Çöküş

Çöküş Альбер Камю
Çöküş

Альбер Камю

Тип: аудиокнига

Жанр: Классическая проза

Язык: на азербайджанском языке

Читает: Sərdar Rüstəm

Издательство: Аудиокитаб ООО

Дата публикации: 25.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Alber Kamünün “Çöküş” romanı hər şeydən qabaq təhkiyə və kompozisiya strukturu ilə orijinal və böyük maraq doğuran bir əsərdir. Bu roman əvvəllər Parisdə vəkil işləmiş, hazırda özünü tövbə hakimi adlandıran Jan Batist Klamansın adı əsərdə çəkilməyən şəxsə yönələn monoloqdur. Bu həm də günah və günahsızlıq, rəhm və cəza, xeyr və şər haqqında geniş qapsamlı bir fəlsəfi diskursdur. Kamünün “Çöküş” romanı günah hissi və ondan azad olmağın mümkünsüzlüyü haqqında bir romandır. Klamans bəzən rəğbət doğuran, bəzən təhlükəli, ancaq bütün bunlarla bərabər, həyatında baş verən bir hadisəni ömrü boyu unuda bilməyən bir insandır. Klamans uzun-uzadı öz-özü ilə danışır, mətni birbaşa tələffüz edir, ancaq hər an həyatda buraxdığı boşluğa doldurmağa can atır. Lakin bu birnəfəsə deyilən monoloqda onun tənha küçələrdə sərgərdan gəzməsini, beynindəki şeytanları tuta bilmək üçün Parisi tərk edib Amsterdama gəlməsini duymaq mümkündür. Klamans danışır və həmsöhbətinə bircə an da olsa danışmaq imkanı vermir, Klamans fərdiyyətçidir, o həm də həmsöhbətini nəzərə almayıb öz-özü ilə danışan bir tipdir. Əsərin bir yerində Klamans həmsöhbətini müşayiət edərkən geri qayıtdığı yolda kanalları görür və onları Dantenin cəhənnəmindəki konsentrik dairələrə bənzədir. Bu əsərdəki birinci,

  • Добавить отзыв