Bir Daha Gelmeyecek
Reşad Mecid
Reşad Mecid
Bir Daha Gelmeyecek
BİRKAÇ SÖZ
Reşad Mecid’i 1990’lı yıllarda tanıdım. Karabağ’ın bu yağız delikanlısı ile aramızda sarsılmaz bir dostluk bağı oluştu ve bu bağ ömrümün sonuna kadar giderek güçlenecektir. Onun yüreğinin meyvesi olan şiirlerini orijinalini bozmadan, Anadolu insanı tarafından tam anlamıyla bilinmeyebilir kaygısıyla bazı kelimelerin ve ifadelerin anlamlarını her sayfada dipnot şeklinde vererek hazırladım. İnşallah maksat hasıl olmuştur düşüncesindeyim.
Reşad Mecid 1964 yılında Karabağ’ın füsunkâr beldesi Ağcabedi bölgesinde dünyaya geldi. Bakü Devlet Üniversitesi Gazetecilik Fakültesi mezunudur. Şu anda Azerbaycan Yazarlar Birliği’nin Genel Sekreterliği ve “525-ci Qәzet”in genel yayın yönetmenliği görevlerini yürütmektedir.
Henüz 11-12 yaşlarında şiir yazmaya başlayan Mecid’in ilk şiiri 17 yaşında iken Hüseyin Arif’in genel yayın yönetmenliğini yaptığı “Uğurlu Yol” ve “Azәrbaycan Gәnclәri” gazetelerinde yayımlandı.
1985 yılından başlamak kaydıyla “Elm vә Hәyat” dergisinde düzeltmen olarak çalışmaya başladı, 1990 yılına kadar bu dergide muhabir olarak çalıştı. 1990-1991 yıllarında “Azәrbaycan Bәdii Tәrcümә vә Ədәbi Əlaqәlәr Mәrkәzi”nde başkan yardımcısı olarak görev yaptı. 17 Kasım 1992 yılında “525-ci Qәzet” adlı Azerbaycan’da çok sevilen ve geniş kitleler tarafından okunan gazeteyi kurdu.
“10 Sentiyabr”[1 - Eylül] adlı hikâyesi birçok dile tercüme edildi. “Hәlә ki Vaxt Var”, “Dәlicәsinә”, “Çiyәlәk[2 - Çilek] Qadın”, “Bir Dә Gәlmәyәcәk”, “Roman” onun okuyucularla buluşan eserleridir. Reşad Mecid’in birçok şiiri bestelenmiş ve Azerbaycanlı sanatçılar tarafından ifa edilmektedir.
Reşad Mecid, şiirlerini “Bir Dә Gәlmәyәcәk” adlı eserinde toplamıştır.
Sevgili dostum, can kardeşim Reşad Mecid’in bu eserini oğlum Eldar Avşin Altaylı ile birlikte hazırlayarak yayına takdim ettiğimizden dolayı mutluyum, gururluyum.
Azerbaycan alfabesinin, Türkiye’de kullanılan Latin karakterli alfabeden Ə, ә; X, x; Q, q olmak üzere üç farklı harfi vardır.
Ə, ə: Türkiye Türkçesindeki E, e sesinden daha açık, A, a’ya doğru seslenmelidir.
X, x: Birçok Anadolu ağzında bulunan hırıltılı H, h sesini verir.
Q, q: Arap alfabesindeki gayın
sesini verir; galip kelimesindeki kalın G, g gibi okunmalıdır.
Bunlardan başka K, k harfinin de -Rusça kelimeler hariç sadece ince seslendirildiğini hatırda tutmak gerekir. Bu sebeple kar, kor, kuy vb. kelimeler, a, o, u üzerinde şapka varmış gibi okunmalıdır.
Avrasya Yazarlar Birliği Başkanı sevgili kardeşim Yakup Ömeroğlu telefon ederek, Reşad Beyin bu eserini yayına hazırlamamı istediğinde çok sevinmiştim. Türkiye’de, bu tür çalışmaların yayımlanması önemli bir olgudur. Sevgili kardeşim Reşad Mecid Beye güzel bir armağan olan bu çalışmada bir tutamcık tuzumuzun bulanmasına vesile olduğundan dolayı Yakup Bey kardeşime, canım oğlum Eldar Avşin ve kendi adıma ne kadar teşekkür etsem yine de azdır.
Azerbaycan yazım kurallarında soru ekleri kelimelerden ayrı yazılmaz, özel isimlerin de aldıkları ek ayrılmaz, ancak bizde öyle değildir. Bu durum karışıklığa neden olur kaygısıyla ve Reşad Mecid beyin affına sığınarak soru eklerini bizde olduğu gibi ayırdım, lakin özel isimlerin eklerine dokunmadım.
Okurların, gözümüzden kaçan hataları veya kendileri için hata veya yanlış olarak kabul ettikleri durumları tenkit etmelerini altayli_s@yahoo.com adresine yollamalarını özellikle rica ediyorum. Tenkidin olmadığı yerde gelişmenin olmayacağı düşüncesine sahip bir insanım ve hatamı yüzüme söyleyen insanların da benim can dostum olduğunu kabul eden bir erdeme sahibim.
Teşekkürlerimle.
16. 4. 2015
Dr. Seyfettin ALTAYLI
Gölbaşı-Ankara
BAYRAĞIM
Səni ən çətin
Günlərimdə qorudum,
Beynimə həkk edib[3 - Kazıyıp]
Ürəyimə sarıdım.
Mahnımda[4 - Şarkımda, türkümde],
Nəğməmdə gizlədim.
Aya baxıb xatırladım,
Ulduzunu sevdim.
Üç rənginə öyrəndim[5 - Alıştım],
Hər üzünü[6 - Durumunu, hâlini] sevdim.
Hücumdan, həmlədən qorudum,
Küləkdən[7 - Rüzgardan], tufandan keçirdim,
Bir gün qaldırdım başımın üstünə,
Saxladım,
Әymədim.
Zaval yox indən belə[8 - Bundan sonra],
Başımın üstündən
Qoymaram yerə.
Sənə təşnəyəm[9 - Hasretim, susuzum], acam -
Әlim-qolum yorulsa,
Dişimlə saxlayacam.
Gücü çatmaz
Daha nəsə tərpədə[10 - Hiçbir şey yerinden kımıldatamaz],
kimsə əyə…
Dalğalan, Әs, Açıl yelkən kimi
Gedək[11 - Gidelim] gələcəyə!
TANRININ BƏXŞİŞİ Dastan 2011-2014
Xilaskarım[12 - Kurtarıcım]
Bu şiir 5 Ekim 2011 tarihinde Ankara’da “Riksos” otelində, gece yarısında Yesevi Üniversitesi’nin verdiği bir bloknota yazılmıştır. Bu şiirin adresinin sigara olduğu konusunda şimdi de emin değilim. Ancak sigara bu ve bundan sonra yazdığım bir sürü şiirimde benim sadık arkadaşım olduğundan dolayı onun kastettiği anlamı değiştirmedim.
Sən – dərdin qənimi[13 - Düşmanı]!
Sən – qüssənin[14 - Kederin] cəlladı!
Sən – ağrıların keyidicisi[15 - Dindiricisi]!
Sən gerçək – yalan,
Artan, çoxalan,
Yüzə, minə vurulan
Bəd[16 - Kötü] xəbərlərin qovucusu!
Valerianım!
Korvalolum!
Validolum!
Sən – ən kədərli anımın sirdaşı,
Әn kefli[17 - Neşeli, keyifli] halımın yoldaşı!
Sən olmasaydın,
Canıma mikrobtək
Düşən,
Qanıma işləyən
Bu fəlakət virusları,
Bu ölüm epidemiyaları[18 - Bulaştırıcıları],
Bu bəd xəbərlər
Çoxdan yayılmışdı beynimin hər küncünə[19 - Köşesine],
Ürəyimin içinə!
Sən saxladın onu damarlarımın divarlarında,
Beynimin qapaqlarında!
Qoymadın yayılmağa!
Boğazımdakı qəhərdən[20 - Kederden] qalxıb
Beynimdə insulta[21 - Beyin kanamasına, felce],
Ürəyimdə infarkta[22 - Kalp krizine] keçməyə qoymadın!
Sən, ən böyük rahatlığım!
Ona görə yeyirəm ki,
Dadına dad artıracaq!
İçirəm ki, səni şirinləşdirəcək!
Ən uzun öpüşlərim
Səndəndir!
Dırnaqlarım dayanmır[23 - Durmuyor], sığallayır[24 - Sıvazlıyor]
Tellərinin ucunu…
Sənə görə yeriyir,
Sənə görə gəzirəm!
Səhər tezdən yanındayam –
Bir qurtum[25 - Yudum] su ilə,
Bir qaşıq balla!
Axşam səninlə bağlanır[26 - Kapanıyor] göz qapaqlarım!
Xilaskarım!
Kimdi səni anlayan -
Barmaqla sayılan azlar!
Çörəyi dizinin üstə olan
Әtəyindən tutub qalxan
Sonra səni söyən[27 - Sana küfür eden],
Tapdalayan dayazlar[28 - Çiğneyen sığ akıllılar],
Anlamazlar!
Amma ən çətin anlarında
Barmaqlarını aralayıb –
Birin ver – deyərlər!
Üstünə yüyürür[29 - Saldırır] bəşər!
Səni göydələnlərdən çıxarıb
Bomj[30 - Evsiz barksız, sokaklarda aylak aylak dolaşan sahipsiz kimse] kimi
Qapı ağzına atırlar,
Təyyarələrdən,
Otellərdən qaçaq salırlar!
Səni hava limanlarında bir küncə sıxdılar,
Səni qatarlarda
Әn kirli vaqonlarda qapatdılar!
Dözdün[31 - Katlanmak], dayandın!
Sakit[32 - Sessizce] baxdın!
Üstünə yüyürdü
Qanunlar, yasalar!
Orda onun, burda bunun bəyanatı!
Birinin gur,
Birinin yumşaq səsi.
Bizdə də Qənirə xanımın[33 - Ganire Paşayeva] qanun layihəsi!
Qapalı alanlar!
«No smokinq»lər,
“Ne kurit”lər,
«İçiləməz»lər,
«Çəkmək olmaz»lar!
Sən olmasaydın,
Bəşər uşaqlıq çağında qalmışdı hələ!
Sənsən dünyanın ən böyük kəşfi,
Әn böyük kəşflərin cığır açanı!
Ən gözəl musiqinin,
Әn ilahi sözün qanad verəni!
Yarım gün
Ayrı düşəndə səndən
Gizildəyir[34 - Sızlıyor] damarlarım,
Çığırışır hüceyrələrim!
Sakitliyim,
Rahatlığım,
Süstlüyüm![35 - Uyuşukluğum]
Həm də
Coşqum,
Üsyanımsan!
Hava limanlarında
Ziyarətə gələntək
Sıxışdırıldığın
Balaca otağa
Tələsir[36 - Acele ediyor]
3-5 saat sənsiz qalan
Insanların ağı-qarası,
Qocası-cavanı[37 - Yaşlısı-genci]…
Sənsən susduran acı söhbəti,
Durduran qəliz[38 - Çetrefilli] davanı
Dünən on adama ağız açdım
Qapısında “içiləməz” yazılan odamda
Sənə bir tabaq tapılanacan![39 - Bulunana kadar]
İncimə, küsmə!
Bu şeirdi mənim sənə
Təşəkkürüm, sədaqətim!
Tütünüm!
Nikotinim!
Tüstüm!
Siqaretim!
YAZDIRIR
Olsun ki, şeiri Allah adama
Yaşadıb ömründə tufan yazdırır.
Birinə Məsnəvi, birinə Xəmsə,
Birinə sevgidən roman yazdırır.
Birinə yetmişə yaxınlaşanda
Bir ulduz yollayır ömrün qışında.
Qoyub cavabların axtarışında,
Eyləyib sunami[40 - Tsunami], boran yazdırır.
Mənə də lütf edib öz kərəmini
Yenidən yolladı öz qələmini,
Yaşlı gözlərimin silib nəmini,
Oturdub diz üstə dastan yazdırır.
Tanıdım üzünü, duydum rəngini,
Hiss etdim göylərin bu ahəngini.
Ardarda düzülən söz çələngini -
Özüm yazmıram ki, yazan yazdırır.
11.10.2011
ON GÜN
Əzab[41 - Azap] verib düz on gün,
On gün də əvəz[42 - Karşılık] verir!
Hisslərini yazmağa
İlahi nəfəs verir.
Yanına qaldırıbdı,
Uca buludlardasan!
Boylan[43 - Bakın], bir də bax indi,
Anla, bir gör hardasan?[44 - Nerdesin]
Bu işığın içində,
Az zamanın var sənin!
Çox da yuxarı qalxma
Ruhlar aparar[45 - Götürür] səni.
İlahi qüdrətini
Bax, göndərir yazmağa.
Cəmi[46 - Toplam] onca günün var
Yüz on şeir yazmağa!
İKİ İL ÖNCӘ
İlahi tərəfə yol alacağım,
Yuxuma gəlməzdi iki il öncə.
Onu ki Allahım bəxşiş eylədi,
Yaxına gəlməzdi iki il öncə.
Qarşımda yox idi belə ucalıq,
Durub gözləyirdim – gəlir qocalıq.
Çayından ayrılan bu qızılbalıq[47 - Avrupa alabalığı],
Arxına[48 - Kanalına] gəlməzdi iki il öncə.
Üzdüm tərs tərəfə, axına[49 - Akıntı yönünde] deyil,
Baxdım uzaqlara, yaxına deyil.
Gördüm ki, bu xına o xına deyil[50 - Durum kötü, vaziyet önceki gibi değil],
Bu xına gəlməzdi iki il öncə!
Ömrün hər məqamı olmur ki dərin,
Üzürəm içində neçə dərd-sərin[51 - Dert kederin],
Qarşıda yaşayıb-görəcəklərim
Ağlıma gəlməzdi iki il öncə.
YAXŞI[52 - İyi]
Günlərdən bir adi[53 - Sıradan, normal] gün idi,
Sonra tarixə çevrildi.
Yaxşı mı? Yaxşı!
Üstü torpaqlanmış köhnə duyğular
Yenidən dirildi.
Yaxşı mı? Yaxşı!
Sakit baxışlarda – tufan coşması,
Qəzəbli gözlərin salamlaşması,
Bu incə, bu dərin söz sataşması,
Havayı deyildi.
Yaxşı mı? Yaxşı!
Bu gizli çarpışma, bu səssiz döyüş,
Nə bir xoş təbəssüm, nə bir şux gülüş.
Sonra bilinəcək bu qısa görüş -
Bir tufan, bir seldi.
Yaxşı mı? Yaxşı!
DONDUM
Gördüm ürək yıxan baxışlarını,
Bu hay-küy[54 - Gürültü, şamata] içində, bu gur axında[55 - Gür akıntıda].
Tərpənə bilmədim[56 - Kıpırdayamadım], dinə bilmədim
Dondum bir otelin çıxacağında.
Niyə daşa döndüm, niyə buz oldum? -
Xəbəri olmadı solun, sağın da.
Yapışıb divara söykəli[57 - Yaslanmış biçimde] qaldım,
Dondum bir otelin çıxacağında.
