZARİ-TÖVHİDDİR VƏ NÖVBAVEYİ-BUSTANİ-TƏMCİDDİR[4 - Bu, tövhid gülzarının çiçəyi və təzim bostanının ilk meyvəsidir.]
Ey munisi-əhli-zövq yadın,
Əbvabi-əməl kilidi adın!
Ey gənci-əta tilismi ismin,
Sən gənci-nihan, cahan tilismin!
Ey cudi vücudi-kövnə vahib,
Zati kimi e'tirafı vacib.
Ey silsileyi-vücudə nazim,
Rəzzaqi-ərazilü əazim.
Ey pərdəkeşi-rümuzi-mübhəm,
Müstəhfizi intizami-aləm.
Ey nəqştərazi-səfheyi-xak,
Sahibrəqəmi-xütuti-əflak!
Ey möhtəsibi-cihati-ərkan,
Kani-gühəri-vücubü imkan!
Ey məbdəi-feyzi-afəriniş,
Səndən rövşən çiraği-biniş!
Ey pərdeyi-masiva niqabın,
Səndən özgə sənin hicabın!
Ey sirri-vücudun əmri-məlum,
Mövcud həmin sən, özgə mədum!
Ey yeddi gülü doquz gülüstan
Feyzi-kərəminlə səbzü xəndan!
Ey varı yox eyləyən, yoxu var,
Yox varlığında zənnü inkar!
Ey şahidi-qeyb pərdədari,
Fikrin güli-mə'rifət bəhari!
Ey aləmə feyzi-cud səndən,
Xəlqə şərəfi-vücud səndən!
Ey cümlə cahan sənə rizacu,
Səndən xali, səninlə məmlu!
Ey şəm'i-əzəl fitiləsuzi!
Bəzmi-əbəd əncümənfiruzi!
Ey şirkü şərikdən münəzzəh,
Sirri-əzəlü əbəddən agəh!
Ey bari xudayi-aləmaray,
Təhsin işinə həmin ola rə'y!
Əhsəntə, zəhi həkimi-kamil!
Nə şükr ola sün'ünə müqabil?
Fitrət rəqəmin çəkən zamanda,
Həqqa ki, bir əmri "kün fəkanda";
Höktn etdin ki, nə ola əhval,
Nə vəz' ilə çizginə məhü sal.
Dövran nə zamanda ola axir,
Hər dövranda nə ola zahir.
Necə ola fərdi-nəsli-Adəm,
Hər fərdi onun nə edə hərdəm.
Əşyaya çox etməzəm təhəyyür,
Səndən yanadır həmin təfəkkür.
Əşya əcəb olmaz olsa zahir,
Çün var sənin kimi məzahir,
Əmma çü sənə qədimdir zat,
İdrak sənə yetərmi, heyhat!
İdrakimizə kəmali-heyrət,
Tövhidinə bəsdürür dəlalət.
Əndişeyi-zat qılmaq olmaz,
Bilmək bu yetər ki, bilmək olmaz.
Ol dəm ki, urub binayi-möhkəm,
Çəkdin rəqəmi-nizami-aləm,
Həqqa ki, xoş intizam verdin,
Arayişini təmam verdin.
Etdin gərəyin gər az, gər çox,
Bir nəsnə gərəkli yox ki, ol yox.
Bir növ ilə eylədin mühəyya
Kim, gəldi qüsurdan mübərra.
Əşyadə əgərçi raz çoxdur,
Ol kim ola razın onda yoxdur.
Əşya necə səndən olsun agah,
Əlqüdrətü vəl-bəqaü lillah.[5 - Qüdrət və böyüklük Allaha məxsusdur.]

BU, MÜNACAT DƏRYASINDAN BİR CÖVHƏRDİR VƏ TƏZƏRRÖ' MƏ'DƏNİNDƏN BİR GÖVHƏRDİR[6 - Bu, Allaha dua etmə dəryasından bir cövhər və yalvarış mədənindən bir gövhərdir.]
Ya Rəb, kərəm et ki, xarü zarəm,
Dərgahə bəsi ümidvarəm.
Torpaq idim, eylədin bir insan,
Müstövcibi-əqlü qabili-can.
Gər can isə xaki-dərgəhindir,
Vər əql isə saliki-rəhindir.
Mən gülşəni-can içində xarəm,
Ayineyi-əqlə bir qübarəm.
Nəm[7 - Nəyim] var ki, laf edəm özümdən,
Məhv eylə məni mənim gözümdən.
Ol gün ki, yox idi məndə qüdrət,
Qıldın mənə qeybətimdə rəğbət.
Can verdinü sahibi-dil etdin,
İdraki-ümurə qabil etdin.
Gər səfheyi-surətə misalim
Çəkməzdi qəza, nolurdu halim?
Hala ki, həvaləgahi-cudəm,
Məqbuli-səadəti-vücudəm,
Yüz şükr ki, yox sənə xilafım,
İnsafım var, var e'tirafim.
Öylə degiləm ki, bu aradə
Sədd ola sülukim e'tiqadə;
Hər ləhzə əqidəm ola zail,
Tövhidinə istəyəm dəlail.
Rahi-tələbində biqərarəm,
Əmma tələbimdə şərmsarəm.
Doğru yola getmədim, nə hasil?
Bir mənzilə yetmədim, nə hasil?
Hər ərsədə hər əsər ki, gördüm,
Sənsən deyib ol əsər, yügürdüm;
Çün verdi xəyal ona xəmü piç,
Mən münfəil oldum, ol əsər hiç.
Mən əqldən istərəm dəlalət,
Əqlim mənə göstərər zəlalət.
Təhqiq yolunda əql netsin,
Ə'mavü qərib qanda getsin?
Tövfiq edəsən məgər rəfiqim,
Ta səhl ola şiddəti-təriqim.
Gör hirsimi, istəgincə ver kam,
Səndən iqbalü məndən iqdam.
Elmində əyandır e'tiqadım,
Sənsən, səndən həmin muradım.
Dünya nədirü təəllüqati?
Əndişeyi-mövtdür həyati.
Əmma deməzəm yalandır ol həm,
Sərmənzili-imtəhandır ol həm.
Billah ki, bu dilfirib mənzil
Öylə mənə verdi rahəti-dil
Kim, əski məqamımı unutdum,
Sandım vətənim, məqam tutdum.
Müşkül gəlir indi tərkin etmək,
Bir özgə məqamə dəxi getmək.
Mən böylə qılırdım e'tibari
Kim, bunda olur könül qərari;
Bundan dəxi yey məqam olmaz,
Zövqü bu yerin təmam olmaz.
Əmma çü sənindürür bu göftar
Kim, dünyadan özgə axirət var;
Oldur ki, məqami-cavidandır,
Kami-dilü rahəti-rəvandır.
Göftarına e'tiqad qıldım,
Ol yaxşıraq olduğunu bildim.
Bildim bu imiş sənin muradın
Kim, əhli-kəmal ola ibadın.
Bunda yetə rütbeyi-kəmalə,
Onda yetə dövləti-vüsalə.
Fərz oldu bir əzmə cəzm qılmaq
Me'raci-kəmalə əzm qılmaq.
Bu rahdən etmək olmaz ikrah,
Xoş rahdurur sənə gedən rah.
Əvvəldə çü lütfün oldu mə'lum,
Axır günü də həm etmə məhrum!
Çün yadi-vüsal edib rəvanım,
Əzmi-rəhi-qürbün edə canım,
Ol ləhzə həm etmə şəfqətin kəm,
Tövfiqinə qıl rəfiq hər dəm!
Çün əql ilə can əmanətindir,
Məndə əsəri-inayətindir,
Bunları mənimlə zar qılma,
Bir neçə əzizi xar qılma!
Ta kim, bu məqamı tərk edəndə,
Səndən yana əzm edib gedəndə,
Məndən cəzə' ilə getməsinlər,
Dərgahə şikayət etməsinlər.
Şum olmasın onlara vüsalim,
Olmasın olardan infialim.

BU, VACİBÜL-VÜCUD İSBATINA BÜRHANİ-QATE'DİR VƏ BƏQAİ-SAİR MÖVCUDATA DƏLİLİ-MANE'DİR[8 - Bu, öz-özünə mövcud olanın (Allahın) isbatına qəti sübutdur və başqa mövcudatın baqi olmamasına dəlildir.]
Etmək gərək əhli-feyzi-biniş,
Təhqiqi-vücudi-afəriniş.
Bilmək gərək onu kim, cəvahir
Nə gənci-nihandan oldu zahir?
Nə dairədir bu dövri-əflak,
Nə zabitədir bu mərkəzi-xak?
Cismə ərəzi kim etdi qaim,
Narə nədən oldu nur lazim?
Hər xilqətə gərçi bir səbəb var,
Aya, səbəbi kim etdi izhar?
Gər kaf ilə nundan oldu aləm,
Aya, nədən oldu kafü nun həm?
Bihudə degil bu karixanə,
Bifaidə gərdişi-zəmanə.
Haşa ki, bu bargahi-ali
Bir dəm iyəsindən[9 - Yiyəsindən, sahibindən] ola xali.
Haşa ki, bu türfə nəqşi-qərra
Nəqqaşından ola mübərra.
Fikr eylə və gör, nədir bu üslub,
Nə saniədir bu vəz'i-mənsub?
Hər zərreyi-zahirin zühuri
Bir özgəyə bağlıdır zəruri.
Gər qayətə eyləsən təəmmül,
Zahir olur onda məzhəri-küll.
Versən özünə fənayi-mütləq,
İsbat olur ol fəna ilə həq.
Gər var isə mə'rifət məzaqi,
Fani sənə bəs dəlili-baqi.
Həqqa ki, həmin vücud birdir,
Bir zatə vücud münhəsirdir
Əksidir onun vücudi-əğyar,
Mə'nidə yox, e'tibar ilə var.
Var olanı xəlq yox sanırlar,
Yox varlığına aldanırlar.
Yoxdur bu vücudun e'tibarı,
Həq ayinədir, cahan qübarı.
Ey əql, ədəbə riayət eylə,
Bu bilmək ilə kifayət eylə!
Təhqiqi-sifatə qane olğıl,
Əndişeyi-zatə mane olğıl!
Ol pərdəyə kimsə rah bulmaz,
Təhqiq ilə, onu bilmək olmaz.
Gər yetsə idi bu sirrə idrak,
Deməzdi rəsul "maərəfnak”[10 - Səni tanımadıq]
Xəlq oldu bu bəhri-heyrətə qərq,
Ta xəlqdən ola xaliqə fərq.
Hər riştə ki, həqq əyan edibdir,
Sərriştəsini nihan edibdir.
Bir kimsə əgər olaydı agah
Kim, xəlqi necə yaradır Allah,
Mümkün ki, iradətilə ol həm
Xəlq edə biləydi özgə aləm.
Verməz çü kəmali-hikməti-həqq
Təhqiqi-rümuzə rahi mütləq,
Faş oldu ki, sirri-həqq nihandır,
Aləmdə nişanı binişandır.

