Тип: аудиокнига
Жанр: Стихи и поэзия
Язык: на азербайджанском языке
Читает: Sərvər Əliyev
Издательство: Аудиокитаб ООО
Дата публикации: 30.10.2024
Отзывы: Пока нет Добавить отзыв
О книге: “Aydın” pyesi təkcə Cəfər Cabbarlının deyil, ümumən Azərbaycan dramaturgiyasının qiymətli əsərlərindən biri kimi indi də diqqətəlayiqdir. “Aydın”da ümumiyyətlə, kapitalizm dünyasına, onun əxlaq normalarına qarşı üsyan öz əksini tapıb. Bu əsərlə ədəbiyyatımıza, səhnəmizə yeni tipli üsyançı qəhrəman – Aydın gəldi. O, səhnəyə yüksək humanist arzuları və təsirli həyat faciəsini gətirmişdi. Onun həyat, cəmiyyət, azadlıq, məhəbbət, ailə haqqında özünəməxsus müstəqil fikirləri, bəzən dolaşıq, ziddiyyətli, bir qədər də dumanlı görünən həyat fəlsəfəsi, həyat məramı var. O hər yerdə həqiqət axtaran azad bir insan kimi çıxış edir. Sadə, təmiz vicdanlı, yüksək bəşəri amala malik insanları “altun dünyasının” hökmranlığından üstün tutan Aydın “Mən bir heç deyiləm, mən bir həqiqətəm” deyə “parasız, altunsuz”, lakin saf və ali mənəviyyatlı yaşamağı əsil həyat hesab edir, yoxsul, lakin daxilən zəngin adamların yüksək cəmiyyətin cibi dolu, qəlbi boş ağalarından qat-qat üstün olduqlarını sübuta çalışır.