Getdi məğrurluğum, itdi[58 - Kayboldu] şuxluğum,
Ömrümün nəşəli, çılğın çağında.
Dəyişən havanın xoş mehi[59 - Esintisi, meltemi] vurdu -
Dondum bir otelin çıxacağında.
Beləcə başladı dərd də, sevinc də,
Mənim bu qarışıq həyat bağımda.
Bir tilsimə düşdüm heyrət içində,
Dondum bir otelin çıxacağında.
GӘRӘK
Mən niyə gedirdim, niyə dönmədim,
Niyə qayıtmadım[60 - Dönmedim] geriyə, Allah?
Bəlkə indi buna cavab verəsən,
Bəlkə cavabından kiriyəm[61 - Susayım], Allah!
Bəlkə də bu qədər arxayın[62 - Rahat] olub
Mənə güvənməkdə səhv eləmişdin?[63 - Hata yapmıştın]
Sən məni bir otel həndəvərində[64 - Etrafında],
Yenidən yaradıb məhv eləmişdin.
Gərək gözləyəydin sonacan[65 - Sonuna kadar] məni,
Gərək buz donumu sən tez açaydın.
Gərək zamanında ardına düşüb,
Yüyürüb[66 - Koşturup] o tinə[67 - Köşeye] doğru qaçaydım.
Bəlkə dəyişərdi çərxi fələyin,
Bu qəfil əzabı çəkməzdim onda.
Sənin zərrə-zərrə yaratdığını,
On günün içində sökməzdim onda.
Bəlkə günahkardım, əvəz çıxırdın[68 - Karşılığını veriyordun, öcünü alıyordun],
Həm kədər, həm sevinc bəxş eləyirdin.
Bəlkə də sən o gün həm şux, həm də ki
Kədərli bir nəğmə bəstələyirdin?
«Yazacaq» deyirdi dayanıb[69 - Durup] tində[70 - Köşede, köşe başında],
Sənsə yollarımı haçalamışdın[71 - İkiye ayırmıştın].
Sən məni o tindən uzaqlaşdırıb,
Xoşbəxt günlərimi parçalamışdın.
Sən bilən ən doğru qərardı, Allah,
Sən verən qismətə şəkk eləməzlər[72 - Şüphe etmezler].
Şükür verdiyinə, sevinclə dərdi
Bir yerdə yaratdın axıra qədər.
YADDAŞIMI[73 - Hafızamı]SİL
İlahi, sən mənim yaddaşımı sil,
İlahi, sən mənə bir sovqat eylə[74 - Armağan ver].
Bilgisayar kimi, telefon kimi
Beynimi təzələ, ya format eylə.
Yerit yaddaşıma antivirusu,
Qır bu qurd püskürən həşəratları.
Çıxar hamısını[75 - Hepsini] yaxşılı-pisli
Lap[76 - En] başdan, sıfırdan başlayım barı.
Bəndənə rəhm edib bir də düşünsən,
Yenidən yaratsan məni, ilahi!
Lütfünü yenə də əsirgəmə gəl,
Çıxar qabağıma[77 - Karşıma] onu, ilahi!
Yenə də Cənnəti Yerə gətirib,
Yenə də göylərdə yaşatsın məni!
Yenə də aldatsın, yenə də atsın,
Yenə əzab versin, ağlatsın məni.
Bircə taleyimi[78 - Talihimi] başdan yazanda
Məni onsuzluğa düçar etmə sən!
Məni susuz dodaq, çiçəksiz bahar,
Məni kilidi yox açar[79 - Kilitsiz anahtar] etmə sən!
KİMSӘN?
Sən kimsən, hardan gəlmisən,
İblismisən, mələk misən?
Dediyin nə, etdiyin nə,
Doğrumusan, kələk misən?[80 - Yanlış mısın]
Bu gəlişin, bu gülüşün,
Bu öpüşün mənimdi mi?
Qara gözün, uzun saçın,
Bu ağ dişin mənimdi mi?
Kim sənə şübhə eləyər,
Kim sənə yanakı baxar[81 - Yan yan bakar]?
Bu duruluq, bu saflığa,
Kim səhv edib qara yaxar?[82 - Kötüler]
Bircə sənin hər sirrini,
Hər sehrini bilən mənəm.
Sevə-sevə qucağında
Qəzəbindən ölən mənəm!
MÜMKÜNSÜZLÜK
Səni qram-qram yeyəcək bu hiss,
Səni zərrə-zərrə məhv eləyəcək.
Səni yaşamağa qoymayacaq o,
Yaxandan yapışıb silkələyəcək.
Ən xoşbəxt anında birdən görünər,
Tüstünü təpəndən çıxarar qəfil[83 - Aniden].
Coşqulu nitqində[84 - Konuşurken] kəkələyərsən,
Sözlərin dilində burxular qəfil.
Bəlkə vodka ilə, ya şərab ilə
Bir günlük, on günlük keyidərsən də[85 - Uyuşursun da].
Adamlar içində gülüb-danışıb,
Zarafat içində əridərsən də.
Elə bilərsən ki, unutdun daha,
Daha üzməyəcək səni o ağrı.
Qəfil görərsən ki, dayanıb[86 - Durup, bekleyip] tində,
O tanış küçədən[87 - Tanıdık sokaktan] səni çağırır.
Heç qaça bilməzsən onun əlindən,
Bu doğma[88 - Yakın, tanıdık bildik] şəhərdən getsən də belə.
Bütün beynindəki xatirələri
Təzə sevgilərlə ütsən də[89 - Yaksan da] belə.
Ölüm yatağında son damla yaşla
Süzülüb cismindən getməyənədək.
Bu hiss qram-qram yeyəcək səni,
Səni zərrə-zərrə məhv eləyəcək.
SÖZ OYUNU
Başlayanda macəradı,
Dəcəllikdi[90 - Yaramazlıktır], zarafatdı[91 - Şakadır].
Bir də gördün ciddiləşdi,
Yaxın gəldi addım-addım -
söz oyunu.
Söz-sözə söykək[92 - Dayanak] olanda,
Ürəklər kövrək[93 - Hassas] olanda
Ağlı başdan çıxaracaq,
Düşünmə ki, bir yalandı
söz oyunu.
Qaydası[94 - Kuralı] yox, düsturu yox,
Yüz yerə aparar[95 - Götürür] səni.
Orbitindən aralayıb,[96 - Yörüngenden uzaklaştırıp]
Oxundan qoparar səni
söz oyunu.
Kimində qulaqda bitər,
Kimində yataqda bitər.
Çox dalsan dərinliyinə
Bu qara torpaqda bitər
söz oyunu.
YAZMAĞA NƏ VAR Kİ…
O sənə göylərdən gələn ruh kimi
İşıq bağışlayıb, nur bağışlayıb.
Soyuq vücuduna təlaş gətirib,
Sönən gözlərinə qor bağışlayıb.
Görmədin onuntək sirri-xudanı,[97 - İlahi sırrı, Tanrı gizemini]
Adlayıb bu ahıl yaşına gəlib.
Gör neçə röyanı gerçəkləşdirib,
Yuxuna gələnlər başına gəlib.
Ömür varağını[98 - Sayfasını] qatlayan zaman
Saxlayıb, bir təzə həyat yaşadıb.
Sənə duymadığın Cənnət qoxusu,
Sənə bilmədiyin bir dad yaşadıb –
Yazmağa nə var ki, sənin halını.
Sən mənim halımı görəsən gərək,
Görən çəkdiyimə dözə bilərsən?[99 - Katlanabilir misin?]
Mənim boğazıma çıxan dənizin
Ən dayaz[100 - Sığ] yerində üzə bilərsən?
Bu cızdağı çıxan[101 - Kakırdağı çıkan, yanıp kavrulan] xatirələri
Söyləsəm bir sapa[102 - İpliğe] düzə bilərsən?
Sənə zülm verən, gözdağı verən
Qaynar cəhənnəmə bir də gələrsən?
Yazmağa nə var ki, sənin halını,
Sən mənim halımı yaza bilərsən?
GETMƏK
Orda dayanmağın nəyinə gərək,
Burda oturmağın nə mənası var?
Gözünü zilləyib[103 - Gözünü dikip] uzaq nöqtəyə,
Heykəltək[104 - Heykel gibi] durmağın nə mənası var?
Tapıb[105 - Bulup] bir cavabı sevinən kimi
Yüz-yüz təzə sual yaylıq yelləyir.[106 - El sallıyor, orada bulunduğunu bildiriyor]
Hər yüzün altında min biri yatır
Dolu döyəcləyir, leysan selləyir.[107 - Dolu vuruyor, sel basıyor]
Getmək! – tək xilasın[108 - Kurtuluşun], tək yolun budur,
Getmək bir növbəti[109 - Sonraki] yalana kimi.
Yenə «göydən gəldim» söyləyən kəsi[110 - Adamı, kimseyi]
Bir qapı dalında[111 - Ardında, arkasında] bulana kimi.
ATMARAM SƏNİ
Mən heç çürük dişimi çəkdirmirəm,
Səni hara atıram?
Qulu Ağsəs
Yolumun üstündə hər gün gözləyən
Günəşim, ulduzum, ayım olsa da,
Mənə lütf eləyib, rəhm[112 - Merhamet] göstərən
Tanrıdan təzə bir payım olsa da –
Atmaram səni!
Qızıl taxt quralar buludlar üstə,
İstə, qışda günəş, yayda[113 - Yazda] qar istə.
Desələr qəlbində hər nə var istə –
Atmaram səni!
Yol getdim Hicridən Milada kimi,
Əzildim, sağ çıxdım, duydun səsimi.
Qırram hər cadunu[114 - Muskayı], çətin tilsimi –
Atmaram səni!
Yenə zülm etsən də,
Yox olub itsən də[115 - Kaybolsan da],
Sən atıb getsən də,
Atmaram səni!
SÖZ
Heç onu bu qədər günahkar, aciz,
İşıqsız görmədim, saxta[116 - Sahte] görmədim.
Dənizə atılan daştək[117 - Taş gibi] mənasız,
Bu qədər təsirsiz vaxtda görmədim.
«Azərcell»in şablon təbrikləritək
Hamı yollayacaq – yiyəsi yoxdu.
Ən isti[118 - Sıcak] kəlmə[119 - Kelime] də çox işlənibsə,
Kəsəri[120 - Keskinliği] qalmayıb, tiyəsi[121 - Bıçağın, hançerin gövde kısmı] yoxdu.
Sən sözü dəyərdən elə saldın ki,[122 - Öyle değersizleştirdin ki]
Nə desən yalandı sən mənə indi!
Qımışıb[123 - Gülümseyerek] baxıram dünən dediyin -
Gözümü yaşardan kəlmənə indi.
ÇARӘ
Bunun bircə çarəsi var –
Sən bu yolu qısalt, getsin!
Apendisidin, ödün kimi
Çıxart getsin, kəs at getsin!
Üzündəki ziyil[124 - Siğil] kimi
Kislatanı[125 - Asiti] tök, yandırsın.
Hər gün əzab verməkdənsə,
Bircə dəfə bərk[126 - Çok şiddetli] yandırsın.
Aman Allah, bu nə çarə,
Bu nə əlac?[127 - İlaç] – sızıldadım.
İcazə[128 - İzin] ver bu ağrıdan
Uzaqlaşım addım-addım.
EYNİYİK[129 - Aynıyız]
Yerinə olsaydım bəlkə özüm də,
Atardım atdığın o addımları.
Keçərdim keçilməz qadağaları,[130 - Yasakları]
Sevərdim sevdiyin o adamları.
Qoparıb göydəki ulduzları da,
Onların başına səpələyərdim.[131 - Serperdim]
Bir isti[132 - Sıcak] kəlməylə, işıqlı[133 - Ferahlatıcı] sözlə
Məhəbbət, səadət bəxş eləyərdim.
Nə qədər eynidi[134 - Aynıdır] addımlarımız,
Bəlkə günəş mənəm, bəlkə kölgə sən?
Kişi[135 - Erkek] görkəmində sənəm bəlkə mən,
Cildini dəyişmiş mənsən bəlkə sən?
CAVABINI TAPMADIĞIM[136 - Bulamadığım]SUALLAR
Zamanında döyülmədi dəmirin,
Hələ çox su aparacaq xəmirin[137 - Çok su götürür].
Topalaşıb[138 - Toplanıp] məni qurdtək gəmirir[139 - Kurt gibi kemiriyor] –
Cavabını tapmadığım suallar.
Biri sönmür, mayak[140 - Deniz feneri] kimi hey[141 - Durmadan] yanır,
Üçü burda, beşi orda oyanır.[142 - Uyanıyor]
Gah divandan, gah mətbəxdən[143 - Mutfaktan] boylanır:
Cavabını tapmadığım suallar.
Düşünməkdən yağmalandım, talandım
Bəlkə elə uydurmadı, yalandı?
Belə getsə axirətə qalandı –
Cavabını tapmadığım suallar.
GETDİN
Bütün keçənləri alt-üst elədin,
Bir ümid qalmadı gələcəyə də.
İndi tapınmağa nə kitab, nə din,
Hardasa bir işıq axtarmaq hədər.[144 - Yararsız, boşuna]
Yaxşı nə vardısa, səndə göründü,
Huri də, mələk də sən oldun ancaq.
Bürüdün ömrümü sehirlə, sirlə,
Dörd yanımda təkcə sən oldun ancaq.
Sən məni təklədin[145 - Yalnızlaştırdın], hər kəsdən etdin,
Açdın adamlara savaş dünyada.
Axırda[146 - Sonunda] özün də qeyb olub getdin,
Yalqız ulayıram[147 - Yalnız ağlıyorum] bu boş dünyada.
NƏ BİLƏYDİN
Tanrı sənə həmin şənbə,[148 - Aynı cumartesi] həmin gün
İki üzlü tale[149 - Talih], qismət yazırdı.
Öz əlinlə beşiyini yellədib,[150 - Sallayıp]
Öz əlinlə məzarını qazırdı.
Nə xəbərin olacaqdan, olandan,
Açıq qollar nə bilirdin nə deyir?
Nə biləydin göydən gələn mələk var,
Nə biləydin indi kimi izləyir?
Heyran gözlər nə şövq ilə baxışıb,
Nə biləydin nə xəyallar uydurur?
Kimin tale gülümsəyir üzünə,
Kimə görən yaşıl bahar duydurur?
NEYNİRDİN[151 - Niye istiyordun]
Əgər bir nağıl[152 - Masal] vardısa,
Təzə nağılı neynirdin?
Söz-söz girib ürəyimə,
Alıb ağılı, neynirdin?
O qanadlı kəlmələrin,
Sevgi adlı kəlmələrin,
O xoş, dadlı kəlmələrin
Buysa axırı,[153 - Sonu] neynirdin?
Qurdun pillə-pillə[154 - Adım adım] məni,
Ovundurdun dillə məni,
Sökdün qüllə-qüllə məni
Dünyam dağıldı, neynirdin?
ALDATDIN MƏNİ
De, mən sənə neyləmişdim? -
Balacam[155 - Küçüğüm], aldatdın məni.
De, haçan[156 - Ne zaman] düzünü[157 - Doğrusunu] dedin,
De, haçan aldatdın məni?
Mən oldum bir dəli aşiq,
Ruhum ruhuna sarmaşıq.
Bədəndə od, gözdə işıq,
Dildə «can» aldatdın məni.