BU, İZHARİ-E'TİRAFİ-CƏHALƏTDİR VƏ İQRARİ-İSRAFİ-MƏ'SİYƏTDİR[11 - Bu, cəhaləti etiraf etməyin izharıdır və günah işləməyin iqrarıdır.]
Ey hikmətə baxmayan nəzərsiz,
Əhvali-zəmanədən xəbərsiz!
Tə'n etmə ki, çərx bivəfadır,
Daim işi cövr ilə cəfadır.
Şərh eylə mənə ki, çərx netdi?
Ondan nə cəfa zühura yetdi?
Nən[12 - Nəyin] var idi kim, əlindən aldı,
Nə mərtəbədən aşağı saldı?
Dövrana gətirdi mehrü mahi,
Axıtdı səfidivü siyahi.
Gəh atəşə zəcri-ab verdi,
Gəh badə qəmi-türab verdi.
Şəm'i-əməlin münəvvər etdi,
Hər nə dilədin müyəssər etdi.
Qıldı səni hiçdən bir adəm,
Əsbabi-tənə'ümün fərahəm.
Çərxin xud işi səninlə böylə;
Sən neylədin onun ilə, söylə?
Hər dəm onu bivəfa oxursan,
"Dunsan" – deyə bəddua oxursan.
Çün ol sənə qıldı mehribanlıq,
Yaxşılığa eyləmə yamanlıq!
Ey ruh ki, cami-cəhl edib nuş,
Hübbi-vətən eylədin fəramuş,
Kim saldı səni bu təng rahə,
Qandan düşdün bu damgahə?
Sən tərk qılıb ədəm diyarin,
Bulduqda vücud e'tibarin,
Qılmışdı səninlə hikmətüllah,
Əcnasi-həvasü əqli həmrah.
Ta aləmə gəldigin zamanda
Bazari-tərəddüdi-cahanda
Sərmayələrindon edəsən sud,
Ol sud nədir? – Rizayi-Mə'bud.
Hala ki, xəsarət oldu vaqe,
Sərmayələrin təmam zaye.
Heyranü mükəddərü tühidəst,
Əhvalı xərabü rütbəsi pəst.
Dönsən yenə gəldigin məqamə,
Qabilmi düşərsən ehtiramə?
Əlbəttə, zəlilü xar olursan,
Bu fel ilə şərmsar olursan.
Ey nəfspərəstü cismpərvər,
Olma qəmi-hirs ilə mükəddər!
Cəhd eylə, əzabi-gur yığma!
Sə'y eylə, mətayi-mur yığma!
Alma ələ sağəri-meyi-nab
Kim, qərqə edər səni bu girdab!
Olma nigərani-səbzeyi-bəng,
K'ayineyi[13 - Ki ayineyi]-dininə salır jəng!
Dəf kimi köküsdə ləhv qoyma!
Ney kimi həvayi-nəfsə uyma!
Damani-təriqi-şər'i tutğıl!
Hər nə ki, xilafi-şər' unutğıl!
Təhqiqi-vəsileyi-vüsul et!
Təqlidi-şəriəti-rəsul et!

BU, SƏRDƏFTƏRİ-ƏNBİYANIN KİTABİ-ÖVSAFINDAN BİR VƏRƏQDİR VƏ SƏRVƏRİ-ƏSFİYANIN GÜLZARİ-LƏTAFƏTİNDƏN BİR TƏBƏQDİR[14 - Bu, peyğəmbərlərin ən başda gələninin vəsfinin kitabından bir vərəqdir və seçilmişlərin başçılarının lətafət gülzarından bir təbəqdir.]
Ey padşəhi-səriri-lövlak,
Məqsudi-vücudi-xakü əflak!
Olmuş əflak xaki-rahin,
Çəkmiş əflakə xak cahin.
Ey raqimi-nüsxeyi-məani,
Mə'mureyi-elmi-dinə bani!
Şahənşəhi-məsnədi-risalət,
Rəssami-qəvaidi-ədalət!
Ey ərşnəvazü fərşpərvər,
Dəftərdari-hesabi-məhşər!
Sərdəftəri-ənbiyayi-mürsəl,
Onlara həm axirü, həm əvvəl!
Ey vazei-istilahi-iman,
Həqdən səbəbi-nüzuli-fürqan!
Sənsən sultanü qeyr xeylin,
Səndən özgə sənin tüfeylin.
Ey xəlvəti-qürbə şəm'i-məhfil,
Cibril[15 - Cəbrayıl] tərəddüdünə mənzil!
Həqq əmri səninlə xəlqə cari,
Qövlünlə ol əmrin e'tibari.
Ey qiblənümayi-əhli-taət,
Gəncineyi-gövhəri-şəfaət,
Taci-səri-ərş xaki-payin,
Şəmi-şəbi-qədr nuri-rə'yin.
Ey vasiteyi-nizami-aləm,
Ə'yani-vücuda sədri-ə'zəm.
İrfani-sifatü zatə arif,
Keyfiyyəti-kainatə vaqif!
Ey zatın üçün bəşər vücudi
Adəmdə sənə mələk sücudi!
"Yasin" sədəfi-düri-sifatın,
"Taha" güli-bustani-zatın.
Ey məktəbi-danişə müəllim,
Məhruseyi-hökmi-şər'ə hakim!
Dərgahinə ənbiya rücui,
Tə'ziminə asiman rükui.
Təhsin sənə, ey xücəstə fərcam
Kim, və'z qılıb təriqi-islam,
Keyfiyyəti-halı rövşən etdin,
Xeyrü şər işin müəyyən etdin.
Əhvali-əvamirü nəvahi,
Mə'lum elədin bizə kəmahi.
Sən bildirdin ki, kimdir Allah,
Sənsiz kim olurdu ondan agah?
Gümrahları təriqə saldın,
Üftadələrin əlini aldın.
Faş oldu nəsihətin cəhanə,
Sən qoymadın ortada bəhanə.
Əmma bizə yoxdur ol səadət
Kim, hifzi-təriqin ola adət.
Ehmal edəriz itaətində,
Təqsir ədayi-xidmətində.
Hər necə ki, xud şərmsarız,
Bu cürm ilə həm ümidvarız
Kim, feyzi-əvatifi-əmimin
Şad eyləyə könlün əhli-bimin.
Asilərin olasan pənahi,
Nomidlərin ümidgahi.
Sənsən çü şəfii-hər məasi,
Nə qəm əgər olsa kimsə asi.
Gər məndə ola təmam taət,
İzhar nədən bular şəfaət?
Sənsən bu sərir padşahi,
Bu mülkdə olanın pənahi.
Hər əsrdə bir nəbi zühuri,
Hər dövrdə bir rəsul nuri
Fitrət yolunu müzəyyən etdi,
Üzün şəmi ilə rövşən etdi.
Ta gəlməgə rövşən ola rahin,
Budur rəhü rəsmi padşahin.
Xabi-ədəm içrə şəxsi-aləm
Görmüşdü vücuddən müqəddəm
Kim, ləm'eyi-nurdən bir əfsər
Geymiş, vermiş özünə ziyvər.
Bidar olanda ol yuxudan
Getmişdi qərari arizudan.
Çün istədi ol mənamə tə'bir,
Səndən ona müjdə verdi təqdir.
Dünyayə pəyami-feyzi-nurin,
Tənbihi-səadəti-zühurin
Xəlqə verib intizari-məqdəm,
Ol dəm gəldi ki, gəldi Adəm.
Dünya tələbində oldu qaim,
Dövr ilə səni dilərdi daim.
Bir-bir yetib özgə ənbiyayə,
Me'racə çıxardı payə-payə.
Gəzməzdi səninlə sayə həmrah,
Guya ki, nihali-qəddin, ey mah,
Bu aləmə vermiş idi vayə,
Ol aləmə salmış idi sayə.

BU, ŞƏBİ-ME'RAC BƏYANİDİR VƏ TÜLU'İ-AFİTABİ-ASİMANİDİR[16 - Bu, merac gecəsinin təsviridir və asiman günəşinin doğmasıdır.]
Çün feyzi-vücudin ilə, ey pak,
Rəşki-fələk oldu ərseyi-xak,
Didarını görməgi mələklər,
Pabusuna yetməgi fələklər
Çox eyləyib iztirab peyda,
Allahdan etdilər təmənna.
Bir yaxşı zaman, şərəfli saət
Rəf oldu dualara icabət.
Cibril yetib, yetirdi fərman:
– Key sərvi-riyazi-elmü irfan!
Xurşidini ərşə sayə qılğıl,
Me'raci büləndpayə qılğıl!
Ey qədri bülənd padişəh, dur!
Lütf et, şəbi-qədr qədrin artır!
Rəf eylə hicabi-masəvani,
Seyr eylə məkani-laməkani!
Müştaqi-cəmaldır mələklər,
Möhtaci-vüsaldır fələklər.
Eyvani-sipehrdə sitarə
Min-min göz açıbdır intizarə.
Xoş ol ki, minib Büraqi xoşhal,
Buldun dərəcati-izzü iqbal.
Basdın ayağın bu çar tağə,
Çıxdın dərəcati-nöhrəvağə.
Nə'leyninə sürtdü üz məhi-növ,
Xurşid rüxündən aldı pərtöv.
Göstərdi Ütarid ehtiramın,
Xətt verdi ki, mən sənin qulamın.
Nahidin edib füzun nişatın,
Bəzmi-tərəb eylədin büsatın.
İqbalın olub qərini-xurşid,
Ögrətdi Məsihə rəsmi-təcrid.
Tiğində bulub nizam əyyam,
Tə'limi-şücaət aldı Bəhram.
Bərcisə müsaid oldu iqbal,
Feyzi-qədəmindən oldu xoşhal.
Keyvan şəbi-qədrin eylədin ruz,
Oldun ona şəm'i-məclisəfruz.
Rə'yət səfi-sabitata çəkdin,
Ol məzrəə mehr toxmun əkdin.
Qıldın fələk ətləsini rəngin,
Ol məhfilə verdin özgə ayin.
Lövhü qələmi müzəyyən etdin,
Kürsü ilə ərşi rövşən etdin.
Cibrili qoyub, Büraqi saldın,
Tövhid yolunda fərd qaldın.
Rəf' oldu sənə hicabi-mabeyn,
Nüzhətgəhin oldu qabi-qövseyn.
Getdin o yerə ki, getmək olmaz,
Yetdin o yerə ki, yetmək olmaz.
Bizdən Həqə ərzlər yetirdin,
Həqdən bizə müjdələr gətirdin.
Lütf etdi sənə inayəti-Həq,
Tövfiq nifazü əmri-mütləq;
Həm məxzəni-mə'rifət kilidi,
Həm ne'mətü mərhəmət ümidi.
Dəryadə olub qəni gühərdən,
Zövq ilə dönəndə ol səfərdən,
Gərm idi hənuz xabgahin,
Cünbüşdə qübari-xaki-rahin.
İnsaf həmin ola siyahət,
Böylə səfər ilə istirahət.
Oldu sənə feyz bunca hasil,
Ol vaqiədən zəmanə qafil.
Qafilləri eylədin xəbərdar,
Əsrari-nihani etdin izhar.
Açdın dəri-iltifatü ən'am
Verdin gərəyincə hər kəsə kam.
Çün şəfqəti-amin oldu məqsum,
Lütf eylə, məni həm etmə məhrum.
Biçarə Füzuliyəm ki, zarəm,
Zilli-günəh ilə şərmsarəm.
Tədbirdə süstəmü səbükray,
Sən bir mədəd etməsən mənə, vay!
Ey məş'əleyi-təriqi-tarik,
Vey rahnümayi-rahi-barik!
Ehsanını hadiyi-təriq et,
Bir feyzi-nəzər mənə rəfiq et,
K'alayişi[17 - Ki alayişi] -ixtilafdan pak,
Peyrəvliyin eyləyim tərəbnak.
Gülzari-vücudum edə sirab,
Barani-riyazi-alü əshab!