Nə dur dedin, dayan[158 - Dur, bekle] dedin,
Nə yuxudan oyan dedin,
Sonacan[159 - Sonuna kadar] yüz yalan dedin,
Sonacan aldatdın məni.
SƏNƏ SARI[160 - Doğru]
Sənə sarı əl yellədim[161 - El ettim, el salladım],
Gülüşlərimi yolladım,
Son qərarımı qolladım –
Mən sənə baxdım, mən sənə.
Barmaqlarım döyəclədi[162 - Dokundu, gezindi]
Telefonun düymələrin[163 - Tuşlarına].
Dalınca boylanıb[164 - Kafamı uzatıp] baxdım
Uçub gedən kəlmələrin, -
Mən sənə yazdım, mən sənə.
O arxayın[165 - Kendinden emin, rahat] baxışlara
Meyl etmədim, vəd vermədim.
Heç kimsəyə hədd vermədim[166 - Sonucu bildirmedim],
Mən səni tutdum, mən səni.
BİR AZDAN…
Bir azdan göydə olacaqsan,
Buludlardan yuxarıda,
Ulduzlara yaxın,
Orda rahat olur
düşünmək,
qərar vermək!
Sən – göylərin hədiyyəsi,
Allahın bəxşişi,
On gün əvvəlki səsim
Yəqin oralarda
10 min metr yuxarıda dolaşır.
Bir az dinşə[167 - Dinle, kulak kabart],
sızıltılarımı
eşidəcəksən.
BURA Kİ…
Sən indi uçursan,
Sən indi gedirsən,
Sən indi göydəsən…
Yadıma düşür[168 - Aklıma geliyor, hatırlıyorum] sözlərin.
– Gedək?
– Uçaq?
Kosmosa.
Ulduzlara sarı[169 - Doğru].
Bədənində buludların yumşaqlığı,
Əl atıb
Bir ovuc Günəş götürüb
Yudum üzümü.
İlahi! Bura necə gözəldi,
nə rahatdı!
Bu nə gözəl səyahətdi,
Bura ki lap cənnətdi!
SӘBR
O yerə ki, qaldırdın,
O şövqü ki, yaşatdın,
O zövqü ki, bəxş edib
Gözlərimi yaşartdın.
Titrədib bədənimi,
Hisslərimi oyatdın.
Vücudumda paslanan
Ruhumu ki ayıltdın.
Sənə bir neçə ömrü
Həsr etməyə dəyərdi.
Min il də, milyon il də
Səbr etməyə dəyərdi.
DARIXANDA
Mən sakit[170 - Sakin, sessiz] darıxmıram[171 - Sıkılmıyorum],
Adam kimi darıxmıram,
Hüceyrələrim
Ağzını açıb çığırır.
Damarlarım
Qanımdakı aclığı
Bütün vücuduma yayır.
Beynim qollarımda
Döyünür -
İlikləriməcən darıxıram.
Əllərim, barmaqlarım
Uzanır, uzanır,
Girir torpağın
altına,
Mən sənsiz darıxanda
Min il əvvəlki
Sümüklərim
Sızıldayır.
YANAŞI[172 - Birlikte, beraber, yan yana]GETMӘK
Səninlə yanaşı yerimək,
Yanaşı oturmaq,
Su içmək!
Və baxmaq gözlərinin
Dərinliyinə.
Sonra addımlayıb
Keçmək sərhədi.
Sonra təyyarəyə minmək,
Sonra çiyninə toxunub
Titrəmək, əsmək.
Göyün onuncu qatında
Dua etmək:
-İlahi, sən bu titrəyişi
Məndən alma!
O SӘSİN
Çəkilmir o səsin qulaqlarımdan,
Od kimi nəfəsin yanaqlarımdan!
Ağlımı başımdan çıxarıb alan
Məni tamam dəli eləyən səsin
Zarıyan, sızlayan, düşüb-qırılan,
Ah-nalə fışqıran, lələyən səsin.
O səsi canımda, beynimdə tutub
Ardınca yeridim mən addım-addım.
O səsin çıxardı məni bu haldan,
Yoxsa yarı yolda azıb qalardım.
Hayqıran, çığıran, «Sən» deyən Səsin
Yadımdan çıxmayan –
inləyən Səsin!
MƏLƏYİM… İBLİSİM…
Hamıdan çətinsən, hamıdan asan,
Əzabın məşəqqət, sevincin dərman.
Gah həyat verirsən, gah qətlə fərman,
Əzizim, ən yaxşım, ən pisim mənim.
Gah geniş çəmənsən, gah qara zindan,
Gah qatil olursan, gah da ki qurban.
Gah göydə yaşadan, gah yerə çırpan,
Ruhum, azadlığım, məhbəsim mənim.
Gördüm gecəsini, gündüzünü də,
Yaxşının, yamanın hər üzünü də.
Axır bircə dəfə gəl düzünü de,
Allahım, mələyim, iblisim mənim.
SIRADAN BİRİSİ
Ağrılar, acılar selində idim,
Gözlərim danışan dilində idi,
Taleyim tək sənin əlində idi,
Sıradan birisi etmədin məni.
Gördün o darıxan lal[173 - Dilsiz] baxışları,
Hiss etdin gözlərdən axan yaşları,
Duydun səssiz, fağır[174 - Mazlum] yalvarışları
Sıradan birisi etmədin məni.
Tükdən asılmışdı[175 - Çok hassas durumda idi] bu ruhsuz bədən,
Dağlar titrəyirdi dərdi-sərimdən[176 - Dert kederimden].
Yapışdın o anda biləklərimdən
Sıradan birisi etmədin məni.
GÖRMӘDİM
“Sən də artıq hər kəs gibisin”
Nazım Hikmət
Töküldü üstümə
Әzablar, ağrılar.
Qəlbim, əsəbim
Cövlan elədi[177 - Dolaşıp durdu],
Hirsim biləklərimə
Sıxılıb meydan oxudu –
Səni hər kəs kimi görmədim yenə.
Gözümə yazılsa da,
Acı səhnələr,
Ruhumu titrətsə də,
Oxşar kəlmələr,
Əzsə də məni gördüklərim,
Üzsə də məni bildiklərim,
Dönmədim, sönmədim,
Dinmədim -
Səni hər kəs kimi
Görmədim yenə.
Uçurdun öz əlinlə
Qurduğun xanimanı,
Viran qoydun, dağıtdın
İşıqlı kəhkəşanı,
Çırpdın üzümə
Bütün yaşananları,
Diyirlənib[178 - Yuvarlanıp] hərəsi[179 - Her biri] bir yana dağıldı
Әn ülvi xatirələr –
Yenə dözdüm,
Səni hər kəs kimi
Görmədim yenə.
EYNӘK
Qocalığın qaranquşu[180 - Kırlangıcı, habercisi],
Gözümə işıq gətirənim.
Heç sevmədim amma səni -
Ömrümün ikinci
Hissəsinin
Gəldiyini
Xəbər verdiyindən,
Kədər verdiyindən!
İlk dəfə sevdim -
Oxumayanda da
Çıxarmadım gözümdən -
Elə bil məni əzizləyirdin,
Göz yaşlarımı
Gizləyirdin.
SӘNİN SİRRİN
Dünyanın ən gözəl şairi sənsən,
Dünyanın ən gözəl şeiri sənindi!
Qəlbindən boylanıb, qol açıb gələn
Sözlərin işıqdı, ruhun dərindi!
Gerçəyə çevirdin çox xəyalları,
Zamanın ən böyük heyrəti sənsən!
Mələk də etməzdi sən edənləri,
Xilqətin ən böyük cürəti sənsən!
Bir baxış, bir kəlmə, bir addım ilə
Dünyanın çərxini dəyişdirənsən!
Ruhunla, ağlınla, məhəbbətinlə
Ən dəli aşiqi yetişdirənsən!
İndi səndən özgə nə var dünyada?
Heç nə verə bilməz yerini sənin.
O qədər sehrli müəmmasan ki,
Heç kim bilə bilməz sirrini sənin.
19 FEVRAL
Qamaşdı gözləri rastlaşanların,
Teatr tərəfə nur kimi gəldi.
Sildi yazılanı, keçdi hasarı[181 - Duvarı],
Sındırdı[182 - Kırdı] hər cürə[183 - Türlü] tilsimi, gəldi.
Gücü var, xoşbəxtlik ondan yan keçə?
Hiss etdi, duydusa, an onunkudu![184 - Onunkidir]
Min qoşun[185 - Ordu] yığıla[186 - Toplanıp], yüz karvan keçə –
Məğrur sərkərdədi[187 - Komutandır] – can onunkudu!
Yüz qapı dalından[188 - Ardından], qala küncündən[189 - Köşesinden]
Qoparıb apardı[190 - Götürdü] halal ovunu!
Dastana çevirdi, yazıya aldı
Şahidlər sayrışan[191 - Göz kırpan, ışıldayan] od-alovunu..
Tavada qızartdı, şəraba qatdı
Ovunu «Beş Qazan» restoranında.
İncə barmağıyla ruhun oyatdı,
Gizilti duyuldu axan qanında.
Sonra yağmur yağdı fevral[192 - Şubat] qarıyla,
Onu qucağına qonaq eylədi.
Yolboyu alışan[193 - Yanan, alevlenen] dodaqlarıyla,
Ovunu ruhuna calaq eylədi[194 - Ekledi].
CALAQ[195 - Ekleme, aşı]
Çox illər gözlədim mən bu calağı,
Bu isti nəfəsi çox arzuladım.
Titrəyən bədəni, incə barmağı,
Əsən dodağında gəldi muradım.
Qanımı oyadan öpüşlərində
Ruhuma calanan ruhunu gördüm.
İstilik, od-alov qalxdı dərindən,
Gerçəyə çevrilən yuxumu gördüm.
Əynimin[196 - Üzerimin, bedenimin] ölçüsü, oxşarım, eynim,
Ən uyğun, ən rahat calağım mənim.
Bu ağac hələ çox bar[197 - Meyve] gətirəcək,
Bardan əyiləcək budağım mənim.
Mənə vücudunla, ruhun, qanınla,
Dırnaqdan saçacan tuş gələnimsən![198 - Örtüşenimsin, aynileşenimsin]
Ömrün payızında[199 - Sonbaharında] həyəcanınla
Təzə bahar kimi xoş gələnimsən!
UNUTMADIM
Şənimə[200 - Şanıma] sağlıqlar içiləndə də,
Boyuma təriflər biçiləndə[201 - Övgüler yağdırıldığında] də,
Ən qəmli anımda, dərdli anımda,
Ən xoşbəxt anımda, xoş zamanımda,
Yanımda gözəllər qımışanda[202 - Gülümsediğinde] da,
Dostlar bəlağətlə[203 - Belagatli] danışanda da –
Səni unutmadım.
Qohumlar[204 - Hısım akrabalar] başıma yığışanda[205 - Toplaştığında] da,
Uşaqlar[206 - Çocuklar] ucadan[207 - Yüksek sesle] danışanda da,
Nəyinsə təcili[208 - Acil] barışığında
Evdarlıq[209 - Ev işleri], məişət qarışığında,
Ən hirsli[210 - Sinirli, kızgın] çağımda,
Dərdli çağımda
Dərdlər, problemlər
Qoparağında[211 - Koşturduğunda] –
Unutmadım.
ÇIXIRSAN…
Çıxırsan yavaş-yavaş,
Vətənimdən çıxırsan!
Beynimdən aralanıb,
Bədənimdən çıxırsan.
Məğlub ordu kimisən,
Sınıq-salxaq[212 - Kırık dökük] çıxırsan.
Ərazimdən astaca[213 - Ustaca],
Yorğun, axsaq çıxırsan.
Geri dönür nəfəsim,
Sifətim[214 - Yüzüm] işıqlanır!
Cadudan ayılmışam,
Gözümün dibi yanır!
Nə yaxşı ki, çıxartdın
Bu tilsimdən, ilahi!
Mənə sakit həyat ver,
Rahat bədən, ilahi!
14.10.2011
DAŞIYA BİLMƏRƏM
Birdən anladım ki, gücüm qalmayıb,
Bu dərdə, ələmə dözməyəcəyəm[215 - Katlanamayacağım],
Bu qədər əzaba, bu qədər zülmə,
Bu qədər sitəmə dözməyəcəyəm.
Təzədən yolunda dayanıb[216 - Bekleyip], durub
Güdəsi[217 - Takip edecek] deyiləm hər addımını.
Tanışına deyib, dostundan sorub
Güdəsi deyiləm hər addımını.
Etibar itəndə, inam[218 - İnanç] bitəndə,
Ehtiras azalır, məhəbbət solur.
Bütün sevgilərin sonu, axırı[219 - Bitimi]
Heyif ki, beləcə kədərli olur.
Yaşaya bilmərəm mən indən belə[220 - Bundan sonra]
Qəlbimin bu sonsuz təlaşlarıyla.
Daşıya bilmərəm bir ömür səni
Bu qədər ağrıyla, göz yaşlarıyla.
BİLƏ-BİLƏ Kİ…
Sən bilə-bilə ki, burda ölürəm,
Sən bilə-bilə ki, cızdağım çıxır[221 - Yanıp kavruluyorum],
Bir kəlmə yazmırsan, bir söz demirsən,
Qıvrılıb sinəmdən min ahım çıxır.
Yolun ortasında tək qoyursansa,
Vecə almırsansa[222 - Umursamıyorsan] ərzi-halımı[223 - Durumumu].
Duya bilmirsənsə əzablarımı,
Heçə sayırsansa bu əhvalımı…
Demək söz oyunun, ulduz nağılın[224 - Masalın]
Beləcə qurtardı, burdaca bitdi.
Beynimdən ən gözəl xatirələrim,
Ən gözəl anlarım silindi getdi!
UZAĞI BİR AY
Unuda bilmirəm: uşaqkən qumdan
Qurduğum qalanı sular apardı.
O itki[225 - Yitik] heç zaman çıxmır yadımdan[226 - Aklımdan] -
Çığırdım[227 - Bağırdım], qışqırdım[228 - Haykırdım], şivən qopardım[229 - Ortalığı velveleye verdim].
Mənim çox qalama o vaxtdan bəri
İldırım şaxıyıb[230 - Çakmış], dolu tökülüb.
Doğma[231 - Kendi] şəhərlərim viranə qalıb,
Uşaqlıq evlərim daş-daş sökülüb.
İndi nə sarsılıb, nə də yanaram
Taleyin bu yeni, sərt sınağına.
Uzağı bircə ay qubarlanaram[232 - Kederlenirim]
Qurduğun qalanın uçulmağına[233 - Yıkılmasına].
BİLSӘYDİM
Bilməzdim bu qədər ağrı verəcək,
Hər təzə misrası üzəcək məni,
Yolumu daşlığa sarı[234 - Doğru] döndərib
Bu qədər incidib əzəcək məni…
Bilsəydim, yazmazdım bu şeirləri.
Mən dedim, yazdıqca unutduracaq
Köhnə ağrıları, əski dərdləri.
Bağrımın başında qalayıb ocaq[235 - Ocak yakıp]
Yenidən yaşatdı məşəqqətləri…
Bilsəydim, yazmazdım bu şeirləri.
Ağrılar, əzablar ac quzğun kimi,
Boynuma uzatdı caynaqlarını[236 - Pençelerini].
Vurduğun yaralar sağalmamışkən[237 - Henüz iyileşmeden]
Yenidən qopardı qaysaqlarını[238 - Kabuklarını]…
Bilsəydim, yazmazdım bu şeirləri.
XATİRӘLӘRİ
Qoparıb, yerində qanqallar[239 - Deve dikenleri] əkdin,
Baxmadın hansı gül, hansı çiçəkdi.
Benzini çiləyib[240 - Serpip], kibriti çəkdin,
Belə yaşadarlar xatirələri?
Alışdı tonqalda[241 - Ateş öbeğinde] gözəl anlarım,
Ən doğma, ən əziz həyəcanlarım.
Karıxdı[242 - Şaşırdı] karvanım, durdu qatarım,
Belə yaşadarlar xatirələri?
Uçurub dağıtdın, taran eylədin[243 - Yardın, mahvettin],
Fırtına qopardın, boran eylədin,
Özün öz əlinlə viran eylədin,
Belə yaşadarlar xatirələri?
ETİRAF
Təzə ət qoxusu
Duyan it
Necə[244 - Nasıl] ki, zəncir çeynəyib[245 - Hiddetlenip] dartınır[246 - Zincirini koparmak istiyer],
Siçan[247 - Fare] pendir iyinə
Necə ki, gözüyumulu atılır,
Xəstə narkoman[248 - Uyuşturucu müptelası, eroinman] gecə yarısı
Özünü aptekin[249 - Eczanenin] qapılarına
Çırpıb[250 - Vurup, atıp] qışqırır[251 - Haykırır].
Bax, elə olursan
Sevgi qoxusu,
Sevgi havası hiss eləyəndə!
KOR[252 - Kör]
Arıya tüstü[253 - Duman] verib
Yeşikdən[254 - Kovandan] şanını[255 - Peteği], balını
Necə çıxarırlarsa,
Mənim də
Səadətimi eləcə
Yoxa çıxardın.
Sən – tüstüm!
Sən – şanım!
Sən – balım!
İNANIM, İNANMAYIM?
Deyirsən, birdənəmsən,
Səndən yoxdu deyirsən.
Sözlərini başıma
Nurtək[256 - Nur gibi] səpələyirsən.
Bilmirəm ki, nə deyim,
İnanım, inanmayım?
“Sən alisən[257 - Yücesin], layiqsən”,
“Sənsən uca” – deyirsən.
Elə qəlbdən, ürəkdən
Uça-uça[258 - Sevine sevine] deyirsən,
Bilmirəm ki, nə deyim,
İnanım, inanmayım?
Deyirsən: “İşığınla
Günəşi çaşdıransan[259 - Şaşırtansın],
Dəlisov[260 - Delişmen] istəyinlə
Çayları[261 - Irmakları] daşdıransan”.
Bilmirəm ki, nə deyim,
İnanım, inanmayım?
Deyirsən ki: “Sən mənə
Allahın bəxşişisən,
Taleyimin ən savab,
Ən müqəddəs işisən”.
Bilmirəm ki, nə deyim,
İnanım, inanmayım?
Mən sözün köləsiyəm,
Sözünün ağası ol.
Yalan dedin, düz[262 - Doğru] dedin –
Hər şey üçün çox sağ ol!
Daha nə fərqi var ki,
İnanım, inanmayım?
ÇİYӘLӘK[263 - Çilek]ŞİRӘM[264 - Özsuyum]
Dodaqlarının barı[265 - Kaymağı], bəhəri[266 - Meyvesi] -
Ən dadlı məhsulum,
Dirilik suyum,
Damarlarımı titrədən,
Qanımı duruldan
İksirim!
Sirrim!
Sehrim!
Hüceyrələrim[267 - Hücrelerim] ağzını açıb
sənin yolunu gözləyir.
Beynimin sinirləri
sənin rahatlığında
üzməkçün ölür!
Gözlərimə işıq gəlir,
Ruhum dərinliklərdən
dikəlir!
Xoşbəxtlikdən[268 - Mutluluktan]
tərpənə bilmirəm![269 - Kımıldayamıyorum]
Dadım, tamım[270 - Lezzetim], əlacım![271 - Çarem]
Çiyələk şirəm!
HӘLӘ DӘ
Sözlərin heyrətdən gözü bərəlib[272 - Faltaşı gibi açılmış],
Hisslərin karıxıb[273 - Şaşırmış], haçalanıbdı![274 - Çatallanmış]
Döyükən[275 - Şaşıran] baxışlar didərgin[276 - Derbeder] düşüb
Ürəyin yüz yerə parçalanıbdı –
Hələ də anlaya bilmirəm səni!
Birinin ulduzu, birinin ruhu
Birinə «Allahın bəxşişi» oldun!
Milyon il dövr edən bu kainatın
Ən qəliz[277 - Anlaşılmaz], mürəkkəb[278 - Çetrefilli], tərs işi oldun –
Hələ də anlaya bilmirəm səni.
Verdiyin əzabın, məşəqqətinlə
Qırılmış qəlbimdə çatlaq kimisən –
Səni bu səbrimlə böyüdəcəyəm,
Yaddaşımda yenə uşaq kimisən! -
Hələ də anlaya bilmirəm səni!
DAHA[279 - Artık]
Daha səni üzməyəcəm,
Üstündə əsəcəm[280 - Üzerine titreyeceğim] sənin.
Ən gözəl gülləri yığıb,
Telinə[281 - Saçına] düzəcəm sənin.
Sənə həzin bəstələri,
Nəğmələri yollayacam.
İsti, kövrək[282 - Ağlamaklı, hassas] cümlələri,
Kəlmələri yollayacam.
Gülüşümlə həyatını
İsidəcəm şüa[283 - Işın] kimi[284 - Gibi].
Nəfəsimi kürəyində[285 - Sırtında]
Duyacaqsan dua kimi.
Daha yaşarmasın gözlər,
Əzizim, möhtacam sənə.
Ruhunu oxşayan sözlər,
Şeirlər yazacam sənə.
VİTRİNDӘKİ MӘLӘYİM
Səmadan bu an gəlib,
Uçan boşqabnan[286 - Uçan daire ile] gəlib.
Gözünə qurban!
Gəlib
Vitrindəki mələyim.
Oldum ruhuna təslim,
O möcüzə, o tilsim.
Hüzuruna tələsim[287 - Acele edeyim, koşturayım]
Vitrindəki mələyin.
Qışda bahar kimidi,
Təzə nübar[288 - İlk ürün] kimidi,
Ağappaq qar kimidi,
Vitrindəki mələyim.
Gələcəyin qadını,
Sovqat[289 - Hediye] etdi dadını.
Unutdurdu adımı
Vitrindəki mələyim.
GÜLÜŞÜN
Mənim bütün ovqatım[290 - Durumum, hâlim]
Gəlişinə bağlıdı.
Uzaqdan şəfəq saçan
Gülüşünə bağlıdı.
Gülüşün rahatlığım,
İşığımdı, nurumdu.
Gələcəyə uzanan
Sonsuz arzularımdı.
Ən qatı qaranlığım
Gülüşünlə yox olar.
Məni gülərək oyat[291 - Uyandır],
Gülə-gülə yuxulat[292 - Uyut].
İKİ AY
Nə gözəl olardı, iki ay qabaq[293 - Önce]
Yapışıb əlimdən risk eləyəydin.
Dartıb[294 - Çekip] o otelin çıxacağından,
«Dağlar aşmalıyıq, gedək» deyəydin.
İki ay gecikdim. Bir də gördüm ki,
Otel teatrla dəyişib yerin[295 - Yerini].
Bu dəfə tərəddüd, şübhə olmadı,
Verdi qərarını qara gözlərin.
Qayıdıb təzədən[296 - Yeniden] salanda yada[297 - Hatırlayınca],
Sanki aramızda iti[298 - Süratli] çay[299 - Irmak] axır.
Səni qınamıram, bu dünyaya da
Gecikib gəlmişdin iki ay axı[300 - Ama].
ƏSƏB DƏRMANI
İldırım tək gedirdin,
Qəfildən[301 - Ansızın] qucaqladı.
Dayanası[302 - Duracak] deyildin,
Səni yaman[303 - Müthiş] haqladı[304 - Durdurdu, yakaladı].
Ləngidi[305 - Gecikti, yavaşladı] yerişlərin,
Addımların laxladı[306 - Sabitliğini yitirdi].
Zamanı yavaşıtdı,
Vaxtı tutub saxladı[307 - Durdurdu].
Bildin, bütün günahlar
İti qaçan vaxtdadı.
Əlacın kimyəvidi,
Sakit halın saxtadı.
DAHA[308 - Artık]
Daha indən belə əlimdə deyil,
Səni indən belə qısqanacağam.
Bir iti kəlməyə, ağıllı sözə,
Hətta daş heykələ qısqanacağam.
Hərdən[309 - Bazen] sakit olub, hərdən coşacam,
Hərdən döyüşəcəm, bərk savaşacam.
Hərdən qəzəbimdən coşub-daşacam,
Hərdən gülə-gülə qısqanacağam.
Geriyə dönəcəm getdiyim yolu,
Baxacam ardınca şübhəylə dolu.
Sənə bilə-bilə laqeyd[310 - Kayıtsız] olub,
Səni bilə-bilə qısqanacağam.
ÜZEYİR BӘYİN HEYKӘLİNӘ
Gəlir heykəlinin önünə hər gün,
Səhər açılanda, günəş çıxanda.
Adının yanına “bəy” sözü yazır,
Gözünü gözündən çəkmir bir an da.
Toxunur heykələ, əsir[311 - Titriyor] bədəni,
Titrək vücuduyla alovlanır o.
Tərtəmiz qəlbiylə çox sevir səni,
Gizlədə bilmir ki, həyəcanı o.
O səni görsəydi, bütün ömrünü
Sədəqə verərdi, qurban edərdi.
Qalsaydın 120 yaşında belə,
O səni düz yüz yaş cavan edərdi.
MӘLӘK
Göydən hansı endi: təyyarə, yoxsa
Hava limanında gözləyən mələk?
Hifz edib[312 - Himaye edip] qoruyan, sevinc bəxş edən,
Məni addım-addım izləyən mələk.
Dəli arzusuyla, cəsarətiylə,
Qatı cəngəllikdən[313 - Balta girmemiş orman] yol eləyəndi.
Sərhədsiz eşqiylə, məhəbbətiylə
Adamı özünə qul eləyəndi.
Yerdə doğulanın çatmaz cürəti,
Adamı belə tez qaldırsın göyə.
İşıq sürətidi onun sürəti,
Bir anda çatdırır ən yüksəkliyə.
ƏLAC[314 - Çare]
İçəridən əyildinsə
Ha dik dayan, ha düz yeri.
Görək necə keçəcəksən
Ömründəki qəliz[315 - Karmaşık] yeri?
Dərd gələcək qucaq-qucaq,
Yandıracaq ocaq-ocaq.
Yaddaşında[316 - Hafızasında] sızlayacaq
Ağrılardan min iz yeri.
Odur sənə dərman-ilac,
Gördün ki, yox başqa əlac,
Əlindən tut, üstünə qaç,
Diri tərpən[317 - Kımılda], di[318 - Hadi] tez yeri.
O
Baxma ki, sakit[319 - Sessiz] dayanıb[320 - Durup],
Qəfildən götürər səni!
Qoparıb dostdan, tanışdan
Evindən itirər səni.
Qaldırıb göyün qatına,
Mindirər şahlıq atına.
Dad gətirib həyatına,
Cənnətə yetirər səni.
Əlində yarağın[321 - Silahın] qalmaz,
Dəftərin, varağın qalmaz,
Heç nəyə marağın qalmaz,
İşini bitirər sənin.
Quruyarsan bulaq kimi,
Bezər, doyar uşaq kimi,
Bir qırıq oyuncaq kimi
Qaytarıb[322 - Döndürüp] gətirər səni!
MӘNİ
Özüm də bilmirəm, görəsən[323 - Acaba] nədi
Bu qədər əzabdan qoruyan məni?
Necə adlamışam bu qədər səddi,
Niyə aparmadı[324 - Götürmedi] bu tufan məni?
Hərdən mat qalıram[325 - Şaşırıyorum] sağ qaldığıma,
Bu acı mərəzdən[326 - Hastalıktan] sağaldığıma.
Min cür[327 - Türlü] şübhə, güman gəlir ağlıma,
Bəlkə hifz eləyib Yaradan məni?!
Bir sözü qatildi, bir sözü qurban,
Özü həm dərd verdi, həm də ki dərman.
Özü xilas etdi öz azarından,
Allahın bəxşişi – o adam məni!
XARI BÜLBÜL
Səninlə bağlıdır[328 - İlgilidir] həyəcanlarım,
Ən rahat anlarım, xoşbəxt anlarım.
Sənin nəğmən ilə qanad açmışam,
Cənnətə düşmüşəm, göyə uçmuşam.
Səninlə bağlıdır göz yaşlarım da,
Dəli gülüşlərim, savaşlarım da.
Yenə köməyim[329 - Destekçim] ol, bu çətin anda,
Tapım o gördüyüm axarı[330 - Gidişi, akışı], bülbül.
Qaytar[331 - Döndür] o əvvəli səadətimi,
Qaytar bəxş etdiyin baharı, bülbül.
Gəzim qarış-qarış, addımbaaddım,
O gözəl, o əziz diyarı, bülbül.
Yenə səsin gəlsin, qoy qanadlanım,
Qalxım nəfəsinlə yuxarı, bülbül -
Xarı bülbül!
BİR DƏ GƏLMƏYƏCƏK…
Elə möcüzələr yaratmısan ki,
Elə dəqiqələr yaşatmısan ki,
Olmayıb heç onun yüzdə biri də
Nə mənim dünyamda,
nə bu dünyada.
Sən elə telləri qırıb getmisən,
Sən elə yaralar vurub getmisən,
Təpəri[332 - Takati] yoxdu ki, dözüb dayansın,
Nə mənim dünyamın,
nə bu dünyanın.
Qəfil gəlişinlə suç eləmisən
Sənsiz keçən ömrü puç eləmisən
Vurmayıb heç[333 - Hiçbir] zaman belə qar-yagış
Nə mənim dünyamı,
nə bu dünyanı
Bilmədim iblissən, ya mələk, Qadın,
Ətri, gözəlliyi çiyələk Qadın.
Bir də gəlməyəcək sənintək Qadın
Nə mənim dünyama,
nə bu dünyaya.
APARIB[334 - Götürmüş]
Mənim uca[335 - Yüksek] qalamı,
Vurub boran, aparıb.
Daş üstdə daş qoymayıb,
Edib talan, aparıb.
Qəlbinin təpəriylə,
Beyninin bəhəriylə[336 - Semeresiyle],
Özü öz əlləriylə
Tikib-quran aparıb.
Gözümdən yaş axıdıb,
Qəm nəğməsi oxudub,
Ya sunami[337 - Tsunami] dağıdıb,
Ya da tufan aparıb.
SAXLA
Gözlə, hamı yığışsın,
Qurbanı kəsdir, saxla.
Səadət qazanında,
Payları isti saxla.
Topala heyranları,
Düzləri, yalanları.
Az sına qurbanları,
Qurtar bu testi, saxla.