QƏSİDƏ
Ya mənbəül-məkarimi və ya mə'dənül-vəfa,
Ya məcməül-məhasini və ya mənbəül-əta.
Əntəl-ləzi büistə ileyna mübəşşirən,
Vəxtarəkəl-ilahə ənil xəlqi vəstəfa.
İt'əl-ləzi təfəzzələhül-qürbə vəl qəbul,
Vəntəl-ləzi təfərrədəhül-izzü vəl-üla.
Mən irtica bilütfikə maxabə vəntəfi,
Mən iqtəda bişər'ikə mazaə vəhtəda.
Ya övnə mən təfəqqədəhü ində şiddətin,
Ya kəhfə mən təbəssənə fizzəri vənnəca.
İsa nəmirəsəd beto dər qədrü mənzələt,
Bər çərx əgər nəhəd zisəri-iqtidar pa.
Me'rac yafti to vü bər Tur şod Kəlim,
Fərq əz to ta Kəlim ziərşəstü ta səma.
Abi-to bud k'atəşi-Nəmrudra nişand,
Ruzi ke, kərde bud dər atəşi-Xəlil ca.
İqrari-kaferist zişər'i-to inhiraf,
Bürhani-gümrəhist beğeyri-to iqtida.
Ta münqətə' nə gərdəd əz asibi-ixtilaf,
Şod bəste bər to silsileyi-silki-ənbiya.
Ba ənbiyast nesbəti-zati-to çun əlif,
Həm ibtida toi behəqiqət, həm intəha.
Təqdir coz rizayi-to kari nəmikonəd,
Peyvəste taəti-to əda mikonəd qəza.[18 - Ey kərəmlər mənbəyi, ey vəfa mədəni. Ey gözəllər məcməyi, ey səxavət mənbəyi! Sən o adamsan ki, bizə müjdə verməyə göndərildin və Allah səni bəyəndi, xalqdan səni fərqləndirdi. Sən elə gəldin ki, yaxınlığa və qəbula üstün oldun. Sən elə gəldin ki, əzizlikdə və yüksəklikdə təksən. Kim lütfünə sığınsa zərər çəkməz, mənfəət tapar, kim şəriətinə uysa azmaz, doğru yol tapar.Ey böyük çətinliklərdə köməkçi. Ey qurtuluş və zərurət zamanı mağarası qalaya dönən! İsa fələyə ayaq bassa da qədr-qiymətdə sənə çata bilməz. Sən məraca getdin, Kəlim (Musa) Tura, səninlə Kəlimin fərqi yerlə göy qədərdir. Xəlil odda olan zaman sənin suyun Nomrudun odunu söndürdü. Sənin şəriətindən dönmək kafirlikdir, səndən başqasına uymaq azğınlıq əlamətidir.İxtilaf bəlasından üzülməmək üçün peyğəmbərlər silsiləsi sənə bağlandı. Ənbiyalarla sənin nisbətin əlif kimidir, əvvəli də sənsən, axırı da. Təqdir sənin razılığından başqa bir iş görmür. Qəza həmişə sənin itaətini yerinə yetirir.]
Ey afitabi-zatinə hər zərrə bir nəbi,
Min şər' din diyarinə hər zərrədən ziya.
Sən qayəti-vücudsənü özgələr tüfeyl,
Sən padişahi-mülksənü özgələr gəda.
Carubi-gərdi-rəhgüzərin bali-Cəbrəil,
Taqi-rəvaqü dərgahin eyvani-kibriya.
Darüşşəfayi-həşrdə bimari-mə'siyət
Şəhdi-şəfaətindən umar şərbəti-şəfa.
Ey çaryari-kamilin ə'yani-mülki-din,
Ərbabi-sidqü mə'dələtü rif'ətü həya.
Dövrün bu dörd fəsl ilə bir mö'tədil zaman,
Şər'in bu dörd rükn ilə bir mö'təbər bina.
Ya Mustəfa, Füzuliyi-möhtacə rəhm edüb,
İzhari-iltifat ilə qıl hacətin rəva.

BU, ƏRZİ-ƏDƏMİ-QÜDRƏTDİR VƏ ÜZRİ-FİQDİ-QÜVVƏTDİR[19 - Bu, qüdrətin yoxluğunu ərz etmə və qüvvətin olmaması üçün üzrdür.]
Arayişi-söhbət eylə, saqi!
Ver badə, mürüvvət eylə, saqi!
Bir cam ilə qıl dimağımı tər,
Lütf eylə, bir iltifat göstər!
Qəm mərhələsində qalmışam fərd,
Nə yar, nə həmnişin, nə həmdərd.
Həmcinslərim təmam getmiş.
Söz mülkündən nizam getmiş,
Bu bəzmdə sən qalıbsənü mən,
Bu bəzmi gəl edəlim müzəyyən!
Sən ver badə, mən eyləyim nuş,
Mən nəzm oxuyum, sən ona tut guş!
Bir dövrdəyəm ki, nəzm olub xar,
Əş'ar bulub kəsadi-əs'ar.
Ol rütbədə qədri-nəzmdir dun
Kim, küfr oxunur kəlami-mövzun.
Bir mülkdəyəm ki, gər udub qan,
Məzmuni-ibarətə çəkib can,
Min riştəyə türfə lə'l çəksəm,
Min rövzəyə nazənin gül əksəm,
Qılmaz ona hiç kim nəzarə,
Derlər gülə xar, lə'lə xarə.
Ancaq deməzəm ki, xaki-Bağdad
Alayişi-nəzmdəndir azad.
Yoxdur bir mülk bu zamanda
Kim, nəzm rəvacı ola onda:
Nə Hind, nə Fars, nə Xorasan,
Nə Rumü Əcəm, nə Şamü Şirvan.
Olsaydı birində bir süxənsənc,
Əlbəttə, əyan olurdu ol gənc.
Gəncineyi-nəzm gizli qalmaz,
Sanmın[20 - Sanmayın] günəş olsa, nur salmaz.
Kanı necə kim nihan tutar daş,
Eylər onu lə'l aləmə faş.
Hala məgər iqtizayi-dövran
Oldur ki, ola o gənc pünhan.
Dövran ilə mən nəqiz seyrəm,
Dövr əhlindən məgər ki, qeyrəm.
Dövran istər ki, xar ola nəzm,
Biizzətü e'tibar ola nəzm,
Mən müntəzirəm verəm rəvacın,
Bimar isə, eyləyəm əlacın.
Ol nəfyi-kəmali-hikmət eylər,
Lazım bilirəm xəsarət eylər.
Tə'miri-xərabə talibəm mən,
İnşəallah ki, qalibəm mən.

SAQİNAMƏ
Saqi, mədəd et ki, dərdməndəm!
Qəm silsiləsinə paybəndəm.
Qəm dəf'inə cami-mey dəvadır,
Tədbiri-qəm eyləmək rəvadır.
Səndən nə inayət olsa vaqe,
Fikr etmə ki, məndə ola zaye.
Mən bir sədəfəm, sən əbri-niysan,
Ver qətrəvü al dürri-qəltan.
Sənsən xurşidü mən siyəh xak,
Ver atəşü al cəvahiri-pak.
Rəhm et ki, qəribü xaksarəm,
Bimunisü yarü qəmgüsarəm.
Ol bir neçə həmdəmi-müvafiq,
Yə'ni şüərayi-dövri-sabiq
Tədric ilə gəldilər cəhanə,
Tə'zim ilə oldular rəvanə.
Dövran oları müəzzəm etdi,
Hər dövr birin mükərrəm etdi.
Hər birinə hami oldu bir şah,
Zövqi-süxənindən oldu agah.
Türkü ərəbü əcəmdə əyyam
Hər şairə vermiş idi bir kam.
Şad etmiş idi Əbunüvası
Harun-xəlifənin ətası.
Bulmuşdu səfayi-dil Nizami,
Şirvanşahə düşüb girami.
Olmuşdu Nəvaiyi-süxəndan
Mənzuri-şəhənşəhi-Xorasan.
Söz gövhərinə nəzər salanlar,
Gəncinə verib gühər alanlar
Çün qalmadı, qalmadı fəsahət,
Ərbabi-fəsahət içrə rahət.
Ol taifə çəkdi xirqəyə baş,
Halətlərin etməz oldular faş.
Ta olmaya rəsmi-şe'r məfqud,
Əbvabi-fünuni-nəzm məsdud,
Lazım mənə oldu hifzi-qanun,
Zəbti-nəsəqi-kəlami-mövzun.
Naçar tutub təriqi-namus,
Rahətdən olub müdam mə'yus,
Əhdi sözə üstüvar qıldım,
Əş'ar demək şüar qıldım.
Çün xəlqə xilafi-müddəayəm,
Onlar zə'mincə süst rə'yəm.
Hər söz ki, gəlir zühurə məndən,
Min tə'nə bulur hər əncüməndən.
Eylər həsəd əhli bağlayıb kin,
Təhsin əvəzinə nəfyü nifrin.
Ümmid ki, rəf olub küdurət,
Təğyirpəzir ola bu surət.
Ol qövm bu gülşənə girəndə,
Bu gülşən içində gül dərəndə,
Gül tazə idivü səbzə növxiz,
Təprəndikcə nəsimi-gülriz,
Onlar gülü dərdilər, məni-zar
Hala dilərəm dərəm xəsü xar.
Bu bəzmə olar verəndə təzyin,
Mey saf idi, bəzm həm növayin.
Mey safi olara oldu ruzi,
Qaldı mənə daği-dürd suzi.
Bu dürdə mən olmuşam həvaxah,
Bir nəş'ə verərmi, bilməzəm, ah!