Üzünü işıq elə,
Dərddən bir qaşıq elə,
Bir az qarışıq elə,
Mən doydum, bəsdi[338 - Yeter], saxla.
MӘNİM QALAM
Günlərdən mənə
Әn əzizlərini seçəcəm,
Sözlərdən ayırmaq çətin olsa da,
Dartıb ən dərinlərdən
İstisini, durusunu götürəcəm.
Uçulmuş qalamın xarabalığını
Silib-süpürüb, yenisini quracam.
Bir az mənimki olan
Gözlərinin işığından,
Bədəninin istisindən,
Həyəcanın ən təbiisindən
Qatacam günlərimə,
Sözlərinlə bəzəyəcəm!
Bəlkə balaca[339 - Küçücük, ufak] olacaq,
Amma mənim qalam olacaq!
ÇӘKMӘ ӘLİNİ
Necə ki,
Acımasız, mayasız
Kündə[340 - Hamur topağı] küt gedir[341 - Akıp ateşin üzerine düşüyor], təndirdə durmur,
Tökülür köz üstə,
qapqara qazmağa dönür,
Mən də eləyəm indi -
Sənsiz, sevgisiz!
Çəkmə əlini!
Sonra bu əzabların üstündə
Cızdağı çıxan[342 - Yanıp kavrulan] yanmış qırıntılarımdan
Adam düzəltmək[343 - Yapmak] çətin olacaq.
Çəkmə əlini!
GÜNӘŞİM
Bir zaman başımın üstündə yanan
İki günəşimlə nə rahat idim.
Vücudum məst idi istiliyindən,
Dincliyim gəlmişdi, farağat[344 - Rahat] idim.
Yuyurdum üzümü şüalarıyla[345 - Işınlarıyla],
Gözümdə işıqdı,
sifətimdə nur.
Udurdum, dadırdım hərarətini,
Qanımda alovdu,
bədənimdə qor.
Biləndə donmuşam bu həqiqəti,
Duyduğum gerçəklər odtək[346 - Ateş gaibi] yandırıb;
Mənim günəşlərim məndən xəlvəti[347 - Gizlice]
Özgə planeti[348 - Gezegeni] işıqlandırıb.
SӘRVӘT KİMİ
Sənin sevincindən necə əsirəm,
Nə xoşbəxt[349 - Mutlu] oluram gülüşlərindən.
Gözlərim yaşarır, çox tələsirəm[350 - Acele ediyorum]
Uyum, havalanım öpüşlərindən.
Səni sərvət kimi, xəzinə kimi
Tapmışam, saxlayıb gizlətməmişəm.
Qəlbimə gələnlər gözümdən baxıb,
Dilimdə sözümü gözlətməmişəm[351 - Bekletmemişim].
Sənə sevinc payı, sənə məhəbbət,
Sənə səadətdən qala quracam.
Sənin gülüşünün, səadətinin
Hər an keşiyində[352 - Nöbetinde] sayıq[353 - Uyanık] duracam.
BU QӘDӘR
Bu qədər evə qapılıb,
Bu qədər otağa[354 - Odaya] girmə.
Bu qədər qələmi didib,
Bu qədər varağa girmə.
Azaltmaz ki dərd-sərini,
Ovutmaz ki kədərini.
Tapmazsan heç bənzərini,
Bir təzə yatağa girmə.
Demə ki, unutmaq asan,
Xoş sözləri olsun həyan![355 - Destek, yardımcı]
Kitabda, sərgidə dayan
Ta o yan qadağa – girmə!
DӘLİYӘ DÖNÜRӘM
Dəliyə dönürəm sən yazmayanda,
Az qala başımı daşa vururam.
O saat aranı dağa qatıram[356 - Çok düşünüyorum],
Yüz qəliz[357 - Karmaşık] macəra, plan qururam.
Atdığım dərmana-filana baxmır,
Başlayır beynimin döyüntüləri.
Ürəyim az qala yerindən çıxır,
Elə bil dadıram acı zəhəri,
Dəliyə dönürəm sən yazmayanda.
ANLAYA BİLMİRӘM
Bir dəfə yalançı gülüş görmədim,
Bir dəfə bir soyuq öpüş görmədim,
Bir dəfə candərdi[358 - Gönülsüz] görüş görmədim,
Onunçün anlaya bilmirəm səni.
Görsəydim onları
Bir qalın kəndirə çevirib çoxdan
Dartınıb[359 - Gerilip] çıxmışdım, mən bu quyudan.
Görmədim…
Onunçün anlaya bilmirəm səni.
GӘL
Nəyə lazım artıq zəhmət, əziyyət? -
Orda onu, burda məni tovla gəl.
Adımızı eyni yerdə qeyd elə,
İkimizə eyni mesaj yolla gəl.
Fikir vermə[360 - Önemseme], zarafatdı sözlərim,
Yenə gülsün, işıq saçsın gözlərin!
Qayıt yenə əvvəlkitək şipşirin,
Dillərində bir şan[361 - Petek] təmiz balla gəl.
Olan oldu, keçən keçdi, qəzaydı,
Tanrı gərək elə belə yazaydı.
İndi daha beyin açıq, göz aydın,
Geri boylan, vallah qayıt, vallah, gəl.
EYLӘYİR
Zəhləni tökürəm[362 - Bıktırıyorum, sinir ediyorum], əlimdə deyil,
Sözlərim halımı bəyan eyləyir.
Beynimin içində oyaq fikirlər,
Pıqhapıq qaynayır, üsyan eyləyir.
Haçansa[363 - Bir zamanlar] gördüyüm bir yalan, kələk[364 - Dalevere, oyun],
Yaddaşımı edir hey ələk-vələk.
Bəzən fağırlaşır sakit quzutək,
Bəzən də oyanıb vulkan eyləyir.
Hərdən[365 - Bazen] rahat olur, hərdən qovur da,
Bəzən aman vermir bircə hovur[366 - An] da.
Mən bir bələdçiyəm[367 - Rehber, izci] bu vurhavurda,
Neyniyir bu bədən, bu can eyləyir.
XOŞUMA GӘLİR
Bir az gec duyduğun zarafatlarım[368 - Şakalarım]
Yadıma düşəndə gülürəm indi.
Dönür sevinclərim, göz yaşlarımı
Sevinə-sevinə silirəm indi.
Heyrətlə baxmağın xoşuma gəlir[369 - Hoşlanıyorum],
Könlümü yıxmağın xoşuma gəlir.
Sənlə birgə çağım xoşuma gəlir,
Deyəsən, özümə gəlirəm indi.
Uzağa gedəndə lap sərt oluram,
Bir acı sözündən tez pərt oluram,
Yarıcan oluram, şikəst oluram,
Sənsiz yaşayamam – bilirəm indi.
BELӘ
Bu ölüm mələyi yadıma gəlmir,
Oxşarı, örnəyi yadıma gəlmir.
Bu qədər çəkməyi yadıma gəlmir,
Belə mat qalmadım[370 - Hayret etmedim] mən ömrüm boyu.
Dərddən qəlbim qubar[371 - Kederli] – öyrəncəliydim,
Hər cür iztiraba öyrəncəliydim.
Ən ağır əzaba öyrəncəliydim,
Belə mat qalmadım mən ömrüm boyu.
Tanrı qismətitək gələn azarı
Duyurdum, bilirdim olacaqları.
Ancaq gözləmirdim belə qübarı,
Belə mat qalmadım mən ömrüm boyu.
BİLİNMİR
İndiki əhvalım[372 - Durumum] dünənki deyil,
Sabah[373 - Yarın] olmayacaq bugünkü halım.
O rahat həyatım həmənki[374 - Aynısı] deyil,
Hər gün bir ovqata[375 - Duruma, hâle] düşür əhvalım.
Gah ulduz olmusan, gah su pərisi,
Gah işıq yaymısan, gah daş atmısan.
Dərdi də vermisən, səadəti də,
Həm bahar, həm də ki qış yaşatmısan.
Özün də min haldan hala düşmüsən,
Sevincdən uçmusan, dərddə bişmisən.
Dünyanın gərdişin[376 - Gidişatını] qarışdırmısan
Düz yolun, vərdişin[377 - Alışkınlığını] qarışdırmısan.
Bilinmir kim udub[378 - Kazanmış], kim itiribdi,
Kim kimin ömrünü dəyişdiribdi?…
YAZA-YAZA
Əzabın, sitəmin içində azdım,
Gah kəfən geyindim, gah qəbir qazdım.
Bilsəydim, əvvəldən heç başlamazdım,
Öldüm yaza-yaza bu şeirləri.
Daşıdım əlimlə baş daşlarımı,
Başladım yenidən savaşlarımı.
Hər gün neçə dəfə göz yaşlarımı,
Sildim yaza-yaza bu şeirləri.
Günəşim yox olar, işığım sönər,
Hər sözün kədərə, qəhərə dönər.
Sənsiz yaşamağım zəhərə dönər,
Bildim yaza-yaza bu şeirləri.
ÜZÜNƏ QURBAN
Ötən hər sirli gecənə,
Gələn gündüzünə qurban.
Kədərlənən baxışına,
Gülən gül üzünə qurban.
Əsən qara tellərinə,
Nur yayan ağ əllərinə.
Doğru deyən dillərinə,
Hər yalan sözünə qurban.
Gah müdriksən[379 - Geniş düşünceli], gah uşaqsan,
Həm günahkar, həm də haqsan.
Ayrılmaram hardan[380 - Nerden] baxsam,
Qurban, hər üzünə qurban!
BÖYÜDÜN MÜ…
Mənim yaşım yüzə çatdı[381 - Ulaştı],
Körpəm[382 - Çocuğum], bəs sən böyüdün mü?
Bu kədərdən, bu əzabdan,
Dərddən-qəmdən böyüdün mü?
İçindən keçən sızıltı
Günlərini ay etdi mi?
Dəstə-dəstə yağan yağış
Bulağını[383 - Pınarını] çay etdi mi?
Bu ağrını ki adladıq,
Sən bu işə asan[384 - Kolay] demə.
Yaşın neçə[385 - Kaç] olar indi? –
Gəl bu dəfə yalan demə,
Körpəm, heç sən böyüdünmü?
İŞIQ GÖRÜNÜR
Bu köhnə dünyada təzə qəm gördüm,
Keçdim ən keçilməz toranlığından[386 - Karanlığından].
Min sitəm daşıdım, yüz əzab dərdim[387 - Topladım],
Sıyrıldım bu yolun qaranlığından –
Tunelin sonunda işıq görünür.
Seyrəlir beynimdə ağrı yerləri,
Köhnə dərdlərimdən qoparır məni.
Hansı planetə[388 - Hangi gezegene], hansı zamana,
Bilmirəm heç hara[389 - Nereye] aparır[390 - Götürüyor] məni –
Tunelin sonunda işıq görünür.
Bilirəm, bu əzab bir gün bitəcək,
Bilirəm, yaddaşı[391 - Hafızası] təmiz çıxacam.
Bir onu bilmirəm, bu doğanaqdan[392 - Girdaptan]
Səninlə çıxacam, sənsiz çıxacam? -
Tunelin sonunda işıq görünür.
HӘMİŞӘ…[393 - Sürekli, her zaman]
Sən məndən həmişə sirr saxlayacaq,
Həmişə nəyisə gizlədəcəksən.
Dilimə gəlməyən suallarımı
Baxıb gözlərimdən hiss edəcəksən.
Həmişə şübhələr didəcək məni,
Həmişə təlaşda yaşayacaqsan.
Cavabsız suallar güdəcək məni,
Sən günah səbəti daşıyacaqsan.
Bir gün bu halımız əzəcək bizi,
Bir gün bezəcəyik, yorulacağıq.
Bir gün çatacağıq yolayrıcına,
Hərəmiz[394 - Her birimiz] bir yana burulacağıq.
Bir də görəcəyəm, dayanıb zaman,
Bir də görəcəksən, tənhasan[395 - Yalnızsın], təksən.
Sən məndən həmişə sirr saxlayacaq,
Həmişə nəyisə[396 - Birşeyleri] gizlədəcəksən.
ÖZ-ÖZÜMLƏ…
Adam[397 - İnsan] bir adam gəzir,
Dərdini danışmağa[398 - Konuşmaya].
Kədərini bölüşüb,
Ürəyini açmağa.
Amma mən çəkdiyimi
Kimə desəm, əriyər.
Suallar qoşun çəkib[399 - Ordu yürütüp],
Düz üstünə yürüyər.
Çəkdiyim əzabları
Düşünüb havalanar[400 - Aklını yitirir].
Ya sözlərimi yalan,
Ya məni dəli sanar.
Ən yaxşısı odur ki,
Öz içimdə alışım.
Öz-özümlə bölüşüm,
Öz-özümlə danışım.
GƏLDİN Mİ?
Soruşum, kefin necədi[401 - Keyfin nasıl],
Sən o diyara gəldin mi?
Mən səfərdə qərar verdim,
Sən də izhara gəldin[402 - Açıkladın, teşhir ettin] mi?
Çalxalayıb göyü-yeri,
Silkələyib dərdi, səri,
Ələyib düşüncələri
Tapıb[403 - Bulup] bir çarə, gəldin mi?
Duydun mu heç ahlarımı?
Bildin mi günahlarını?
Qurdun mu[404 - Düşündün mü] sabahlarını,
Körpəm, qərara gəldin mi?
* * *
Beynimdə qaynaşan dərd ulduzları,
Sönür yavaş-yavaş, itir[405 - Kayboluyor] gözümdən.
Qaysağı[406 - Kabuğu] quruyan əzab yerləri
Sağalır[407 - İyileşiyor] deyəsən[408 - Galiba], dirilir bədən.
Amma bir yaranın üstü açıqdı,
Amma ki bir ulduz göydədir hələ.
Tək biri mayaktək[409 - Deniz feneri gibi] sönmür nə vaxtdı,
Tək[410 - Yalnızca] biri iynətək göynədir[411 - Sızlatıyor] hələ.
Görünür, ömrümün axırınacan,
O işıq qaralıb sozalmayacaq[412 - Sönecek gibi olmayacak].
İynətək deşəcək məni o ağrı
Heç zaman, heç zaman azalmayacaq.
Bəlkə rəhm edəsən, nəsə[413 - Birşeyler] deyəsən,
Bəlkə inandırar bir yalan məni.
Sonuncu ağrını kütləşdirəsən[414 - Dindiresin],
Qoparıb əlindən alasan məni.
BİLMƏDİM
Bilmədim bu şeirlərlə
Mən nələri əfv elədim.
Ya bir təzə sevgi tapdım,
Ya ağlayıb dəfn elədim?
Bəlkə bir qəlb yaraladım,
Ağrıları sıraladım,
Bəlkə nahaq[415 - Boşuna, yersiz] qaraladım,
Bəlkə böyük səhv elədim[416 - Hata yaptım]?
Dedim doğru-yalanı da,
Olmayanı, olanı da,
Bəlkə olub qalanı da
Yerə çırpıb məhv elədim?
Qoy yolunda talan olum,
Sərxoş olum, viran olum,
Elə bilmə, qurban olum,
Elə bilmə kef elədim.
BİTİRDİM
Gəlib çatdım dastanın
Son sözünə, bitirdim.
Qoymadım ki, əzabım
Vaxtsız sönə, bitirdim.