BU, SAQİYİ-BƏZMƏ BADƏ ÜÇÜN XİTABDIR[21 - Bu, məclis saqisinə badə üçün xitabdır.]
Saqi, kərəm eylə, cam gəzdir!
Durma, qədəhi müdam gəzdir!
Dövranə çox e'tibar qılma,
Gəzdir qədəhi, qərar qılma!
Tök alıb ələ gümüş sürahi,
Zər sağərə ruhbəxş rahi.
Sərf eylə riayətimdə əltaf,
Tənhalığımı gör, eylə insaf!
Şüğlüm bu büsat içində çoxdur,
Səndən özgə, mədədçi yoxdur.
Həmdəmligim ilə ar qılma!
Məndən nifrət şüar qılma!
Gər bilməz isən ki, mən nə zatəm,
Nə zülməti-çeşmeyi-həyatəm,
Feyzi-hünərim şərabdan sor,
Suzi-cigərim kəbabdən sor.
Tutsan əlini məni-fəqirin,
Həqq ola həmişə dəstgirin.
Mən şairi-Musiyi kəlaməm,
Sahirlərə mö'cizi-təmaməm.
Mən sahiri-Babili nəjadəm,
Harutə bu işdə ustadəm.
Söz dərkinə sərf edib fərasət,
Əmlakına bulmuşam rəyasət.
Gəh tərzi-qəsidə eylərəm saz,
Şəhbazım olur büləndpərvaz.
Gəh də'bi-qəzəl olur şüarım,
Ol də'bə rəvan verər qərarım.
Gəh məsnəviyə olub həvəsnak,
Ol bəhrdə istərəm düri-pak.
Hər dildə ki, var, əhli-razəm,
Məcmui-fünunə eşqbazəm.
Bir kargərəm həzarpişə,
Canlar çəkib istərəm həmişə
Dükkanım ola rəvaci-bazar,
Hər istədigin bula xiridar.

BU, BİR TƏRİQ İLƏ KƏSRİ-NƏFSDİR VƏ MÜQƏDDİMEYİ-MƏDHİ-PADİŞAHİ-ƏSRDİR[22 - Bu, bir yolla nəfsi qırmaq və əsrin padşahının mədhinin başlanğıcıdır.]
Saqi, nə idi bu cami-gülgun
Kim, eylədi halımı digərgun?
Sərməst olubam, sözüm həbadır,
Hər laf ki, eylərəm – xətadır.
Tə'siri salıb dimağə təşvir,
Təşviri məcazım etdi təğyir.
Mən qandanü lafi-hüsni-göftar
Kim, söz deməyə olam səzavar?
Olsaydı mənim sözümdə bir hal,
Əlbəttə, olurdum əhli-iqbal.
Müstövcibi-izzü cah olurdum,
Şayəsteyi-barigah olurdum.
Məqbul düşərdim asitanə,
Mənzuri- şəhənşəhi-zəmanə.
Ol padişəhi-büləndbiniş
Kim, xaki-rəhidir afəriniş,
Müstəhfəzi-din, pənahi-islam,
Məxdumi-zəman, məlazi-əyyam.
Əbr istehsanü bərqi kinə,
Şahənşəhi-Məkkəvü Mədinə.
Müstəlzəmi-həq, müxilli-batil,
Sultani-muradbəxşi-adil,
Ərbabi-hünər ümidgahi,
Türkü ərəbü əcəm pənahi.
Dərya kimi eyləyən dəmadəm
Əndişeyi-qürbü bə'di-aləm.
Lutfilə verən yaxına lö' lu,
Əbrilə irağə göndərən su,
Lö'lösini eyləyən cahantab,
Ləbtəşnələri dür ilə sirab.
Gərdun kimi lütf edəndə zahir
Damən-damən tökən cəvahir.
Gün kimi olanda cudə məzhər,
Xərmən-xərmən nisar edən zər,
Tuğrayi misali-Ali-Osman,
Sultani-sipəhşikən Süleyman!
Yerdə düşər olsa feyzi xakə,
Tə'n eyləyə xak ruhi-pakə.
Göydə nəzər etsə gər hümayə,
Xurşid salır hümayə sayə.
Gər şərqə ura sinani-sərkəş,
Gün kimi çıxır sipehrə atəş.
Gər qərbə çalarsa tiği-bürran,
Gərdunə yetər şəfəq kimi qan.
Dün çərx yana nigah qıldım,
Nəzzareyi-lövhi-mah qıldım,
Gördüm bu xəti ki, xameyi-xur
Ol lövhdə eyləmişdi məstur:
Yarəb ki, müzəffər ola daim
Zatilə binayi-ədl qaim.
Şayəstə ona sərirü əfsər,
Aləmlərə ədli sayəgüstər.

BU QƏSİDƏ PADİŞAHİ-İSLAM ŞƏ'NİNDƏDİR
Zəhi-kamil ki, əqli-nüktədan dərkində heyrandır,
Vücudi-bimisali intixabi-növ'i-insandır.
Fələk bir dürc, onun zati-şərifi gövhəri-yekta,
Cahan bir cism, onun hökmi-rəvani, filməsəl, candır.
Əsasi-hökmidir, mə'nidə bir səddi-Sikəndər kim,
Onun Yə'cucdur bir yanivü bir yani insandır.
Binayi-qədrdir mə'nidə ol ali imarət kim,
Müqərnəs taği-gərdun ol imarətdən bir eyvandır.
Müzəffər daima Sultan Süleyman xani-adildir
Ki, hər kim tabeyi-fərmanı olmaz – namüsəlmandır.
Cahangiri ki, güntək mülk təsxirinə əzm etsə,
Mühəqqər cilvəgahi ərseyi-İranü Turandır.
Səxi təb'i, mürüvvət pişeyi kim, bəhri-əltafi
Təməvvüc qılsa mövcü fəqr bünyadinə tufandır.
Kəminə kimsəyə kəmtər ətasi hasili-dərya,
Mühəqqər məclisə bəzli-həqiri bəhreyi-kandır.
Vücudi-pak ilə Həq rəhmətidir aləmə nazil,
İtaət əhiinə göstərdiyi ədl ilə ehsandır.
Süleyman bargahidir yəqin heybətli dərgahi
Kim, onda divlər tabe, pərilər bəndəfərmandır.
Müəzzəm ləşkəridir bir bulud kim, düşmənə ondan
Firəngilər sədası rə'd, toplar daşı barandır.
Səməndi səgridəndə lame' olmuş əxtəri-Saqib,
Sipahi dəprənəndə mövcə gəlmiş bəhri-Ümmandır.
Səfərdə çəkmək üçün həşmətü iqbal əsbabın,
Ərabə ərş lövhi, ordusu gərduni-gərdandır.
Zəmanində yetib cəm'iyyəti-əsbabə ariflər,
Olub dərhəm həmin məhbublar zülft pərişandır.
Xəlayiq sübhtək xəndan olub mehri-cəmalindən,
Dili-suzan ilə dövründə ancaq şəm' giryandır.
Həvadisdən məcazi-mülk tə'mirinə imkan yox
Kəmali-ədl ilə ta mülkə Osman oğlu sultandır.
Bihəmdüllah, bu gün xövfü xətadan şər' namusun
Bulub tövfiqi-nüsrət saxlayan Sultan Süleymandır.
Nişani-feyzdir ol nüsrətü iqbal kim, hala
Nə yan kim, əzm qılsa rəhbəri tə'yidi-Yəzdandır.
Dilü candan Füzuli əzmi-iqbalinə ol şahın,
Rizayi-Həqq üçün daim duaguyi-sənaxandır.
Çü oldur hamiyi-islam, vacibdir onun mədhi,
Nə kim, mədhindən özgə söz demiş, ondan peşimandır.
İlahi, baqi olsun daim insanpərvər iqbalı
Cahani-fani içrə ta bəqayi-növ'i-insandır.