Gözümdən yaş axıtdı,
Əzab ağı oxutdu.
İçimi dərd dağıtdı,
Dözdüm yenə, bitirdim.
Nə etdim ki, öyünəm –
Zorla çatdım son günə.
Düşünmüşdüm on günə,
Altı günə bitirdim.
16.10.2011
BİTDİ
Gəldi əzabların sonu,
Bitən nədi? Başlayan nə?
Gedən getdi, qalan qaldı,
İtən nədi? Yaşayan nə?
Heç bilmirəm kiməm, nəyəm,
Nələr oldu yaddaşıma?
Nə çıxacaq qabağıma,
Nələr gələcək başıma?
Heç bilmirəm nə olacaq,
Gətirəcək baxtım yenə?
Hüzuruna gəlib bəlkə
Gözlərinə baxım yenə?
Bu təptəzə ağ beyinlə
“Yaxşı”[417 - Peki] – deyib başlayım mı?
O yaşanan səadəti
Bir də, bir də yaşayım mı?
QAYITDIN…
Ulduzsan, su pərisi -
Bu dəfə nə qayıtdın?
Bu gözləri güldürüb,
Bu bədənə qayıtdın.
Açıldı qol-qanadın,
Tarixə düşdü adın.
Xəzinətək parladın,
Bir dəfinə qayıtdın.
Əl tutub sevindilər,
Abşeron, mavi Xəzər,
Bu ürəklə bərabər
Bu Vətənə qayıtdın.
SӘN
Əzirsən hər nəfəri[418 - Şahsı],
Hər mühiti, şəhəri.
Ayağın dəyən yeri
Cənnətə çevirənsən.
Nur bürüyür hər yanı,
Yuxulular oyanır.
Dəyişdirib havanı,
Məqamı devirənsən.
Vurğunam hər üzünə,
Gecənə, gündüzünə.
Əyilirəm dizinə –
Həyatı sevdirənsən!
ADIN
Adını çəkəndə dilim bal dadır,
Üzüm işıqlanır, güntək[419 - Güneş gibi] yanıram.
Mələklər qolumdan tutub qaldırır,
Bir boy ucalıram, qanadlanıram.
Genimdi, soyumdu, qanımdı adın
Minillik tarixi köçümdən gəlir.
Ən dərin qatımda atəş oyadır,
Hüceyrəmdən qalxır, içimdən gəlir.
Qoymaram adına yanaşa kölgə,
Müqəddəs ziyarət, məkandı adın.
Tanrı bəxşişisən, ən məsum körpə,
Ən ağıllı adam, ən üstün qadın!
DİZİN-DİZİN…[420 - Dizler üzerinde yürüyerek]
İlahi, mən nələr yazmışam, nələr,
İlahi, mən gedib hara[421 - Nereye] çıxmışam?
Adlayıb yarğanlar[422 - Uçurumlar], keçib meşələr,
Gedib cəhənnəmdən yerə baxmışam.
Susuz səhralardan piyada keçib,
Halsız sürünmüşəm hey[423 - Hep] dizin-dizin.
Neçə gün susayıb, qanımı içib,
Səthində[424 - Sathında, üstünde] qalmışam dibsiz dənizin.
Məni bu dəhşətdən kim adladıb, kim,
Mən onun quluyam, həm köləsiyəm.
Məni əzablardan qurtaran sevgim,
Mən sənin uğrunda döyüşəsiyəm.
DİZLӘRİMİN SIZILTISI
Yuxudan oyatdı gecə,
Qalxdı, ayıltdı gizlicə,
Asta-asta[425 - Usul usul], incə-incə
Ayaqlarımı daladı[426 - Yaktı, sızlattı] –
Dizlərimin sızıltısı.
Səbəbin yüz yerə yozdum,
Gümanlar[427 - Kuşkular] içində azdım[428 - Yolumu şaşırdım].
Hər anımı cızıb-pozdu,
Beynimə xəbər yolladı –
Dizlərimin sızıltısı.
Gördüm ki, qızarıb dərim,
İncidib, ağrıdır yeri.
Birtəhər[429 - Zorlukla] açdım səhəri,
Yan-yörəsin sığalladım[430 - Sıvazladım, okşadım] –
Dizlərimin sızıltısı.
Birdən sirrin başa düşdüm[431 - Anladım],
Sevincdən təlaşa düşdüm
Kəbəm üçün sürünmüşdüm!
Nə gözəldi, nə əladı[432 - İyidir, muhteşemdir] –
Dizlərimin sızıltısı.
18.10.2011
SƏN! SƏN!
Hüceyrələrimin coşub
Mələdiyi, yenə Sən! Sən!
Qollarımın uzanaraq
Gəl dediyi, yenə Sən! Sən!
Ankarada, ya Gəncədə,
Keçdim min-min işgəncədən.
Yenə dönmür nadinc[433 - Rahatsız] bədən,
İstədiyi – yenə Sən! Sən!
Tufan qalxır, külək[434 - Rüzgâr] dinir[435 - Konuşuyor],
Göy gurlayır, şimşək dinir.
Yenə susmur, ürək dinir,
Yenə deyir, yenə Sən! Sən!
SAVAYI[436 - Başka]
Yaddaşımda nə qalıb ki,
Sirli kələkdən[437 - Oyundan] savayı.
Sinəmin altında nə var,
Təşnə[438 - Yanan, susayan] ürəkdən savayı.
Füzulitək yanan neyəm,
Tənha[439 - Yalnız] atlı, tək gəmiyəm.
Kimsə yox dərdimi deyəm,
Əsən küləkdən savayı.
Barışdığım gərdişim[440 - Devranım, gidişatım] var,
Alışdığım vərdişim[441 - Alışkanlığım] var.
Mənim özgə nə işim var
Səni sevməkdən savayı?
TAPARDIM[442 - Bulurdum]
Beyninə girsəydim bir saatlığa
Bütün suallara cavab tapardım.
Bu qəliz[443 - Çetrefilli], mürəkkəb[444 - Karmaşık] tapmacaların
Açmasını səndən qabaq tapardım.
Birini seçərdim – ayrılmaq üçün,
Başqa bir fikrini – bir qınaq üçün,
Bəlkə də təzədən vurulmaq üçün
Bir isti, bir kövrək bucaq tapardım.
Bəhanə axtarıb gündə yüz kərə
Dözərdim[445 - Katlanırdım] hər gələn qəza-qədərə.
Bütün elədiyin dəliliklərə,
Min günah içində savab tapardım,
Vallah axtarardım, vallah, tapardım.
NEYLƏYƏ BİLƏRƏM
Burda dərd içində tir-tir əsəndə
Lap[446 - Tamamen, büsbütün] mən öyrənsəm ki, kef eləmisən[447 - Keyif sürmüşsün].
Üfürə-üfürə sağ saxladığım
Hissləri sən orda kəfənləmisən -
Neyləyə bilərəm, neyləyə, canım?
Daha bundan sonra heç bir arzuna,
Heç bir addımına heyrətlənmərəm.
Baxmaram sözlərin sərt havasına,
Hər nə söyləsələr, susub dinmərəm[448 - Konuşmam].
Mən kimə danışım, kimə söyləyim?
Neyləsəm ağrıdar, göynədər[449 - Sızlatır] yaram.
Özüm öz içimi gəmirib, yeyib,
Özüm öz içimdə sızıldayaram –
Neyləyə bilərəm, neyləyə, canım?
BӘSDİ[450 - Yeter]
Neçə ay içindən çıxa bilmədim:
Türmədi[451 - Hapistir], məhbəsdi, qəfəsdi – bəsdi[452 - Yeter].
Gözümün yaşını yığa bilmədim[453 - Durduramadım],
Kürdü[454 - Kura ırmağı], Həkəridi[455 - Dağlık Karabağ’da bir ırmak], Arazdı – bəsdi.
Keçdim, qucağında xoş dəmi keçdim,
Sevinci, kədəri, dərd-qəmi keçdim,
Ruhumla bir sirli aləmi keçdim,
Vergidi, cadudu, nəfəsdi – bəsdi.
Sultandın, çevrildi taxt, sona yetdi,
Tale bağışlayan baxt sona yetdi,
Tanrının verdiyi vaxt sona yetdi,
Sevgidi, maraqdı, həvəsdi – bəsdi!
21.10.2011
BƏSDİ NƏDİR?
Heç nə sona yetən deyil,
Bu eşqə qəfəs bilmərəm.
Bu ruhumda, bu halımda,
Barmağımı kəs, bilmərəm.
Əzabı da şirin dadır,
Çoxdan sızıb, qanımdadı.
Ruhu hər an yanımdadı,
Ayrı səda, səs bilmərəm.
Mənəm işıq dəstələyən,
Yüz-yüz nəğmə bəstələyən,
Kimdi orda “bəsdi” deyən,
Bəsdi nədi? “Bəs”[456 - Yeter] bilmərəm.
ÇIXMIŞAM
Bu əzabın zülmətindən,
Dipdiri, oyaq çıxmışam.
Ürəyimdə dəli bir eşq,
Dilimdə “Allah” çıxmışam.
Üstümdə Tanrı nəfəsi,
Üzümdə sevda həvəsi,
Dağıtmışam dar məhbəsi,
Ölməmişəm, sağ çıxmışam.
Keçdim çətin mərhələdən,
İnildədi, əsdi bədən.
Bu onballıq[457 - On şiddetinde] zəlzələdən
Bir boy[458 - Yükseklik] qalxıb dağ çıxmışam.
10 İL SONRA
Bu ağır sınaqda[459 - İmtihanda], bu çarpışmada,
Bu qanlı-qadalı sərt vuruşmada,
Mən sənə zirehdən[460 - Zırhtan] don[461 - Elbise] geyindirdim,
Mən səni ovcumun içində tutdum.
Ən ağır zərbəyə sinəmi gərdim,
Axan göz yaşını sözlə ovutdum.
Bəlkə 10 il sonra, 15 il sonra
Bir soyuq ağılla, bir sakit başla,
Keçmişə qayıdıb düşünəcəksən,
Düşünüb heyrətdən üşünəcəksən[462 - Şüpheleneceksin]:
Qanı dayanmayan yaralarımı
Hansı məlhəmlərlə sarıdığımı,
Səni bu zərbələr, bu hücumlardan
Üfürə-üfürə qoruduğumu.
XӘNGӘL[463 - Yaprak mantı]
Hey[464 - Hep, sürekli] yoğurdun, kündələdin,
Bükdün əzik-əzik məni.
Yaydın, yaydın, axır etdin
Yuxadan[465 - Yufkadan] da nazik məni.
Böldü, kəsdi parça-parça,
Bıçaq tutan barmaqların.
Daşıdı qaynayan suya
Undan da ağ dırnaqların.
Bəlkə qazı çox elədin,
Vaxtı ötürdün, deyəsən[466 - Galiba].
İş işdən keçəndən sonra
Üstdən götürdün, deyəsən.
Gətirib masaya qoydun,
Bir yekə[467 - Büyük] sinidə məni.
Kim dadıma[468 - İmdadıma] yüyürəcək[469 - Koşup gelecek],
Kim yeyəcək indi məni?
DİK ATILIRAM[470 - Uykudan irkilerek uyanıyorum]
Mən bu dərmanları atandan sonra,
Div kimi, daş kimi yatandan sonra,
Sanki bir qalada yuxulayıram,
Nə söz eşidirəm, nə səs duyuram.
Vurub, silkələyib oyatsalar da,
Lap belə[471 - Tam, üstelik] yanımda top atsalar da,
Tüküm də tərpənmir[472 - Kımıldamıyor], vecimə olmur![473 - Umursamıyorum] –
Nə şimşək çaxması, yağış səsindən,
Göylərin, yerlərin titrəməsindən,
Nə fişəng[474 - Fişek] atəşi, tüfəng səsindən,
Qapı taqqıltısı, ya zəng[475 - Telefon] səsindən
– yox, oyanmıram!
Bircə həyəcanla dik atılıram,
SMS-lərinin cingiltisindən[476 - Çınlamasından].
SƏN YAXŞISAN
Nə gənc qadın, nə gözəl qız,
Nə istedad?[477 - Yetenek] Sən yaxşısan!
İstəmirəm bir özgə hiss,
Bir özgə dad – sən yaxşısan!
Gah yerə çırp, göyə qaldır,
Gah ağladıb, gah da güldür,
İstəyirsən məhv et, öldür,
Ya da yaşat – sən yaxşısan.
Özgə nursan, başqa nəfəs,
Varlığına yoxdu əvəz[478 - Eş].
Deyəcəyəm lap məni əz,
Lap belə at – sən yaxşısan.
YUXUDA[479 - Rüyada]
Yuxuda xəyanət elədim sənə,
Tutdum bir gözəlin ağ əllərindən.
Öpdüm sinəsindən, dodaqlarından,
İtdim[480 - Kayboldum] nəfəs kəsən gur tellərində.
Əsdim[481 - Titredim] giləsinə[482 - Göğsünün ucuna] əlim dəyəndə,
Dodaqlarım dondu günəşlərində.
Yuxulu gözlərim höccələyəndə[483 - Heclediğinde]
Tanıdım mən səni öpüşlərindən.
Qəfildən gün doğdu bəbəklərimdə,
Belə işıqlanan hava görmədim.
Səni başqasıyla əvəzləməyi[484 - Başkasına yönelmeyi]
Mən heç yuxuda da rəva görmədim.
KÖVRӘKLİK[485 - Hassaslık, duygusallık]
Bu qədər ağrını, bu qədər dərdi,
Sıxıb ürəyimdə saxlamamışdım.
Camaat[486 - Toplum] içində, adam içində
Bu qədər kövrəlib ağlamamışdım.
Sən, dostum, Ağdamdan danışma mənə,
Sən də heç Laçından, Şuşadan demə,
Məni yandıracaq xatirələri
Sakitcə pıçılda[487 - Fısılda], ucadan[488 - Yüksek sesle] demə.
Mən indi o qədər kövrək, həssasam,
Gözümün suyundan pas tutasıyam.
Təkcə torpağa yox, təkcə elə yox,
Hətta hisslərə də yas tutasıyam.
NӘ OLSUN Kİ[489 - Ne olmuş yani]…
Nə olsun ki, qəşəngsən,
uca boylusan,
düz ayaqların var?
Nə olsun ki, uzaqdan
titrədirsən kişiləri[490 - Erkekleri]
Bir kəlmə söhbətdən,
iki sualdan sonra
O ayaqlar taxtaya dönəcək,
O gözəllik saxta görünəcək,
Ovuntuların töküləcək
Ayaqlar altına -
Öyünmə gözəlliyinlə.
ETMİSӘN[491 - Yapmışsın]
Məni nura döndərib,
Gəzdirmisən göyləri.
Yadlara ümid yeri,
Dosta güvənc etmisən.
Sevincə boyamısan,
Gələn səhərlərimi.
Çevirib zərlərimi
Yekimi pənc[492 - Beş] etmisən.
Hər yan təptəzə, parlaq,
Dünya oyun-oyuncaq.
Məni uşaqdan uşaq,
Gəncdən də gənc etmisən.
OLMAYACAQ
Qoluma girəcək yenə də qızlar,
Əsən xəfif külək O olmayacaq.
Hansısa baxışlar nəsə deyəcək,
Nə arzu, nə istək O olmayacaq.