BU, SƏBƏBİ-NƏZMİ-KİTABDIR VƏ BAİSİ-İRTİKABİ-ƏZABDIR[23 - Bu, kitabın yazılmasının və əzaba düçar olmağın səbəbidir.]
Saqi, tut əlim ki, xəstəhaləm!
Qəm rəhgüzərində payimaləm.
Sənsən məni-mübtəlaya qəmxar,
Səndən özgə dəxi kimim var?
Müşkül işə düşmüşəm, mədəd qıl,
Mey hirzi ilə bəlamı rəd qıl!
Həll eyləyə gör bu müşkülatı,
Kəm etmə qulundan iltifatı!
Bir gün ki, meyi-Süheyltə'sir
Vermişdi mizaci-pakə təğyir,
Həmrəngi-bəhar olub xəzanım,
Dönmüşdü əqiqə zə'fəranım.
Cəm idi yanımda ittifaqi:
Sazü məzəvü şərabü saqi.
Peyvəstə ləbaləbü peyapey,
Nuş eylər idim qədəh-qədəh mey.
Zövq üzrə mey artırırdı zövqüm,
Şövq üzrə ziyad olurdu şövqüm.
Ol bəzm idi afiyət bəharı,
Mən bülbüli-zarü biqərarı.
Bir həddə irişdi nəş'eyi-cam
Kim, qalmadı əhli-bəzmə aram.
Əsrari-dil oldu aşikara,
Məsdud oluban dəmi-müdara.
Olmuşdu rəfiqü həmzəbanım,
Ayineyi-tutiyi-rəvanım
Bir neçə zərifi-xütteyi-Rum,
Rumi ki, dedin, qəziyyə mə'lum.
Yə'ni ki, qamu dəqaiq əhli,
Hər məs'ələdə həqaiq əhli,
Həm elm fənində nüktədanlar,
Həm söz rəvişində dürfəşanlar.
Kim eylər idi həqaiqi-raz,
Şeyxidənü Əhmədidən ağaz.
Kim söylər idi ögüb kəlami,
Övsafı-Cəliliyü Nizami.
Bilmişlər idi ki, hüsni-göftar
Qədrim qədərincə məndə həm var.
Çün var idi məstlikdə lafım,
Ta anlana sidqimü xilafım,
Mən xəstəyi etdilər nişanə
Bir rəng ilə tiri-imtəhanə.
"Lütf eylə! – dedilər, – ey süxənsənc!
Faş eylə cəhanə bir nihan gənc!
Leyli-Məcnun əcəmdə çoxdur,
Ətrakdə ol fəsanə yoxdur.
Təqrirə gətir bu dastanı,
Qıl tazə bu əski bustanı".
Bildim, bu qəziyyə imtəhandır,
Zira ki, bu bir bəlayi-candır.
Sevdası dirazü bəhri kutah,
Məzmunu fəğanü naləvü ah.
Bir bəzmi-müsibəti-bəladır
Kim, əvvəli qəm, sonu fənadır.
Nə badəsinə nişatdən rəng,
Nə nəğməsinə fərəhdən ahəng.
İdrakı verər xəyalə azar,
Əfkarı edər məlalı əfgar,
Olsaydı təvəccöhü münasib,
Tövcihinə çox olurdu rağib.
Olsaydı təsərrüfündə rahət,
Çox kamil ona qılırdı rəğbət.
Billah ki, nə xoş demiş Nizami,
Bu babdə xətm edib kəlami:
"Əsbabi-soxən nişatü nazəst,
Zin hər do soxən bəhanəsazəst.
Meydani-soxən fərax bayəd,
Ta təb' süvareyi nomayəd.
Dər gərmiyi-rigü səxtiyi-kuh
Ta çənd soxən rəvəd bəənbuh?"[24 - Şadlıqdır, eyhamdır sözün arğacı,Bunlarla düzəlir söz ehtiyacı.Gərək söz meydanı gen olsun müdam,Atını dörd yana səyirtsin ilham.Qumsala, daşlığa ilham gedərmi?Getsə də, torpağa təsir edərmi?Tərcümə Səməd Vurğunundur]
Bir iş ki, qılır şikayət ustad,
Şagirdə olur rücui bidad.
Gərçi bilirəm, bu bir sitəmdir,
Təklifi bunun qəm üzrə qəmdir.
Əmma necə etmək olur ikrah?
Bir vaqeədir ki, düşdü nagah.
Yeydir yenə üzrdən şüruim,
Bu işdə təvəkkülə rücuim.
Ey təb'i-lətifü əqli-vala!
İdraki-büləndü nitqi-guya!
Düşdü səfərim diyari-dərdə,
Kimdir mənə yar bu səfərdə?
Hər kimdə ki, vardir istitaət,
Dərdü qəmü möhnətü qənaət,
Oldur bu müsafirətdə yarım,
Zövq əhlinə yoxdur e'tibarım.
Mərkəb gərək olsa əzmi-rahə,
Bəsdir bizə xaməvü siyahə.
Vər tuşeyi-rah olursa mətlub,
Məzmuni-xoşü ibarəti-xub,
Əzm eyləyəlim, təəllül etmən![25 - Etməyin]
Mənzil kəsəlim, təğafül etmən!
Ey bəxt, vəfasız olma sən həm!
Həmrahlıq et bizimlə bir dəm!

BU, SƏADƏTLİ BƏY HƏZRƏTLƏRİNİN MƏDHİDİR
Ey xameyi-sərkəşi-səbükxiz,
Vəqt oldu ki, olasan gühərriz!
Mən acizəmü bıı əmr müşkil,
İmdad dəmidir, olma qafil!
Asari-mürüvvət eylə izhar,
Bir təprən, əgər mürüvvətin var!
Sən qıl hünəri, mən alayım ad,
Sən çək ələmi, mən olayım şad.
Çün nəxli-hədiqeyi-hünərsən,
Miftahi-xəzaneyi-gühərsən,
Cəhd eylə çıxar cəvahiri-pak,
Fikr etmə ki, yoxdur əhli-idrak!
Demə ki, bolub kəsad bazar,
Bulmaz bu mətaimiz xiridar.
Yetməzmi sənə əmiri-kamil,
Sərdari-zəmanə, Veysi-adil?
Ol bəhri-ətavü kani-əltaf
Kim, şə'ninə gəldi ədlü insaf.
Sərdari-müəzzəmü mükərrəm,
Cananeyi-mülkü cani-aləm.
Zatında onun həmişə mövcud
Elmü ədəbü şücaətü cud.
Ədlindən əgər təraneyi-çəng
Faş eyləyə bəzmdə bir ahəng,
Yel şəm'ə dəxi təərrüz etməz,
Pərvanəyə şəm' zülmü yetməz.
Hüsni-ədəb ilə eylə mö'tad,
Yanında nə vəqt qılsalar yad,
Ol sözü deməz ki, ola təkrar,
Ta yetməyə sayəsində azar.
Üslubi-şücaət üzrə mahir,
Xurşidsifət cahanda zahir.
Həm xas onu söyləməkdə, həm am,
Həm Rum dolu adı ilə, həm Şam.
Gər cudinə kimsə olsa talib,
Mümkün ola lütfi qəhrə qalib.
Yə'ni mənə öyrədib səxavət,
Bir hacəti istəmək nə hacət?
Olmuş ona xaneyi-əmarət
Bu dörd bina ilə imarət.
Ey dustnəvazü düşmənəndaz,
Şahinrəvişü büləndpərvaz!
Düzdüm sənə türfə aşiyanə,
Yə'ni əbədi nişatxanə.
Mə'mur edibən binayi-ali,
Cənnət sifəti, İrəm misali.
Ta ruzi-əbəd bunu məqam et,
Bidəğdəğə işrəti-müdam et!
Billah ki, degil yaman əsər bu,
Gər adisə müddəa yetər bu.
Mən kim, sənə olmuşam sənaxan
Sultan Veysə necə ki, Səlman.
Budur qərəzim ki, cavidani
Adın tuta ərseyi-cahani.
Ta baqi ola bu səbz gülşən,
Həm mən olum əhli-zikr, həm sən.