Bəlkə yaşanacaq yeni bir nağıl[493 - Masal],
Bu sevgi kitabı O olmayacaq.
Sevinci, atəşi, gur səadəti,
Kədəri, əzabı O olmayacaq.
Min yoldan qayıdam[494 - Döneyim], min yol axtaram,
Beləsi bir daha doğulmayacaq.
Tapdığım gözəllər tez gözdən düşüb,
Sevdiyim mələklər O olmayacaq.
MӘN
Hərdən[495 - Bazen] düşməninəm, hərdən dostunam,
Özüm də bilmirəm hərdən kiməm mən.
Sənsiz çıxılanam, bölünənəmsə,
Sənlə toplananam, sənlə cəməm[496 - Toplamım] mən.
Gedirsən, yerini şaxtalar[497 - Dondurucu soğuklar] tutur,
İsti ürəyimi boran, qar tutur,
Yüz mikrob yoluxur[498 - Sirayet ediyor, yayılıyor], min azar tutur,
İndi soyuqdəymə, sətəlcəməm[499 - Zatürreyim] mən.
Dayanmır[500 - Dinmiyor] qəlbimin bu əndişəsi,
Gah əzab çəkirəm, gah eşq nəşəsi.
Bir saat işıqlı cənnət guşəsi,
Bir saat zülmətəm, cəhənnəməm mən.
İKİ MӘKAN
Qucaqlayıb yastığın sol küncünü[501 - Köşesini],
Büzüşmüsən buz yataqda soyuqdan.
İtirmisən sən kələfin[502 - Yumağın] ucunu,
Fikirlərin çabalayır bayaqdan[503 - Deminden].
Ya səsindən biganəlik duyulub,
Ya getmisən buz sözünün badına[504 - Badına getmәk: Mahvolmak, yok olmak].
İndi beynin sırsıradan[505 - Buz sarkıtlarından] ayılıb,
İndi düşür dediklərin yadına.
Öz xoşunla[506 - Kendi isteğinle] yuvarlandın sürgünə,
Baharını qışa, qara dəyişdin.
Al Günəşi yastığının küncünə,
Ağ əlləri boz divara dəyişdin.
İndi daha əlin yetməz, çətindi,
İndi daha çıxılmazda, dardasan.
Cənnətdəydin – bütün göylər sənindi,
Bir gör harda olmalıydın, hardasan?!
27.10.2011
SAĞ OLSUN
Məni buludlar üstə
Gəzdirənim sağ olsun.
Ən dərin dəryalarda
Üzdürənim sağ olsun.
Uzadıb əllərini
Faş elədi[507 - Açıkladı] sirrini.
Yaşamağın sehrini
Sezdirənim sağ olsun.
İşıq saçar, nur çilər
Hər ötən[508 - Geçen] dəqiqələr,
Hər günümə nəğmələr
Yazdıranım sağ olsun.
İNDİ[509 - Şimdi]
Nə sabahdı, nə dünəndi,
Balıq kimi sürüşkəndi[510 - Kaygandır].
Görərsən əlindən çıxdı,
Düşdü, yumalandı İNDİ.
Ha dartışdır[511 - Çekiştir], ha çək uzat,
Nə bir saat, yarım saat.
Beş dəqiqəlik canı yoxdu,
Göz qırpımlıq andı İNDİ.
Dillər nağıl söyləsə də,
Ən gözəl sözlər desə də,
Gözlərdən ki, şeytan baxdı,
Nə var ağ yalandı İNDİ.
Yaxanı çəkmə qırağa[512 - Kenara],
Bu əzabdan qurtulmağa
Ən münasib, dəqiq vaxtdı,
Ən doğru zamandı İNDİ.
QALANI…
Bu çəmənin vədəsiz
Solanı bizlik[513 - Bizimle ilgili] deyil.
Ağır axan zamanın
Son anı bizlik deyil.
Sil üzündən boyanı,
Ruh yenidən oyanır.
Götür daha, riyanı,
Yalanı, bizlik deyil.
Sürünüb qarış-qarış,
Vurar çatana alqış.
Allahım, özün qarış,
Qalanı bizlik deyil.
YALAN
Bir yol[514 - Defa, sefer] qonsa dodağına,
Təkrar-təkrar deyiləndi.
Ayağı yer tutan kimi[515 - Yürümeğe başlar başlamaz]
Yeriyəndi, yüyürəndi[516 - Koşandır].
Qanqaltək törəyib, artıb
Çoxalandı, böyüyəndi.
Çiçəkləri sıxıb, əzib
Çəmənliyi bürüyəndi.
Kəməndini hazırlayıb,
Qılıncını sivirəndi[517 - Çekendir].
Ən alınmaz qalaları,
Hasarları devirəndi.
Bu təpədən o təpəyə
Yumalandı[518 - Yuvarlandı], dığırlandı[519 - Tekerlendi, yuvarlandı].
Şişib-şişib, axır şartək[520 - Top gibi]
Partlayandı, dağılandı.
Sonda ayaq altda qalıb,
Sərçə kimi çırpınandı.
Bir çırtmalıq canı yoxdu,
Bircə çimdik[521 - Bir damlacık] qara qandı.
QANADLARIMIYDIN…
Daşlaşdın, qaxaclaşdın,
kötüyə[522 - Kütüğe] döndün.
Ağırlığın kürəyimi əzdi.
Əyilib sola, aşırdım[523 - Attım] çiynimdən[524 - Omuzumdan],
Ağır yük kimi atdım səni.
HӘ
MİŞӘLİK[525 - Daimî]AĞRILAR
Zorla xoş xatirələri,
İsti[526 - Samimi] sözləri
İslaq dəsmal[527 - Mendil] kimi
Beynindəki yaralara qoyub soyudarsan.
Düşünərsən, keçdi daha,
Unuduldu ağrıların, sakitləşdi beynin,
Qəfildən[528 - Ansızın] hansı sözlə, hisslə,
Bilməzsən peyda olduğunu -
Sanki bir əl sinənin altından girib
Ürəyini bir dəfə sıxıb çıxır.
Barmaqlarının göyərmiş yerlərini
Hiss edirsən,
Hətta gözucu baxıb
Dərinin altından
Göyərmiş[529 - Morarmış] barmaq yerlərini görəcəksən.
Elə onda beynindəki yaraların
Qaysaqları[530 - Kabukları] qapaq kimi atılıb,
açılıb töküləcək
Və təzədən[531 - Yeniden] başlayacaq işgəncələr, iztirablar.
Qorxacaqsan,
Ağrıların həmişəlik olduğuna inanacaqsan.
SUAL
Ən qəliz[532 - Karmaşık] anlarda,
Sözlərinin düzlüyünü
Bilmək istədiyim zamanlarda
Gözlərinə baxdım.
Dərin gözlərindən
Pilləkən[533 - Merdiven] qoyub
Ürəyini, beynini
Gəzib çıxdım.
Nə kipriklərini qırpdın,
Nə incidin.
Saflığına,
Duruluğuna
Әmin oldum.
Sevindim,
Daha çox sevdim.
İndi birdən
Baxışlarını qaçıranda duruxdum[534 - Duraksadım].
Deməli[535 - Demek], nəsə olub,
Deməli, orda -
Dərinliklərdə
Nəsə[536 - Bir şey, bir şeyler] yerində deyil,
Heç pilləkənə də –
Enməyə,
Düşməyə,
Qalxmağa[537 - Çıkmaya, tırmanmaya] da
Gərək yoxdu;
Neynəmisən?[538 - Ne yapmışsın]
ƏGӘR[539 - Eğer]…
Əgər bircə dəfə
Səni
Beynimin dərinliklərindən
Çıxarıb
Yerinə nəsə qoymağı bacarsaydım,
Əgər ürəyimin üstünə
Bələdiyim ürəyini
Çıxarıb ovcumda saxlasaydım,
Mələşən,
Çığrışan,
Ağzını açıb yem istəyən
Hüceyrələrimi
Süni qidalarla doyuzdursaydım,
Əgər səni cəmisi bircə dəfə,
Heç olmasa, bircə saatlığa -
Ya futbola baxanda,
Ya tədbir aparanda[540 - Toplantıyı yönetirken],
Kitab oxuyanda,
Çıxış eləyəndə[541 - Konuşma yaptığımda] -
Unutsaydım,
Unuda bilsəydim,
Çoxdan unutmuşdum.
Amma etmədim,
Bacarmadım,
İstəmədim,
Ağlımdan da keçirmədim -
Mən bu yaşamı seçdim.
Beynimin hər an səni düşünməsini,
Ürəyimin səninlə döyünməsini,
Hüceyrələrimin səninçün çığırmasını…
SEVDİM.
GUYA Kİ…
Guya ki, görmürəm,
Guya ki, baxmıram,
Etinasızam[542 - Kayıtsızım, umursamazım],
Vecimə deyil guya ki…
Amma gözümün ucu
Telefondadı.
Ürəyim də
İşığının yanmasına
bənddi[543 - Bağlıdır] ki,
Pırıldayıb uçsun!
ÇİLDAQ[544 - Dağlama (Bir şeyden çok korkmuş birini geçirdiği ruhi sarsıntıdan, şoktan kurtarmak için hoca, üfürükçü vb. tarafından kızgın bir mühürle dağlama ve bu yolla tedavi etme tarzı. )]
Sən beynimi oyaq hala gətirib,
Bədənimi yazıq günə qoymusan[545 - Zavallı duruma düşürmüşsün].
Əzablarda, ağrılarda itirib,
Hər sitəmi, hər ələmi qıymısan.
Bu qorxudan tir-tir əsir[546 - Titriyor] ürəyim,
Baxışlarım don qalıbdı üzümdə.
Qulaqlarım sözlərini eşitmir,
Yüz ağrılı an qalıbdı gözümdə.
Öpüşündən isti keçmir qanıma,
Az öncənin duyğusunu oyatmır.
Diz çökməyin, yalvarışın, göz yaşın,
Hüceyrəmin uyğusunu oyatmır.
İndi daşam, indi heykəl, indi qum,
İndi məni hansı torpaq götürər?
Bu ağrını nə çıxarar canımdan,
Bu qorxunu hansı çildaq götürər?
SӘYAHӘT
Sənsiz getdiyim yer -
İstər Vaşinqton olsun,
İstər Milan,
İstər müqəddəs şəhər!
Heç nə -
Bir təyyarəlik zəhər!
QALIN QARI TAPDALAMAQ…
Sənlə yazışmadan sonra
Vaşinqtonda gecə 4-də
Qəfil yağan qalın qarı tapdalamaq
Beş siqaret əvəzidi!
Hirsim[547 - Kızgınlığım] sakitcə xışıldayır
Ayaqqabının altında,
Qəzəbim sürüşüb[548 - Kayıp] yumşaq
Qar çalasına[549 - Çukuruna] düşür,
Ehtirasımı üzümdən
Lopa-lopa qar yuyub aparır,
Soyuq hava nəfəsimə dolub
Ürəyimə çökür -
Darıxmağım keçir.
17.04.2014
SU
Aşqabadla Vaşinqtonun
Suyunda nəsə
Oxşarlıq[550 - Benzerlik] tapdım![551 - Buldum]
Yupyumşaq!
Sürüşkən!
Şipşirin!
Lap belə bal kimi!
VAŞİNQTONDA
Səhər yaz havası,
Axşam bir qarış qar!
Bu təzada
Alışmışam, artıq
Dözümüm[552 - Tahammülüm], təpərim[553 - Takatim] var!
YӘQİN…[554 - Galiba]
Ayrılan kimi
Başlayır darıxmaq[555 - Sıkılmak],
Darıxan kimi
Səni düşünürəm,
Düşünən kimi
Ürəyimin sızıltısı yenidən oyanır.
Sonra şübhələr,
Әndişələr…
Beynim başlayır saniyə əqrəbi kimi
Sürətlə işləməyə,
Bir saatda bir həftənin,
Bir ayın
Xatirələri keçir beynimdən.
Yəqin ona görə,
Ona görə ki,
Dodağımdan
Dodağının,
Bədənimdən
Bədəninin
İstisi[556 - Sıcaklığı] çəkilməmiş
Elə bilirəm ki,
Bir aydı
Görmürəm səni.
DAHA GECDİ…
Demədim mi gəl görk elə[557 - Örnek al],
Belə yanma, dəli könlüm.
Bir kimsəyə indən belə[558 - Bundan sonra]
Çox bağlanma, dəli könlüm.
Mən deyəni eşitmədin[559 - Beni dinlemedin],
Gəl indi yan, dəli könlüm.
Daha gecdi, qopammazsan,
Möhkəm bağlan, dəli könlüm.
ƏLAC
Məni didən,
Yoran
Bu düşüncələrdən,
Bu şübhələrdən
Azad olmanın[560 - Kurtulmanın] tək yolu
Yatmaq.
Yatmaq,
Gerçəkləri yuxu sananacan[561 - Zannedene kadar],
Unudanacan
Yatmaq.
… tərtəmiz beyinlə
Oyanmaq.
OYANANTӘK[562 - Uyanır uyanmaz]
Oyanantək başlayır
Beynimin sualları.
Bədənimin bu mübhəm,
Bu ağrılı halları.
Yalanlar ütüləyir,
Küləklər itələyir[563 - Rüzgârlar şiddetleniyor],
Göydən yağış ələyir,
Yorulur xəyallarım.
Yalan düzə qarışır,
Beyin dözür, alışır,
Taleyilə barışır,
Bitir qeylü-qallarım.
QANADLARIM
Dünənəcən bərq vurardı[564 - Işık saçardı]
Göydə yelkən qanadlarım.
Kainatı gəzdirərdi
Qalxıb-enən qanadlarım.
Büzüşdü qəfil[565 - Ani] yağışdan,
Bəd duadan, ya qarğışdan[566 - İlençten],
Bir kəmfürsət[567 - Fırsat düşkünü], kəc[568 - Yan] baxışdan
Pörşələnən[569 - Yolunan] qanadlarım.
Qoşaydı[570 - Çiftti], indi tək olub,
Qaxaclaşıb[571 - Kakaçlaşıp] kötük olub,
Kürəyimdə[572 - Sırtımda] bir yük olub,
Daşa dönən qanadlarım.
ƏTİR[573 - Itır, koku]
“İfsenloren” qarışmasın “Hermes”ə[574 - Zeuz ve Maia’nın oğlu, Zeus’un habercisi olup ilahların en kurnazı ve hızlısıdır. Elinde Caduceus adında büyülü bir değnek taşır. Hippolytos, Gigantlar arasındaki karşıtıdır.],
Bənzər olan ətirləri dəyişdir.
Mesajları eyni yolla hər kəsə,
Cavabları yığan yeri[575 - Cevap yazılan yeri] dəyişdir.
Oxşar olan hər məkandan uzaqlaş,
Hər kişini öz ətriylə qoxla sən.
Bədənləri, sifətləri qarışsa,
Yaddaşında ətirlərlə saxla sən.
OLMAYACAQ
Əgər bitsə bu şuxluğun,
Bu həyatın olmayacaq.
Damağında belə şirin,
Tamın, dadın olmayacaq.
Yığılacaq qanadların,
Yazda gülün, qışda qarın,
Bu gəncliyin, bu baharın,
Bu büsatın olmayacaq.
Bilirsən mi, qalarsan tək? -
Heç nə[576 - Hiçbir şey] sənə olmaz kömək.
Bir də belə sevgi, istək,
Belə Qadın olmayacaq.
PӘRDӘ
Hər baxışı sehr[577 - Sihir, büyü] yayan,
Hər addımı sirr olanım.
Danışdıqca ovsunlayan[578 - Büyüleyen]
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «Литрес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/book/resad-mecid/bir-daha-gelmeyecek-69499318/chitat-onlayn/?lfrom=390579938) на Литрес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Eylül
2
Çilek
3
Kazıyıp
4
Şarkımda, türkümde
5
Alıştım
6
Durumunu, hâlini
7
Rüzgardan
8
Bundan sonra
9
Hasretim, susuzum
10
Hiçbir şey yerinden kımıldatamaz
11
Gidelim
12
Kurtarıcım
13
Düşmanı
14
Kederin
15
Dindiricisi
16
Kötü
17
Neşeli, keyifli
18
Bulaştırıcıları
19
Köşesine
20
Kederden
21
Beyin kanamasına, felce
22
Kalp krizine
23
Durmuyor
24
Sıvazlıyor
25
Yudum
26
Kapanıyor
27
Sana küfür eden
28
Çiğneyen sığ akıllılar
29
Saldırır
30
Evsiz barksız, sokaklarda aylak aylak dolaşan sahipsiz kimse
31
Katlanmak
32
Sessizce
33
Ganire Paşayeva
34
Sızlıyor
35
Uyuşukluğum
36
Acele ediyor
37
Yaşlısı-genci
38
Çetrefilli
39
Bulunana kadar
40
Tsunami
41
Azap
42
Karşılık
43
Bakın
44
Nerdesin
45
Götürür
46
Toplam
47
Avrupa alabalığı
48
Kanalına
49
Akıntı yönünde
50
Durum kötü, vaziyet önceki gibi değil
51
Dert kederin
52
İyi
53
Sıradan, normal
54
Gürültü, şamata
55
Gür akıntıda
56
Kıpırdayamadım
57
Yaslanmış biçimde
58
Kayboldu
59
Esintisi, meltemi
60
Dönmedim
61
Susayım
62
Rahat
63
Hata yapmıştın
64
Etrafında
65
Sonuna kadar
66
Koşturup
67
Köşeye
68
Karşılığını veriyordun, öcünü alıyordun
69
Durup
70
Köşede, köşe başında
71
İkiye ayırmıştın
72
Şüphe etmezler
73
Hafızamı
74
Armağan ver
75
Hepsini
76
En
77
Karşıma
78
Talihimi
79
Kilitsiz anahtar
80
Yanlış mısın
81
Yan yan bakar
82
Kötüler
83
Aniden
84
Konuşurken
85
Uyuşursun da
86
Durup, bekleyip
87
Tanıdık sokaktan
88
Yakın, tanıdık bildik
89
Yaksan da
90
Yaramazlıktır
91
Şakadır
92
Dayanak
93
Hassas
94
Kuralı
95
Götürür
96
Yörüngenden uzaklaştırıp
97
İlahi sırrı, Tanrı gizemini
98
Sayfasını
99
Katlanabilir misin?
100
Sığ
101
Kakırdağı çıkan, yanıp kavrulan
102
İpliğe
103
Gözünü dikip
104
Heykel gibi
105
Bulup
106
El sallıyor, orada bulunduğunu bildiriyor
107
Dolu vuruyor, sel basıyor
108
Kurtuluşun
109
Sonraki
110
Adamı, kimseyi
111
Ardında, arkasında
112
Merhamet
113
Yazda
114
Muskayı
115
Kaybolsan da
116
Sahte
117
Taş gibi
118
Sıcak
119
Kelime
120
Keskinliği
121
Bıçağın, hançerin gövde kısmı
122
Öyle değersizleştirdin ki
123
Gülümseyerek
124
Siğil
125
Asiti
126
Çok şiddetli
127
İlaç
128
İzin
129
Aynıyız
130
Yasakları
131
Serperdim
132
Sıcak
133
Ferahlatıcı
134
Aynıdır
135
Erkek
136
Bulamadığım
137
Çok su götürür
138
Toplanıp
139
Kurt gibi kemiriyor
140
Deniz feneri
141
Durmadan
142
Uyanıyor
143
Mutfaktan
144
Yararsız, boşuna
145
Yalnızlaştırdın
146
Sonunda
147
Yalnız ağlıyorum
148
Aynı cumartesi
149
Talih
150
Sallayıp
151
Niye istiyordun
152
Masal
153
Sonu
154
Adım adım
155
Küçüğüm
156
Ne zaman
157
Doğrusunu
158
Dur, bekle
159
Sonuna kadar
160
Doğru
161
El ettim, el salladım
162
Dokundu, gezindi
163
Tuşlarına
164
Kafamı uzatıp
165
Kendinden emin, rahat
166
Sonucu bildirmedim
167
Dinle, kulak kabart
168
Aklıma geliyor, hatırlıyorum
169
Doğru
170
Sakin, sessiz
171
Sıkılmıyorum
172
Birlikte, beraber, yan yana
173
Dilsiz
174
Mazlum
175
Çok hassas durumda idi
176
Dert kederimden
177
Dolaşıp durdu
178
Yuvarlanıp
179
Her biri
180
Kırlangıcı, habercisi
181
Duvarı
182
Kırdı
183
Türlü
184
Onunkidir
185
Ordu
186
Toplanıp
187
Komutandır
188
Ardından
189
Köşesinden
190
Götürdü
191
Göz kırpan, ışıldayan
192
Şubat
193
Yanan, alevlenen
194
Ekledi
195
Ekleme, aşı
196
Üzerimin, bedenimin
197
Meyve
198
Örtüşenimsin, aynileşenimsin
199
Sonbaharında
200
Şanıma
201
Övgüler yağdırıldığında
202
Gülümsediğinde
203
Belagatli
204
Hısım akrabalar
205
Toplaştığında
206
Çocuklar
207
Yüksek sesle
208
Acil
209
Ev işleri
210
Sinirli, kızgın
211
Koşturduğunda
212
Kırık dökük
213
Ustaca
214
Yüzüm
215
Katlanamayacağım
216
Bekleyip
217
Takip edecek
218
İnanç
219
Bitimi
220
Bundan sonra
221
Yanıp kavruluyorum
222
Umursamıyorsan
223
Durumumu
224
Masalın
225
Yitik
226
Aklımdan
227
Bağırdım
228
Haykırdım
229
Ortalığı velveleye verdim
230
Çakmış
231
Kendi
232
Kederlenirim
233
Yıkılmasına
234
Doğru
235
Ocak yakıp
236
Pençelerini
237
Henüz iyileşmeden
238
Kabuklarını
239
Deve dikenleri
240
Serpip
241
Ateş öbeğinde
242
Şaşırdı
243
Yardın, mahvettin
244
Nasıl
245
Hiddetlenip
246
Zincirini koparmak istiyer
247
Fare
248
Uyuşturucu müptelası, eroinman
249
Eczanenin
250
Vurup, atıp
251
Haykırır
252
Kör
253
Duman
254
Kovandan
255
Peteği
256
Nur gibi
257
Yücesin
258
Sevine sevine
259
Şaşırtansın
260
Delişmen
261
Irmakları
262
Doğru
263
Çilek
264
Özsuyum
265
Kaymağı
266
Meyvesi
267
Hücrelerim
268
Mutluluktan
269
Kımıldayamıyorum
270
Lezzetim
271
Çarem
272
Faltaşı gibi açılmış
273
Şaşırmış
274
Çatallanmış
275
Şaşıran
276
Derbeder
277
Anlaşılmaz
278
Çetrefilli
279
Artık
280
Üzerine titreyeceğim
281
Saçına
282
Ağlamaklı, hassas
283
Işın
284
Gibi
285
Sırtında
286
Uçan daire ile
287
Acele edeyim, koşturayım
288
İlk ürün
289
Hediye
290
Durumum, hâlim
291
Uyandır
292
Uyut
293
Önce
294
Çekip
295
Yerini
296
Yeniden
297
Hatırlayınca
298
Süratli
299
Irmak
300
Ama
301
Ansızın
302
Duracak
303
Müthiş
304
Durdurdu, yakaladı
305
Gecikti, yavaşladı
306
Sabitliğini yitirdi
307
Durdurdu
308
Artık
309
Bazen
310
Kayıtsız
311
Titriyor
312
Himaye edip
313
Balta girmemiş orman
314
Çare
315
Karmaşık
316
Hafızasında
317
Kımılda
318
Hadi
319
Sessiz
320
Durup
321
Silahın
322
Döndürüp
323
Acaba
324
Götürmedi
325
Şaşırıyorum
326
Hastalıktan
327
Türlü
328
İlgilidir
329
Destekçim
330
Gidişi, akışı
331
Döndür
332
Takati
333
Hiçbir
334
Götürmüş
335
Yüksek
336
Semeresiyle
337
Tsunami
338
Yeter
339
Küçücük, ufak
340
Hamur topağı
341
Akıp ateşin üzerine düşüyor
342
Yanıp kavrulan
343
Yapmak
344
Rahat
345
Işınlarıyla
346
Ateş gaibi
347
Gizlice
348
Gezegeni
349
Mutlu
350
Acele ediyorum
351
Bekletmemişim
352
Nöbetinde
353
Uyanık
354
Odaya
355
Destek, yardımcı
356
Çok düşünüyorum
357
Karmaşık
358
Gönülsüz
359
Gerilip
360
Önemseme
361
Petek
362
Bıktırıyorum, sinir ediyorum
363
Bir zamanlar
364
Dalevere, oyun
365
Bazen
366
An
367
Rehber, izci
368
Şakalarım
369
Hoşlanıyorum
370
Hayret etmedim
371
Kederli
372
Durumum
373
Yarın
374
Aynısı
375
Duruma, hâle
376
Gidişatını
377
Alışkınlığını
378
Kazanmış
379
Geniş düşünceli
380
Nerden
381
Ulaştı
382
Çocuğum
383
Pınarını
384
Kolay
385
Kaç
386
Karanlığından
387
Topladım
388
Hangi gezegene
389
Nereye
390
Götürüyor
391
Hafızası
392
Girdaptan
393
Sürekli, her zaman
394
Her birimiz
395
Yalnızsın
396
Birşeyleri
397
İnsan
398
Konuşmaya
399
Ordu yürütüp
400
Aklını yitirir
401
Keyfin nasıl
402
Açıkladın, teşhir ettin
403
Bulup
404
Düşündün mü
405
Kayboluyor
406
Kabuğu
407
İyileşiyor
408
Galiba
409
Deniz feneri gibi
410
Yalnızca
411
Sızlatıyor
412
Sönecek gibi olmayacak
413
Birşeyler
414
Dindiresin
415
Boşuna, yersiz
416
Hata yaptım
417
Peki
418
Şahsı
419
Güneş gibi
420
Dizler üzerinde yürüyerek
421
Nereye
422
Uçurumlar
423
Hep
424
Sathında, üstünde
425
Usul usul
426
Yaktı, sızlattı
427
Kuşkular
428
Yolumu şaşırdım
429
Zorlukla
430
Sıvazladım, okşadım
431
Anladım
432
İyidir, muhteşemdir
433
Rahatsız
434
Rüzgâr
435
Konuşuyor
436
Başka
437
Oyundan
438
Yanan, susayan
439
Yalnız
440
Devranım, gidişatım
441
Alışkanlığım
442
Bulurdum
443
Çetrefilli
444
Karmaşık
445
Katlanırdım
446
Tamamen, büsbütün
447
Keyif sürmüşsün
448
Konuşmam
449
Sızlatır
450
Yeter
451
Hapistir
452
Yeter
453
Durduramadım
454
Kura ırmağı
455
Dağlık Karabağ’da bir ırmak
456
Yeter
457
On şiddetinde
458
Yükseklik
459
İmtihanda
460
Zırhtan
461
Elbise
462
Şüpheleneceksin
463
Yaprak mantı
464
Hep, sürekli
465
Yufkadan
466
Galiba
467
Büyük
468
İmdadıma
469
Koşup gelecek
470
Uykudan irkilerek uyanıyorum
471
Tam, üstelik
472
Kımıldamıyor
473
Umursamıyorum
474
Fişek
475
Telefon
476
Çınlamasından
477
Yetenek
478
Eş
479
Rüyada
480
Kayboldum
481
Titredim
482
Göğsünün ucuna
483
Heclediğinde
484
Başkasına yönelmeyi
485
Hassaslık, duygusallık
486
Toplum
487
Fısılda
488
Yüksek sesle
489
Ne olmuş yani
490
Erkekleri
491
Yapmışsın
492
Beş
493
Masal
494
Döneyim
495
Bazen
496
Toplamım
497
Dondurucu soğuklar
498
Sirayet ediyor, yayılıyor
499
Zatürreyim
500
Dinmiyor
501
Köşesini
502
Yumağın
503
Deminden
504
Badına getmәk: Mahvolmak, yok olmak
505
Buz sarkıtlarından
506
Kendi isteğinle
507
Açıkladı
508
Geçen
509
Şimdi
510
Kaygandır
511
Çekiştir
512
Kenara
513
Bizimle ilgili
514
Defa, sefer
515
Yürümeğe başlar başlamaz
516
Koşandır
517
Çekendir
518
Yuvarlandı
519
Tekerlendi, yuvarlandı
520
Top gibi
521
Bir damlacık
522
Kütüğe
523
Attım
524
Omuzumdan
525
Daimî
526
Samimi
527
Mendil
528
Ansızın
529
Morarmış
530
Kabukları
531
Yeniden
532
Karmaşık
533
Merdiven
534
Duraksadım
535
Demek
536
Bir şey, bir şeyler
537
Çıkmaya, tırmanmaya
538
Ne yapmışsın
539
Eğer
540
Toplantıyı yönetirken
541
Konuşma yaptığımda
542
Kayıtsızım, umursamazım
543
Bağlıdır
544
Dağlama (Bir şeyden çok korkmuş birini geçirdiği ruhi sarsıntıdan, şoktan kurtarmak için hoca, üfürükçü vb. tarafından kızgın bir mühürle dağlama ve bu yolla tedavi etme tarzı. )
545
Zavallı duruma düşürmüşsün
546
Titriyor
547
Kızgınlığım
548
Kayıp
549
Çukuruna
550
Benzerlik
551
Buldum
552
Tahammülüm
553
Takatim
554
Galiba
555
Sıkılmak
556
Sıcaklığı
557
Örnek al
558
Bundan sonra
559
Beni dinlemedin
560
Kurtulmanın
561
Zannedene kadar
562
Uyanır uyanmaz
563
Rüzgârlar şiddetleniyor
564
Işık saçardı
565
Ani
566
İlençten
567
Fırsat düşkünü
568
Yan
569
Yolunan
570
Çiftti
571
Kakaçlaşıp
572
Sırtımda
573
Itır, koku
574
Zeuz ve Maia’nın oğlu, Zeus’un habercisi olup ilahların en kurnazı ve hızlısıdır. Elinde Caduceus adında büyülü bir değnek taşır. Hippolytos, Gigantlar arasındaki karşıtıdır.
575
Cevap yazılan yeri
576
Hiçbir şey
577
Sihir, büyü
578
Büyüleyen