BU, TUĞRAYİ-MİSALİ-MƏHƏBBƏTDİR VƏ DİBAÇEYİ-DİVANİ-MÖHNƏTDİR[26 - Bu, məhəbbət nəqşinin nişanı və möhnət divanının dibaçəsidir.]
Dehqani-hədiqeyi-hekayət,
Sərrafi-cəvahiri-rəvayət
Mə'ni çəmənində gül dikəndə,
Söz riştəsinə gühər çəkəndə
Qılmış bu rəvişdə nüktədanlıq,
Gülrizligü gühərfəşanlıq
Kim: xeyli-ərəbdə bir cəvanmərd,
Cəm'iyyətü izzü cah ilə fərd,
Müstəcməi-cümleyi-fəzail
Bulmuşdu rəyasəti-qəbail.
Əmrinə ərəb mütiü münqad,
Cəh Bəsrə məqamı, gah Bağdad.
Bir büq'ədə olmayıb qərarı,
Gəzməldə keçərdi ruzigarı.
Hər ləhzə urardı ol yeganə
Sərçeşmələrə siyah xanə.
Seyr eylər idi sürüb tənə'üm,
Gözlər izərə misali-mərdüm.
Övzai-xiyami-mişkfami
Xəlqə şäbi-qədrtək girami.
Hər mənzilə kim, güzar edərdi,
Səhrayi bənəfşəzar edərdi.
Gülzarlar içrə lalə çağı,
Bənzərdi evinə lalə dağı.
Əmvalı cəmii-cinsdən çox,
Əmma bu cəhanda varisi yox.
Gər qılsa onu tələf həvadis,
Yox bir xələfi ki, ola varis.
Fərzəndsiz adəmi tələfdir,
Baqi edən adəmi xələfdir.
Nəsl ilə olur bəqayi-insan,
Nəzmi-bəşərü nizami-dövran.
Can cövhərinə bədəldir övlad;
Övlad qoyan, qoyar həmin ad.
Xoş ol ki, xələfdən ola xoşdil,
Dünyada bir oğlu ola qabil.
Pirayəsi ola dəstgahə,
Sərmayəsi ola izzü cahə.
Ah, ər ola bir səfihü sərkeş,
Ətvari kərihü xülqi naxoş.
Təşni' oxuna olub nişanə,
Bizar ola ondan atə-anə.
Əlqissə, ol əfzəli-qəbail,
Ol piri-həmidətül-xəsail
Fərzəndə olub həmişə talib,
Təhsili-bəqayi-nəslə rağib,
Çox mahliqa sənəmlər aldı,
Çox türfə zəminə töxm saldı.
Çox nəzrlər etdi hər məzarə,
Çox qıldı niyaz girdigarə,
Tə'sir qılıb fəğanü ahi,
Övn etdi inayəti-ilahi.
Bir gecə açıldı babi-rəhmət,
Buldu əsəri-dua icabət.
Məqsud şəm'i münəvvər oldu,
Sənduqi-əməl dür ilə doldu.
Tədric ilə qıldı kilki-təqdir
Nəqşi-qərəzi rəhimdə təsvir.
Bər verdi nihali-baği-məqsud,
Açıldı güli-hədiqeyi-cud.
Çün və'də irişdi, doğdu bir ay,
Xurşid rüxiylə aləmaray.
Şad oldular ondan ata-anə,
Şükranə verildi çox xəzanə.
Əlqissə, ədəmdən oldu peyda
Bir tifli-müzəkkərü müzəkka.
Xurşid kimi kəmalə qabil,
İsa kimi tifllikdə kamil.
Ol dəm ki, bu xakdanə düşdü,
Halını bilib fəğanə düşdü.
Axır günün əvvəl eyləyib yad,
Axıtdı sirişkü qıldı fəryad,
Yə'ni ki: "Vücud dami-qəmdir;
Azadələrin yeri ədəmdir.
Hər kim ki, əsir olur bu damə,
Səbr etsə gərək qəmi-müdamə".
Olmuşdu zəbani-hali guya,
Söylərdi ki: "Ey, cəfaçı dünya!
Bildim qəmini sənin ki, çoxdur,
Qəm çəkməyə bir hərif yoxdur.
Gəldim ki, olam qəmin hərifi,
Gəl, təcrübə eylə mən zəifi!
Hər qanda qəm ola, qılma ehmal,
Cəm' eylə, dili-həzinimə sal!
Həm ver mənə qəm yemək kəmali,
Həm aləmi qəmdən eylə xali!
Peyvəstə məni əsiri-qəm qıl!
Kəm qılma nəsibimi, kərəm qıl!
Zövq ilə keçirmə ruzigarım,
Fani olana yox e'tibarım.
Ey eşq, qəribi-aləm oldum,
Avareyi-vadiyi-qəm oldum,
Tədbiri-qəm etmək olmaz oldu,
Gəldim, geri getmək olmaz oldu.
Səndən dilərəm mədəd ki, daim
Təmkinim ola sən ilə qaim.
Bu bəzmdə kim, şərabı qandır,
Saqi-cəlladi-biamandır,
Bir mey mənə sun ki, məstü mədhuş
Daim özümü qılım fəramuş.
Nə gəldigimi bilim cəhanə,
Nə onu ki, necədir zəmanə.
Aləm gözümə görünməyə hiç,
Bu riştədə bulmayım xəmü piç".
Dayə onu pak qıldı qandan,
Qaldırdı bu tirə xakdandan.
Qüslün verib abi-çeşmi-tərdən,
Süd yerinə verdi qan cigərdən.
Əqvamü qəbaili olub şad,
Ol növrəsə Qeys qoydular ad.
Can ilə qılırdı dayə e'zaz,
Əsbabi-kəmali-tərbiyət saz.
Lakin, ol edib həmişə nalə,
Xoşnud degildi heç bu halə.
Ə'zasın edib əlilə əfgar,
Eylərdi müdam naləvü zar.
Süd içsə sanırdı kim, içər qan,
Əmcək görünürdü ona peykan.
Yox idi firib ilə qərarı,
Yanında firibin e'tibarı.
Bir gün onu gəzdirirdi dayə,
Dərdini yetirməyə dəvayə,
Bir evdə məgər ki, bir pərivəş
Ol tifli bəsi görüb müşəvvəş,
Rəhm etdi, əlinə aldı bir dəm,
Tifl onu görüncə, oldu xürrəm.
Hüsnünə baxıb qərar tutdu,
Fəryadü fəğanını unutdu.
Olduqca əlində, oldu xəndan;
Düşdükdə əlindən, oldu giryan.
Mahiyyətini çü dayə bildi,
Ol mahı ona ənis qıldı.
Oldu bu dəxi onunla mö'tad,
Nə dayə, nə anə eylədi yad.
Zatında çü var idi məhəbbət,
Məhbubu görüncə tutdu ülfət.
Eşq idi ki, oldu hüsnə mail,
Hüsnü nə bilirdi tifli-qafil.
Mə'lum idi əhli-halə ol hal
Kim, nüsxeyi-eşqdir bu timsal.
Əlbəttə, bu tifli zar edər eşq,
Aşüftəyi-ruzigar edər eşq.
Əlbəttə, qılır bu sübh təsir,
Xurşid çıxıb olur cahangir.
Çün tərbiyəti-ədibü dayə
Verdi əsəri-təmam ol ayə,
Gün-gündən edib kəmal hasil,
Ol mahi-növ oldu bədri-kamil.
Gəldikcə meyi-vəfadan əyyam,
Hər dövrdə sundu ona bir cam.
Ta qıldı onu təmam sərməst,
Tədric ilə dami-eşqə pabəst.
Çün sür'ət ilə dönüb zəmanə,
On yaşinə yetdi ol yeganə;
Atasına müqtəzayi-adət
Fərz oldu ki, onu edə sünnət.
Cəm' etdi əhaliyi-diyari,
Hər sahibi-izzü etibari;
Bəzl eylədi ol qədər zərü sim
Kim, yetdi qiyasə fərqdən bim.
Xəlq onda görəndə kəsrəti-mal,
Bim oldu ki, mün'əkis ola hal.
Ol safzəmir, pakməşrəb
Bir bəzmgəh eylədi mürəttəb
Kim, görmədi onu çeşmi-sağər,
Cəmşiddən özgəyə müyəssər.
İtmamə yetib təriqi-sünnət,
Tə'limi-ülumə yetdi növbət.
Əsbab ona eyləyib mürəttəb,
Verdilər onunla zibi-məktəb.

BU, BÜNYADİ-BİNAYİ-BƏLADIR VƏ MÜQƏDDİMEYİ-ƏLƏMİ-İBTİLADIR[27 - Bu, bəla binasının özülü və dərdə tutulmağın başlanğıcıdır.]
Məktəbdə onunla oldu həmdəm
Bir neçə mələkmisal qız həm.
Bir səf qız oturdu, bir səf oğlan,
Cəm' oldu behiştə hurü qılman.
Oğlanlara qızlar olsalar yar,
Eşqə bulunur rəvaci-bazar.
Qız nərgisi-məst edib füsunsaz,
Oğlana satanda işvəvü naz
Oğlan necə səbr pişə qılsın?
Vər[28 - Və əgər] səbri həm olsa, nişə qılsın?
Ol qızlar içində bir pərizad
Qeys ilə məhəbbət etdi bünyad.
Bir türfə sənəm ki, əqli-kamil
Gördükdə onu olurdu zail.
Zülfeyni-müsəlsəli girehgir,
Can boynuna bir bəlalı zəncir.
Əbrusi xəmi bəlayi-üşşaq,
Həm cüft lətafət içrə, həm taq.
Hər kipriyi bir xədəngi-xunriz,
Peykani-xədəngi qəmzeyi tiz.
Dəryayi-bəla cəbini-paki,
Çin cünbüşi mövci-səhmnaki.
Çeşmi-siyəhinə sürmədən ar,
Hindusinə sürmə həm giriftar.
Rüxsarinə rəngi-ğazədən nəng,
Hərgiz ona ğazə verməmiş rəng.
Göz mərdüməgindən olsa xali,
Göz mərdüməgi olurdu xali.
Lə'lü düri göstərirdi hərdəm,
Övraqi-gül içrə iqdi-şəbnəm.
Əbvabi-təkəllüm etsə məftuh,
Əmvatə verərdi müjdeyi-ruh.
Şümşadi-lətifinə mürəkkəb,
Sibi-zənəxü turunci-ğəbğəb.
Əndami lətifeyi-ilahi,
Dəryayi-lətafət içrə mahi.
Şəhbaz baxışlı, ahu gözlü,
Şirin hərəkətli, şəhd sözlü.
Rahü rəvişi müdam qəmzə,
Başdan-ayağa təmam qəmzə.
Ayruqca şəklü xoşca peykər,
Yaxşıca sənəm, gözəlcə dilbər.
Aləm səri-muyinin tüfeyli,
Məhbubeyi-aləm, adı Leyli.
Qeys onu görüb həlak oldu,
Min şövq ilə dərdnak oldu.
Ol nadirə həm ki, Qeysi gördü,
Min zövq bulub, özün itirdi,
Gördü ki, bir afəti-zəmanə,
Misli dəxi gəlməmiş cəhanə.

BU, SİFƏTİ-MƏCNUNDUR VƏ İBTİDAİ-MÖHNƏTİ-FÜZUNDUR[29 - Bu, Məcnunun təsviri və hədsiz möhnətin başlanğıcıdır.]
Bir dilbəri-sərvqəddü gülruy,
Sərvi-xoşü gülrüxü səmənbuy.
Şirin ləbi – mənşəi-lətafət,
Rə'na qədi – durduğilə afət.
Övsafi-lətafətində söz çox,
Əltafi-məlahətində söz yox.
Şəhla gözü – nərgizi-pürəfsun,
Ziba qaşı – nərgis üzrəki nun.
Hüsni gülü laleyi-şəfəqfam,
Zülfi xəmi – lalə üzrəki lam.
Ağzı sifətin xud etmək olmaz,
Əsrari-nihanə yetmək olmaz.
Zülfi sözü – zikri-həlqeyi-raz,
Lə'li-ləbi – abi-çeşmeyi-naz.
Dövri-məhi-ruyi – çeşmeyi nur,
Xaki-kəfi-payi – sürmeyi-hur.
Bir qayət ilə şəmaili-xub
Kim, Leyli olanda ona mətlub,
Bir güzgüyə gər açıb gözünü,
Güzgüdə görəydi öz-özünü,
Öz arizinə olurdu meyli,
Qılmazdı həvayi-hüsni-Leyli.
Ol iki səmənbərü səhiqəd
Bir-birinə oldular müqəyyəd.
Ol iki xərabi-badeyi-zövq
Bir camdan içdilər meyi-şövq,
Girdabi-bəlayə oldular qərq,
Qalmadı aralarında bir fərq.
Övzai-müxalif oldu yeksan,
Guya iki təndə idi bir can.
Hər kim sorar olsa Qeysə bir raz,
Leylidən ona yetərdi avaz.
Kim Leyliyə qılsa bir xitabı,
Qeys idi ona verən cavabı.
Eylərlər idi xəti-vəfa məşq,
Artardı dəmadəm onlara eşq.
Leylidə oxumaq iztirabı
Olsa, rüxi-Qeys idi kitabı.
Məşq etməyə Qeys alsa bir xət,
Leyli qaşı idi ona sərxət.
Xətt üzrə qılırdı ol gözəllər
Min naz ilə bəhslər, cədəllər.
Əmma nə cədəl – kəmali-ülfət,
Nə bəhs – nəhayəti-məhəbbət.
Çün bir neçə müddət ol iki pak
Övqat keçirdilər tərəbnak.
Eşq olduğu yerdə məxfi olmaz;
Eşq içrə olan qərar bulmaz.
Eşq atəşinə budur əlamət
Kim, baş çəkə şö'leyi-məlamət.
Hüsn afəti-eşq olub dəmadəm,
Gəldikcə iradət oldu möhkəm,
Bir qayətə yetdi nəş'əyi-hal
Kim, oldu həvasü əql pamal.
Qalmadı zəbanə tabi-göftar
Kim, eyləyələr məhəbbət izhar.
Keyfiyyəti-halı qılmağa faş
Gəlmişdi təkəllümə gözü qaş.
Eylərdi gözilə bu xitabı,
Qaşilə verərdi ol cəvabı.
Qaşü göz ilə olan təkəllüm,
Həm qılmadı dəfi-zənni-mərdüm.
Mərdümden olam, demə, kənarə!
Mərdüm göz içindədir, nə çarə?
Həmraz ikən ol iki vəfadar,
Dəmsaz ikən ol iki cigərxar,
Rəf' odu hicabi-şahidi-raz;
Eşq oldu məlamət ilə dəmsaz.
Aşiqlərə gizli qalmadı hal;
Mə'lum oldu cəmi'i-əhval.
Gərd ayineyi-nişatə düşdü,
Minbə'd iş ehtiyatə düşdü.
Söyləşməyə ol iki yeganə
Qalmadı səbəb, məgər bəhanə.
Ta olmaya raz aşikara,
Dövran ilə qıldılar müdara.
Bir növ bəhanə ilə hərdəm
Könlünü qılırdı Qeys xürrəm.
Qəsdən unudurdu dərsin ol zar,
Leyliyə deyirdi: "Ey vəfadar!
Hifzi-səbəq etdi bağrımı xun,
Məndən bilirəm, bilirsən əfzun,
Mən bilmədigim mənə oxutgil,
Dərsim oxuyam qulaq tutgil!"
Çün lövhələr üzrə xət yazardı,
Əmdən xətini qələt yazardı.
Yə'ni ki, xəta təvəhhüm edə,
Ol gül açılıb təbəssüm edə,
Göftarə gələ ki: "Bu, qələtdir,
Tərk et ki, xilafı-rəsmi-xətdir!"
Ola səbəbi-təkəllümi-yar,
Fəhm etməyə müddəayi əğyar.
Ətfal qılanda dövr bünyad,
Vari[30 - Hamısı] belə eyləyəndə fəryad,
Ol, yarına ərzi-hal edərdi,
Özgə dövrün xəyal edərdi.
Qılmazlar idi sözünü mə'lum,
Bilməzlər idi sözünə məfhum.
Məktəbdən olan zamanlar azad,
Vəsl üçün edərdi hiylə bünyad:
Qəsd ilə nihan edib kitabın,
Həddən aşırardı iztirabın,
Leyli yolunu tutub durardı,
"Sən gördün ola?" – deyib sorardı.
Yə'ni bu bəhanə ilə bir dəm,
Yarın görə, ola şadü xürrəm.
Elmi-xətə ömrün eyləyib sərf,
Məşq etmiş idi həmin iki hərf:
Bir səfhədə "lam"ü "ya" mükərrər
Yazardı, onu qılardı əzbər[31 - Ərəb əlifbasında(L) və(Y) hərflərinin təkrarından"Leyli" sözü yaranır.]
Kim: "Bu iki hərfdir muradım,
Rövşən bular ilədir səvadım".

BU, LEYLİYƏ ANASI İTAB ETDİGİDİR VƏ BƏHARİ-VƏSLİNƏ XƏZAN YETDİGİDİR[32 - Bu, anasının Leylini danlamasıdır və vüsal baharına payız gəlməsidir.]
Çün məkr ilə Qeysi-bədsərəncam,
Bir neçə zaman keçirdi əyyam.
Tədbir ilə eşq zövq verməz,
Tədbir diyari-eşqə girməz.
Eşq ilə riya degil müvafiq,
Rüsvay gərək həmişə aşiq.
Dildən-dilə düşdü bu fəsanə,
Faş oldu bu macəra cəhanə
Kim: "Qeys oluban əsiri-Leyli,
Leyli dəxi salmış ona meyli".
Tədrici-məbadi ilə nagah
Leylinin anası oldu agah,
Odlara tutuşdu, yasə batdı,
Ol qönçədəhanə dil uzatdı.
Yanar od olub, çəkib zəbanə,
Ol gülrüxə dedi yanə-yanə:
"K'ey[33 - Ki ey] şux! Nədir bu göftügulər,
Qılmaq sənə tə'nə eybculər?
Nəyçün özünə ziyan edirsən?
Yaxşı adını yaman edirsən?
Nəyçün sənə tə'nə edə bədgu?
Namusuna layiq işmidir bu?
Nazik bədən ilə bərgi-gülsən,
Əmma nə deyim ikən yünülsən!
Lalə kimi səndə lütf çoxdur,
Əmma nə deyim, üzün açıqdur.
Təmkini cünunə qılma təbdil!
Qızsan, ucuz olma, qədrini bil!
Hər surətə əks kimi baxma.
Hər gördügünə su kimi axma.
Mey gərçi səfa verir dimağə,
Axdığı üçün düşər əyağə.
Güzgü kimi qatı üzlü olma!
Nərgis kimi xiyrə gözlü olma!
Gözdən gərək olasan nihan sən,
Ta demək ola sənə ki, cansən.
Sən şəm'sən, uymagil həvayə
Kim, şəm'i həva verər fənayə.
Lö'bət kimi özünü bəzətmə,
Rövzən kimi kuçələr gözətmə.
Sağər kimi gəzməgi həram et,
Nəğmə kimi pərdədə məqam et.
Sayə kimi hər yerə üz urma,
Heç kimsə ilə oturma, durma!
Sən sadəsən, özgə əhli-neyrəng,
Cəhd eylə verilməsin sənə rəng.
Derlər səni eşqə mübtəlasən,
Biganələr ilə aşinasən.
Sən qandanü eşq zövqi qandan?
Sən qandanü dust şövqi qandan?
Oğlan əcəb olmaz olsa aşiq,
Aşiqlik işi qıza nə layiq?
Ey iki gözüm, yaman olur ar!
Namusumuzu itirmə, zinhar!..
Biz aləm içində niknamız,
Mə'rufi-təmami-xasü amız,
Nə nəng ilə dəxi edəlim laf?
Biz deməyəlim, sən eylə insaf!
Tut kim, sənə qıymazam məni-zar,
Məndən ulu bir müdəbbirin var.
Neylərsən əgər atan eşitsə?
Qəhr ilə sənə siyasət etsə?
Minbə'd gəl eylə tərki-məktəb,
Bil əbcədini həmin cədü əb.
Etmə qələm ilə məşqdən yad,
Suzən tutü nəqş eylə bünyad.
Ətfaldan eylə qət'i-ülfət,
Həmraz yetər yanında lö'bət,
Büt kimi bir evdə eylə mənzil,
Olma dəxi hər yənayə mayil.
Ənqa kimi üzlət eylə pişə,
Öylə rəviş eylə ki, həmişə
Gərçi adın ola dildə məzkur,
Görmək səni ola qeyri-məqdur.
Xoş ol ki, qızı həmişə gizlər,
Xud gizli gərək həmişə qızlar".

BU, İNKAR İLƏ LEYLİ ANASINA CAVAB VERDİGİDİR VƏ SƏRAYİ-MÖHNƏTƏ GİRDİGİDİR[34 - Bu, Leylinin inkarla (əhvalatı danmaqla) anasına cavab verməsi və məktəbdən çıxıb möhnət sarayına girməsidir.]
Leyli bu itabı çün eşitdi,
Öz könlündə müqərrər etdi
Kim, şö'bədeyi-sipehri-zalim
Tərh eylədi nəqşi-namülayim.
Əyyami-vüsalə yetdi hicran,
Vəqt oldu cigərlər ola büryan.
Əmma nə desin, nə çarə qılsın,
Tədbir nə olduğun nə bilsin?!
Naçar tutub təriqi-inkar,
Asari-təcahül etdi izhar.
Gülzari-itabə ab verdi,
Giryan-giryan cəvab verdi:
"K'ey, munisi-ruzigarım ana!
Dürci-düri-şahvarım ana!
Sözlər dersən ki, bilməzəm mən,
Məzmununu fəhm qılmazam mən.
Dersən məşuqü-eşqü-aşiq,
Mən sadəzəmir tifli-sadiq;
Bilmən nədir ol bədisə məzmun?
Söylə, necə olmayım digərgun?
Eşqin qılmazdı kimsə yadın,
Ha səndən eşitdim indi adın.
Billah, nədir, anə, eşqə məfhum?
Bu sirri-nihanı eylə məlum!
Hadiyi-rəhi-muradım olğıl,
Bu işvədə ustadım olğıl!
Mən məktəbə rə'yim ilə getmən,
Bir şüğli xilafi-rə'yin etmən.
Həm sən dərsən ki: "Məktəbə var!"
Həm dersən sən ki: "Getmə, zinhar!"
Qanğı sözə e'tiqadım olsun?
Sənə necə e'timadım olsun?
Mən həm degiləm bu zəcrə qail
Kim, hərdəm olub çiraği-məhfü,
Nacinslər ilə həmdəm olam,
Bir yerdə müqəyyədi-qəm olam.
Hər didədən edə-edə pərhiz,
Övqat keçə küdurətamiz.
Peyvəstə müəllim eyləyib cövr,
Gahi səbəq oxuda, gəhi dövr.
Billah mənə həm bu idi məqsud,
Məktəbdə olurmu tifl xoşnud?
Ayrıq bu sözü mükərrər etmə,
Lütf eylə, məni mükəddər etmə!"
Çün ana eşitdi bu cəvabi,
Tərk etdi şikayətü itabi.
Şəksiz ona rövşən oldu k'ol[35 - Ki ol] mah,
Aşiqlikdən degildir agah
Bihudədir ol qamu fəsanə
Kim, aşiqdir filan fılanə.
Çün vaqeə şək məhəlli oldu,
Ol vaqeədən təsəlli oldu.
Leyli həm oturdu evdə naçar,
Düzdü sədəfinə dürri-şəhvar…
Bir bürcdə sabit oldu əxtər,
Məhbusi-xəzanə oldu gövhər.
Lə'l oldu əsiri-sineyi-səng,
Həbs oldu gülabə şişeyi-təng.
Qəmdən siyəh oldu ruzigarı,
Nomid[36 - Naümid.] dili-ümidvarı.
Ah eylər idi, vəli, nə hasil?
Ol yel açamazdı qönçeyi-dil.
Göz yaşı tökərdi, leyk nə sud,
Bitməzdi onunla nəxli-məqsud.
Zülfi kimi piçü tabə düşdü,
Heyran qalıb iztirabə düşdü.
Ağzı kimi xülqün etdi qəm dar;
Çeşmi kimi cismi oldu bimar.
Nə dərdini saxlasa, qərari,
Nə şərhi-qəm etsə, qəmküsari.
Fanusi-xəyalə döndü ol şəm',
Könlünü qılıb xəyal ilə cəm',
Hərdəm çəkib ol qəm içrə min ah,
Səbr etdi zərurət ilə ol mah.
Dərd ilə düzüb təraneyi-qəm,
Bu bir qəzəli oxurdu hər dəm:

QƏZƏLİ-LEYLİ
Fələk ayırdı məni cövr ilə cananımdan,
Həzər etməzmi əcəb, naləvü əfğanımdan?
Oda yandırmasa gər şö'lə ilə nöh fələki,
Nə bitər atəşi-ahi-dili-suzanımdan?
Qəmi-pünhan məni öldürdü, bu həm bir qəm kim,
Gülrüxüm olmadı agəh qəmi-pünhanımdan.
Ah idi həmnəfəsim, ah ki, ol həm axır
Çıxdı ikrah qılıb külbeyi-əhzanımdan.
Mən, nə hacət ki, qılam dağı-nihanım şərhin?
Aqibət zahir olur çaki-giribanımdan.
Həq bilir, yar degil canü dilimdən qaib,
Nola gər qaib isə dideyi-giryanımdan.
Can əgər çıxsa tənimdən əsəri-mehri ilə,
Əsəri-mehrini sanman ki, çıxar canımdan.
Lütf edib sən məgər, ey bad, bu gündən böylə
Verəsən bir xəbər ol sərvi-xuramanımdan.
Ey Füzuli, qəmi-hicr ilə pərişandır hal,
Kimsə agah degil hali-pərişanımdan.

TƏMAMİYİ-SÜXƏN[37 - Sözün tamamlanması.]
Saqi, gətir ol meyi-muğani
Kim, unudalım qəmi-cəhani!
Rəhm eylə ki, qəsdi-can edər qəm,
Bağrım sitəm ilə qan edər qəm.
Qıl əqlimi badə ilə zail,
Çərxin sitəmindən eylə qafil.
Fəryad ki, çərx bivəfadır,
Daim işi cövr ilə cəfadır.
Bir adət ilə mədarı yoxdur,
Dövranının e'tibarı yoxdur.
Gər həmnəfəs etsə iki yarı,
Bir yerə gətirsə iki zarı,
Əlbəttə, səbəb salar arayə,
Onları əsir edər bəlayə.
Billah nə yamandır aşinalıq,
Çün vaqe olur yenə cüdalıq.

GÜZARİŞİ-HALİ-MƏCNUN[38 - Məcnunun halının təsviri.]
Gülzari-kəlam bağbani
Böylə bəzəmiş bu bustani
Kim, sərvi-riyazi-möhnətü dərd,
Sövdazədə Qeysi-dərdpərvərd
Hər sübh gedərdi məktəbə şad,
Məktəbdə olurdu qəmdən azad,
Məşqi-xəti-hüsni-yar edərdi,
Dəf'i-qəmi-ruzigar edərdi.
Zövq ilə tutub təriqi-sabiq,
Adət üzərinə sübhi-sadiq
Gəldi yenə məktəbə fərəhnak
Ta kim, qıla zövqi-vəsli idrak.
Gördü ki, behiştə hur gəlməz,
Gün çıxdı, hənuz nur gəlməz.
Xurşidsiz oldu raz ta şəb,
Oldu başına qaranqu məktəb.
Bildi ki, sipehri-şö'bədəbaz
Bir şö'bədə eyləyibdir ağaz.
Əlbəttə, cəfayi-tə'ni-əğyar
Ol gül yoluna buraxdı bir xar.
Nomid olub etdi nalə bünyad,
Dedi: "Nədir, ey fələk, bu bidad?
Netdim sənə, qəsdi-canım etdin,
Qət'i-rəhi-dilsitanım etdin?
Kəsdin tələbi-qərəzdə rahim,
Bildir mənə kim, nədir günahim?
Əvvəl məni eylədin mükərrəm,
Vəsli-sənəm ilə şadü xürrəm,
Döndün niyə böylə, cövr edərsən?
Ol dövrə nəqiz dövr edərsən?
Vəhm eyləmədinmi kim, çəkib ah,
Suzi-cigər ilə bir səhərgah
Yandıram oda doquz rəvaqın,
Suzin sənə bildirəm fəraqın?
Tədbir qıl, ey müəllimi-pir,
Et sehr ilə ol pəriyi təsxir!
Ancaq mənə sanma yetdi bu qəm
Kim, yetdi mənə yetən sənə həm.
Düş, ey əlif, istiqamətindən,
Şərm eylə bu qəddü qamətindən!
Qəddi həvəsilə dəm urarsan,

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68386375) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Bu, həmd ilə əziz Allahdan kömək istəmə və şükr ilə eyiblərin örtülməsini diləməkdir.

2
Əziz və mərhəmətli Allaha şükürlər olsun. O, əzəli və əbədidir. Allahı sənəti ilə tanımaq mümkün oldu. O nə böyük, nə yüksəkdir! Bənzəri, şəriki, misli və oxşarı olmayan Allah pak və münnəzəhdir. Təzə gəlin kimi gözəl olan bu aləmi bəzəyən, insan nəslini yaradan Odur. Həqiqət cəvahirinin sərrafı, çətin və anlaşılmazlıqları kəşf edəndir. Yaranış binasının memarı, dünya bağçasının suvancısıdır.

3
Ey Allah, mənə imdad et ki, dərdliyəm, çaşqınam, zar və məhzunam. Hünər şöhrətindən xəbərim, hünərsizlikdən başqa hünərim yoxdur. Qarşıma çox çətin bir məşğələ qoymuşam, onun əvvəli və sonu qorxulu və qarışıqdır. O, yolun üzərinə düşmüş bir daş və məni qorxuya salan bir dənizdir. Əgər sənin lütf və uğurun mənə rəhbərlik etməsə, bu dar dərədəki daşın qəlbindən bir ləlin çıxarılması, bu dənizdən əlimə bir dürrün yetişməsi və məqsədimin gülməsi çətindir. Ürəyimi işıqlandıran sinəmin lövhəsinə saf yazılar nəqş etdirən işləri gör ki, xatirimin aynası pak, əqlimin çırağı parlaq olsun. Dövlətimin bağçasına Peyğəmbər və onun əshabının nemət buludları su versin.

4
Bu, tövhid gülzarının çiçəyi və təzim bostanının ilk meyvəsidir.

5
Qüdrət və böyüklük Allaha məxsusdur.

6
Bu, Allaha dua etmə dəryasından bir cövhər və yalvarış mədənindən bir gövhərdir.

7
Nəyim

8
Bu, öz-özünə mövcud olanın (Allahın) isbatına qəti sübutdur və başqa mövcudatın baqi olmamasına dəlildir.

9
Yiyəsindən, sahibindən

10
Səni tanımadıq

11
Bu, cəhaləti etiraf etməyin izharıdır və günah işləməyin iqrarıdır.

12
Nəyin

13
Ki ayineyi

14
Bu, peyğəmbərlərin ən başda gələninin vəsfinin kitabından bir vərəqdir və seçilmişlərin başçılarının lətafət gülzarından bir təbəqdir.

15
Cəbrayıl

16
Bu, merac gecəsinin təsviridir və asiman günəşinin doğmasıdır.

17
Ki alayişi

18
Ey kərəmlər mənbəyi, ey vəfa mədəni. Ey gözəllər məcməyi, ey səxavət mənbəyi! Sən o adamsan ki, bizə müjdə verməyə göndərildin və Allah səni bəyəndi, xalqdan səni fərqləndirdi. Sən elə gəldin ki, yaxınlığa və qəbula üstün oldun. Sən elə gəldin ki, əzizlikdə və yüksəklikdə təksən. Kim lütfünə sığınsa zərər çəkməz, mənfəət tapar, kim şəriətinə uysa azmaz, doğru yol tapar.
Ey böyük çətinliklərdə köməkçi. Ey qurtuluş və zərurət zamanı mağarası qalaya dönən! İsa fələyə ayaq bassa da qədr-qiymətdə sənə çata bilməz. Sən məraca getdin, Kəlim (Musa) Tura, səninlə Kəlimin fərqi yerlə göy qədərdir. Xəlil odda olan zaman sənin suyun Nomrudun odunu söndürdü. Sənin şəriətindən dönmək kafirlikdir, səndən başqasına uymaq azğınlıq əlamətidir.
İxtilaf bəlasından üzülməmək üçün peyğəmbərlər silsiləsi sənə bağlandı. Ənbiyalarla sənin nisbətin əlif kimidir, əvvəli də sənsən, axırı da. Təqdir sənin razılığından başqa bir iş görmür. Qəza həmişə sənin itaətini yerinə yetirir.

19
Bu, qüdrətin yoxluğunu ərz etmə və qüvvətin olmaması üçün üzrdür.

20
Sanmayın

21
Bu, məclis saqisinə badə üçün xitabdır.

22
Bu, bir yolla nəfsi qırmaq və əsrin padşahının mədhinin başlanğıcıdır.

23
Bu, kitabın yazılmasının və əzaba düçar olmağın səbəbidir.

24
Şadlıqdır, eyhamdır sözün arğacı,
Bunlarla düzəlir söz ehtiyacı.
Gərək söz meydanı gen olsun müdam,
Atını dörd yana səyirtsin ilham.
Qumsala, daşlığa ilham gedərmi?
Getsə də, torpağa təsir edərmi?
Tərcümə Səməd Vurğunundur

25
Etməyin

26
Bu, məhəbbət nəqşinin nişanı və möhnət divanının dibaçəsidir.

27
Bu, bəla binasının özülü və dərdə tutulmağın başlanğıcıdır.

28
Və əgər

29
Bu, Məcnunun təsviri və hədsiz möhnətin başlanğıcıdır.

30
Hamısı

31
Ərəb əlifbasında(L) və(Y) hərflərinin təkrarından"Leyli" sözü yaranır.

32
Bu, anasının Leylini danlamasıdır və vüsal baharına payız gəlməsidir.

33
Ki ey

34
Bu, Leylinin inkarla (əhvalatı danmaqla) anasına cavab verməsi və məktəbdən çıxıb möhnət sarayına girməsidir.

35
Ki ol

36
Naümid.

37
Sözün tamamlanması.

38
Məcnunun halının təsviri.
Fələklər yandı ahimdən… Seçilmiş əsərləri Мухаммад Сулейман Физули
Fələklər yandı ahimdən… Seçilmiş əsərləri

Мухаммад Сулейман Физули

Тип: электронная книга

Жанр: Стихи и поэзия

Язык: на азербайджанском языке

Издательство: JekaPrint

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Fələklər yandı ahimdən… Seçilmiş əsərləri, электронная книга автора Мухаммад Сулейман Физули на азербайджанском языке, в жанре стихи и поэзия

  • Добавить отзыв